Ramazan ayı | Kayzen 

Reytinq
36.28
səs: 7

Bloq haqda

ramazan ayı, ramazan bayramı, ramazan ayının günlük duaları, oruc, namaz, zəkat

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (27)

emin Ramil012 Anar Dr Həkim sistani Xrizoberil Old Baku BaKiNeC yravil Someone Rene Mysteryo AykaJackson Aristotel Abdulyar _BUMERANQ_ SÜSən_Mehrəliyeva Consuelo masalli Apollon

Все читатели блога

Ramazan ayıFitrə necə hesablanır?

İyulun 29-u Ramazan bayramıdır.
Bir gün əvvəl isə bayram axşamıdır. İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?

İlahiyyatçı Elşən Mustafaoğlu Ramazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: “İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. “Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur. Ardı

Ramazan ayıİftar faydadlı və sərinlədən içkilər

İftar sonrası sizi sərinlədən ən gözəl içki əlbəttə su hesab olunur. Amma suyun xaricində immunitetinizi gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variantı var.

Limonad
Çoxlu faydası olan limon şirniyyatlarda,tərəvəz yeməklərində, salatlarda çox sıx istifadə edilir.  Göz sağlamlığından, xərçəngə kimi immunitet sistemini gücləndirən və ürək sağlamlığına faydası olan bir meyvədir.  Bol nanəli bir limonad içmək iftardan sonra məsləhət görülür.

Yaşıl Çay
Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir.  Osteoporoz, ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir.  Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur.  Maddələr mübadiləsini canlandırır.  Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli  içməniz də mümkündür.

Ardı

Ramazan ayıRamazan ayında ən çox oruc tutan ölkələr

Müsəlmanlığı bildirən əsas amillərdən biri oruc tutmaqdır. Bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saat olacaq.

Məlumata görə, bu rəqəm Yaxın Şərqdə 14-15 saat müddətində olacaq.

Mənbənin məlumatına görə, dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər fərqli və fasiləli olması təbiidir. Bu ondan irəli gəlir ki, bu məsələ yalnız şəri vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21 saatadək davam edir.

Ən az oruc tutan ölkə Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir.

Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar.

Avstraliyaya gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar. Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar.

İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq. Ardı

Ramazan ayıRamazan ayının pəhrizi

Müqəddəs Ramazan ayında bütün müsəlmanlar oruc tutmalıdırlar. Oruc səhər (fəcr) namazından axşam (məğrib) namazına qədər davam edir.

Hər səhər oruc tutduqdan əvvəl niyyət etmək lazımdır. Bu niyyət ucadan və ya ürəkdə azad bir formada etmək olar. Misal üçün: “Mən bu orucu Allah naminə tutmağa niyyət edirəm”. Axşam namazın azanı səslənən kimi oruc tutan insan iftarını aça bilər. Bu məqsədlə dua oxunandan sonra 1 stəkan su içmək və bir neçə xurma yemək lazımdır.

Məhz bu üsulla siz mədə-bağırsaq sisteminizin normal fəaliyyətinə təkan verir və həddindən artıq yeməyin qarşısını alırsınız. Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan xurma insana tez bir zamanda toxluq hissi və enerji bəxş edir. Buna görə də xurma hər bir oruc tutan insanın gündəlik rasionunda mütləq olmalıdır.

İftarını açdıqdan sonra müsəlman namazını qılmalı, zikr etməli və yalnız bundan sonra əsas qida qəbuluna başlamalıdır.

Çalışın ki, həddindən artıq yeməyəsiniz – bu sizin həm fiziki, həm də ruhani sağlamlığınız üçün ziyanlıdır. 14-15 saat ərzində aclığa və susuzluğa dözən orqanizm çox miqdarda qidaya tab gətirə bilməz və insanın halı o dərəcədə pisləşə bilər ki, hətta həkimin köməyinə ehtiyac yaransın. Ardı

Ramazan ayıİftar niyə xurma ilə açılır

          

Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.

Ardı

Ramazan ayıOruc tutarkən ağız boşluğunun gigiyenası

Uzun yay günlərində tutulan oruc havaların isti keçməsiylə yanaşı, ağız qoxusuna səbəb olur və bu insanların sosial həyatında bəzi problemlər yaradır.

Ağız qoxusunun qarşısını almaq üçün, iftardan sahura qədər yediklərinizə diqqət etməlisiniz. Gün boyu nanə yemək, ağız qoxusunun qarşısını almaqla yanaşı, mədədəki nasazlıqları da aradan qaldırır.

Ramazan ərəfəsində dişlərə normal günlərdəkindən daha çox qayğı göstərilməlidir. Acı və ədviyyatlı yeməklərdən, qazlı içkilərdən və qəhvədən xususuilə qacılmalıdır. Çox yağlı və qazlı içkilərin istehlakı azaldılmalıdır.

Yeməklərdən sonra xarici diş əti, dilə, dil altına, yanaq daxili yerlər diqqətlə təmizlənməlidir. Ağız boşluğunu təmizlədikdən sonra, su və ya antiseptik məhsullardan qarqara kimi istifadə edilməsi ağız boşluğunuzda fərahlıq yaradacaq. Sahurda yemək yedikdən dərhal sonra yatılması, ağız daxili turşu tarazlığını pozaraq bakteriyaların əmələ gəlməsinə səbəb olur.

Ramazan ayıRamazan ayını sağlam keçirmək üçün 7 tövsiyyə

Ramazan ayını sağlam keçirmək üçün bəzi vərdişlərinizi unutmalısınız. Orucluq boyu tər göyərti və sudantez-tez istifadə edin. Ağır yeməklər, şərbətli şiriniyyatlar, xəmir xörəklərindən uzaq durmalısınız.

1. Axşamlar yatmağa 1 saat tez gedin, lakin imsaka mütləq qalxın

İmsaka qalxarkən yuxudan əziyyət çəkirsinizsə, akşamlar 1 saat erkən yatın. Çünki imsaqa qalxmadığınız təqdirdə həmin gün sağlamlığınızda daha çox problem olacaq. İmsaq etməsən oruc tutanda ac qalmaq müddəti artır, metabolizm prosesinin sürəti düşür, halsızlıq, baş ağrısı, yorğunluk və diqqətsizlik yaranır. Uzun müddət aclıqdan sonra iftarda həddən artıq yeməyi və qanda şəkərin düşməsini əngəlləmək üçün imsaqda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.

2. İmsak süfrənizdə tər göyərtilər, meyvə və kompot mütləq olsun

İmsakda çox yağlı, çox duzlu və həddindən artıq şirin yemək olmaz. Bunların yerinə həzmi asanlaşdıran, mədə-bağırsaq sistemində uzun müddət qala biləcək liftərkibli göyərti, meyvə və tam taxıllı qidalara üstünlük verin. Gün ərzində qanda şəkərin miqdarının düşməsini qarşısını almaq, mədə boşalmasını gecikdirmək üçün imsak vaxtı zəngin proteinli qidalarla qidalanmaqla mümkündür. İmsaq üçün ən ideal qidalar: zeytun, pendir, yumurta, kəpəkli çörək, tər göyərti, süd, qatıq, meyvə və ya meyvə kompotları.

Ardı

Ramazan ayıRamazan ayının 2013-cü il təqvimi

Əziz kayzençilər! Əvvəlcə Ramazan ayınin hamımız üçün xeyirli və bərəkətli olmağını Allahdan  diləyirəm. Oruc tutanların sayının inşAllah daha da çox olacağını nəzərə alaraq sizlərə Ramzan Ayının bu il üçün təqvimini paylaşıram. Onu da qey edim ki təqdim edəcəyim təqdim Qafqaz Müsəlmanları İdarəsinin 2013-cü il üçün hazırladığı Ramazan təqvimidir. Qeyd edildiyi kimi İmsak vaxtının son həddi sübh namazından 20 dəqiqə əvvəldir.   

Ardı

Ramazan ayıOn bir ayın sultanı Ramazan ayı

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

                                               (Əl Bəqərə surəsi, 183-cü ayə)

Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Ardı

Ramazan ayıİftar duaları

«Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli».
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Ardı