Qəza orucunun hökmləri

Məsələ 1703: Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi vacib deyildir.
Məsələ 1704: Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun qəzasını tutsun. Amma əgər bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, kafir olduğu günlərin gərək orucunun qəzasını tutsun.
Məsələ 1705: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə).
Məsələ 1706: Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman bərtərəf olduğundan şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn; Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü, yoxsa altıncı günü müsafirətdən qayıtdığını bilməzsə və ya məsələn; Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdır, amma Ramazanın iyirmi beşində, yoxsa iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı yəni altı günü qəza etmək ehtiyat-müstəhəbb olsa belə, hər iki təqdirdə, ən azı yəni beş günü qəza edə bilər.
Məsələ 1707: Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa və şəxs hansının qəzasını əvvəl tutsa, maneçiliyi yoxdur. Amma əgər sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn; sonuncu Ramazan ayında beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, daha yaxşı odur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.
Məsələ 1708: Boynunda bir neçə Ramazan orucunun qəzası vacib olan bir şəxs, tutduğu orucun hansı Ramazanın qəzası olduğunu müəyyən etməzsə, son Ramazanın qəzası olaraq hesab olunmaz.
Məsələ 1709: Ramazan orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma əgər orucunun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.
Məsələ1710: Daha yaxşı odur ki, meyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.
Məsələ 1711: Əgər şəxs xəstəlik, heyz ya nifas səbəbindən orucluq ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.
Məsələ1712: Əgər şəxs, bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər uzansa, tutmadığı orucların qəzası ona vacib deyil və gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn; səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir və vacib ehtiyat odur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.
Məsələ 1713: Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi, Ramazandan sonra sağlam olur, amma sonrakı Ramazana qədər davam edən ortaya başqa bir üzrün çıxması zamanı qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olur və Ramazandan sonra o üzr aradan qalxarsa, belə ki, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, tutmadığı orucları gərək qəza etsin və vacib ehtiyata əsasən, hər bir gün üçün də fəqirə bir müdd təam verməlidir.
Məsələ 1714: Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa və Ramazandan sonra üzrü aradan getsə və gələn orucluğa kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.
Məsələ 1715: Əgər orucun qəzasında səhlənkarlıq etsə və vaxt dar olsa, vaxt darlığında bir üzr peyda olsa, gərək qəzanı tutsun və ehtiyata əsasən, hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara almış olub, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü bu cürdür.
Məsələ 1716: Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.
Məsələ 1717: Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs, bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.
Məsələ 1718: Ramazan orucunu bir neçə il təxirə saldığına görə, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı illərin təxiri üçün ona heç bir şey vacib deyil.
Məsələ 1719: Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin ya bir qul azad etsin. Belə ki, Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, lazım ehtiyata əsasən, hər gün üçün bir müdd təam da kəffarə olaraq fəqirə verməlidir.
Məsələ 1720: Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima ya istimna etsə, əqvaya əsasən, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər bir neçə dəfə orucu batil edən digər işlərdən görsə, məsələn; bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.
Məsələ 1721: Ata vəfat edəndən sonra ən böyük oğul, gərək lazım ehtiyata əsasən onun qəza orucunu, namaz hökmündə deyilən qayda ilə əmələ gətirsin.
Məsələ 1722: Əgər ata Ramazan orucundan başqa nəzir orucu kimi digər vacib orucu tutmasa, müstəhəbb ehtiyat odur ki, böyük oğlu onun qəzasını yerinə yetirsin. Amma əgər bir oruc üçün əcir olsa, onun qəzası böyük oğula lazım deyildir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
loading...
 

0 şərh