Hansı ölkələrdə neçə saat oruc tutulur?

Ramazan ayında ən çox maraq doğuran mövzulardan biri də hansı ölkədə neçə saat oruc tutulacağıdır. Ən uzun və ən qısa müddət oruc tutacaq ölkələrin siyahısını təqdim edirik.

Azərbaycan və Türkiyədə təxminən 17 saat oruc tutulduğu halda, bəyaz gecələrin baş verdiyi və günəşin demək olar ki, heç batmadığı Skandinaviya ölkələrində bu müddət 21 saatdır. Ən qısa müddət 9 saat 20 dəqiqə isə Argentinadadır.

Dünya miqyasında 1,5 milyarddan çox müsəlman yaşadıqları ölkələrə görə, bir-birindən olduqca fərqli müddətdə oruc tutur. Oruclu qalmaq müddətinin ən uzun olduğu Skandinaviya ölkələrindən İslandiyanın paytaxtı Raykyavikdə 21 saat 13 dəqiqə, finlandiyanın paytaxtı Helsinkidə 19 saat 50 dəqiqə, Stokholm, Oslo və Kopenhagendə isə təxminən 19 saat yarım oruc tutulur.

Ramazan coşğusunun yaşandığı ölkələrdən biri olan Rusiyanın paytaxtı Moskvada isə müsəlmanlar 18 saat 37 dəqiqə oruc tutur.

Amerika qitəsində ABŞ-ın ən böyük şəhəri Nyu-Yorkda müsəlmanlar 16 saat 21 dəqiqə, Kanadanın paytaxtı Ottavada 18 saat 23 dəqiqə oruc tutur.

Ramazan ayı yay mövsümünə təsadüf etdiyi üçün cənubda yerləşən ölkələrdə müddət şimal ölkələrinə nisbətən daha qısadır. Çili və Argentinanın cənub şəhərləri dünyada ən qısa müddətli oruc tutulan yerlərdir. Argentinanın Uşuaia şəhəri 9 saat 20 dəqiqə ilə müddətin ən qısa olduğu yerdir. Avstraliyanın Hobart şəhərində isə oruc tutma müddəti 11 saat 7 dəqiqədir.

Ramazanı ölkədaxili qarşıdurmalar fonunda Yaxın Şərqdə oruc tutma müddəti Qahirədə 14 saat 52 dəqiqə, Qəzzada 16 saat, Beyrutda 14 saat 20 dəqiqə, Dəməşqdə 15 saat, Bağdadda isə 14 saat 15 dəqiqə davam edir.

Cənubi Afrikanın paytaxtı Keyp Taunda 11 saat 50 dəqiqə, Kenyanın paytaxtı Nayrobidə 13 saat 34 dəqiqə, Dakarda isə 14 saat 33 dəqiqə oruc tutulur.

Dünyanın ən çox insan yaşayan ölkəsi Çinin paytaxtı Pekində müsəlmanlar 12 saat oruc tutur. Malayziyanın paytaxtı Kuala lumpurda 13 saat 50 dəqiqə, Hindistanın paytaxtı Yeni Dehlidə isə təxminən 16 saat oruc tutulur.


Berlində 17 saat 6 dəqiqə, brüsseldə 17 saat 49 dəqiqə, Amsterdamda 18 saat 4 dəqiqə, parisdə 16 saat 36 dəqiqə, Londondakı müsəlmanlar isə təxminən 20 saat oruclu qalır.
 

0 şərh