Riyaziyyatın həll olunmamış problemlərindən

Riyaziyyatın Ən əsas həll olunmamış problemləri "Minilliyin Problemləri" - "Millenium Problems" adlanır. Bu ad altında 7 problem vardır ki, onlardan biri - Poinkare fərziyyəsi rusiyalı riyaziyyatçı Qriqori Yakovleviç Perelman tərəfindən 2010-cu ilin sentyabrında sübuta yetirilmişdir. Bu ad altında problemlərin həllinə Amerikanın Kley İnstitutu (Clay İnstitute) tərəfindən 1000000 USD civarında mükafat qoyulmuşdur. Lakin indi o məsələlərə girişməyəcəyik.
Əlavə Ədədlər Nəzəriyyəsi üzərindən bəzi problemləri nəzərinizə çatdırmaq istəyirəm.
1. Qoldbax hipotezi (Goldbach hypothesis):
"2-dən böyük cüt ədədlər 2 sadə ədədin cəmi şəklində göstərilə bilər."
Maraqlısı burasındadır ki, bu fərziyyənin nə doğruluğu, nə də əksi isbat oluna bilib.
Alman riyaziyyatçısı Kristian Qoldbax məşhur riyaziyyatçı Leonard Eylerə (Leonhard Euler) 1742-ci il tarixli məktubunda bu fərziyyəni qeyd etmişdi.

2. Kollatz fərziyəsi (Collatz conjecture):
Fərziyyə belə ifadə olunur:
"Hər hansı bir müsbət tam (natural) ədəd:
1. Cütdürsə, 2-ə bölündükdə;
2. Təkdirsə, 3-ə vurulub üzərinə 1 əlavə etdikdə;
3. Və alınan təzə ədəd üzərində də bu əməliyyatları periodik şəkildə yerinə yetirsək, son ədəd mütləq 1 olacaqdır."
Bu fərziyyənin əksi demək olar ki, mümkün deyil. Amma isbat edən də olmayıb. Bu fərziyyəni artıq nəzəriyyə kimi istifadə edərək, müəyyən ədəddən 1 ədədinin alınmasınadək proseslərin sayının hesablamasının tətbiqində araşdırmalar aparılır.
Alman riyaziyyatçısı olan Lotar Kollatz (Lothar Collatz) 1937-ci ildə, 27 yaşında ikən bu fərziyyəni irəli sürmüşdür və hələ də isbat edən olmamışdır.


Ardı var...

 

0 şərh