Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

Ramazan ayına hazırlıq üçün məsləhətlər!

Avqustun 1-dən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik.


Ardı →

Ramazan ayının fəzilətləri

Peyğəmbər (s) Ramazan ayının fəziləti haqqında buyurub: «Ramazan ayı mübarək bir aydır. Allah təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir» (Nəsai).
Ardı →

Orucun sosial faydası

Müvəqqəti də  olsa varlı insanlara kasıblığın necə olduğunu xatırladan oruc, sosial ədalət düşüncəsinin zehinlərdə və qəlblərdə  həkk olunmasına vəsilə olan bir ibadətdir. Çünkü həm hər istədiyini yeyə bilən varlı birisi, həm də   çox çətin bir vəziyyətdə yaşayan kasıb insan  oruc tutduqları zaman fiziki olaraq eyni hissləri yaşayırlar. Varlı bir mömini həm fiziki, həm də mənəvi cəhətdən kasıblığın sərhədlərinə çəkən oruc bununla köməyə  möhtac insanların  ağrı-acılarını praktiki olaraq həmin insana hiss etdirir.


Ardı →

Mübarək Ramazan ayı

Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi «fürsətlər» kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir.


Ardı →

Ramazanda qidalanmaya fikir verin

Gözəl günlərə qovuşmuşuq, çünki bu günlər Ramazan ovqatında, Ramazan ab-havasındayıq. Səhhəti imkan verənlər, bu müqəddəs günlərdə bir daha nəfslərini sınayır, orucluğa söykənib sağlamlıqlarını qoruyurlar. Bəli, orucluğun insan həyatında, insan orqanizmində, hətta xarakterinin yaxşılığa doğru dəyişməsində çox böyük önəmi var. Orucluqdan söhbət düşmüşkən, bir neçə kəlmə də bu ay boyunca qidalanmadan, nəyin ziyanlı, nəyin xeyirli olmasından bəhs edək:
Ardı →

Ramazan ayının gündəlik duaları ( Otuzuncu gün)

Otuzuncu günün duası

Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu'uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!

Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
Davamı →

Ramazan ayının gündəlik duaları ( İyirmi doqquzuncu gün)

29-cu günün duası

Allahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!

Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!
Davamı →

Ramazan ayının gündəlik duaları ( İyirmi səkkizinci gün)

28-ci günün duası

Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.

Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saхlamır!
Davamı →

Ramazan ayının gündəlik duaları ( İyirmi yeddinci gün)

27-ci günün duası

Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!

Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
Davamı →