Orucun ancaq qəzası vacib olan yerlər

Məsələ 1697: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir:
  1. Ramazan ayı gecəsində cünub olan şəxsə, sübh azanına qədər ikinci yuxudan durmasa.
  2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.
  3. Ramazan ayında cənabət qüslünü unuda və cənabət halında bir gün ya bir neçə gün oruc tutarsa.
  4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa; bu təqdirdə ehtiyata əsasən mütləq-qürbət qəsdi ilə orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
  5. Sübh olmadı deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu məlum olarsa;
  6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini başa düşdüyü halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;
  7. Kor və bu kimi bir insan, ona şəri cəhətdən hüccət olan bir şəxsin sözünə əsasən iftar edər və sonra iftar vaxtı olmadığı məlum olarsa;
  8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edər, sonra da iftar vaxtı olmadığı məlum olarsa; amma əgər buludlu bir havada axşam olduğunu zənn edib iftar edərsə, belə ki, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata daha uyğundur.
  9. Susuzluq cəhətindən məzməzə edər, yəni, ağzında suyu dolandırar və bu əsnada ixtiyarsız olaraq boğazına su yetişərsə, yenə əgər vacib namazdan qeyri bir şey üçün dəstəmaz aldığı zaman məzməzə edərkən boğazına su yetişərsə, onu qəza etmək ehtiyat-müstəhəbbdir. Amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəbb olduğu bir yerdə məzməzə edər və ixtiyarsız olaraq su boğazına yetişərsə, qəzası yoxdur.
  10. Bir kəs ikrah, ya zərər vermə, ya təqiyyə cəhətindən iftar etsə, qəzasını etməyi lazımdır, kəffarə ona vacib deyildir.
Məsələ 1698: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa ya suyu burnuna alsa və ixtiyarsız udsa, qəza ona vacib deyildir.
Məsələ 1699: Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır.
Məsələ 1700: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq boğazına su gedəcəyini bilir və ya ehtimal verərsə, məzməzə etməməlidir. Həmçinin əgər unutqanlıqla suyun boğazına yetişəcəyini bilirsə də, lazım-ehtiyata əsasən eyni hökmü daşıyır.
Məsələ 1701: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa, orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.
Məsələ 1702: İnsan axşam olub-olmadığından şəkk edərsə, iftar edə bilməz. Amma əgər sübh olub-olmadığından şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
loading...
 

0 şərh