Bəzən...

Bəzən ən doğru seçim-sadəcə geriyə baxmadan getməkdir...
Bəzən ən böyük acı-dönməyəcəyini bilə-bilə dəyər verdiyin birini yola salmaqdır...
Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur...
Bəzən uğursuzluğun ən böyük səbəbi rəqib seçimində yanılmaq olur...
Bəzən anlayırsan ki, sən artıq unudulmusan...
Bəzən biri səni səndən xəbərsiz gözləyir...
Bəzən xoşbəxtlik elə vaxtda gəlib çıxır ki, sənin artıq ona ehtiyacın olmur...
Bəzən xəyallarının şəhzadəsi bir gün qapının zəngini çalır, tərslikdən həmin gün siz evdə olmursunuz...
Bəzən ən böyük təsəllin səninlə eyni problemləri yaşayanların səninlə dərdləşməsi olur...
Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac olmur.Ayrılmış iki insan arasındakı məsafəni ölç, yetər...
  • ?
  • 18 fevral 2012, 16:11
  • _BUMERANQ_
Dünya bir tamaşadır

Şərhlər (7)

RSS qısalt / böyüt
Heyat da bezen cox yorucu olur. :(
+3
Bəzən hər şeydən bezirsən.Təşəkkür edirəm.
+3
Bəzən çox ümidsiz, biçarə oluruq və Allahı unuduruq...(((təssüf ki.
+5
kim yazıbsa əllərinə sağlıq…
+1

youtu.be/MTogquZ4Aos


 


Bu mənə «kaybedenler kulübü»ndə bazen başlığı ilə olan dialoqu xatırlatdı. Maraqlı yazı idi təşəkkürlər

+2
bezen en yaxin dostunun olmadigina gore ozunu cox xosbext hiss edersen.Cunki ozun kimi biri olmadigini dusunursen ya da etrafda olanlar baxib dostun olmadigina wukr edirsen...Menim kimi
0
Bəzən ən böyük acı-dönməyəcəyini bilə-bilə dəyər verdiyin birini yola salmaqdır…
+1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.