Рейтинг
+120.59

Romantika və düşüncələr

79 üzv, 67 topik

Səni düşünürəm.........

Səni düşünürəm......


Gecənin bu səssizliyində......


Sakitlik,səssizlikdən qulaqbatırıcı,darıxdırıcı,hətta insanı havalandıran səssizlik.........


Səni düşünürəm......


Bu sevginin sonu varmı,yoxmu?Bu düşüncələrin sonu olacaqmı?.........


Yəni bu sənsizlik,xeyirli sonluqla bitəcəkmi?..


Ardı →

Sənsizəm

Gözlərin üçün.Darıxıram gülüşün səsin üçün.Darıxdırır məni yoxluğun.Həyatda sevgi dunyasında yaşamağı,sevib-sevilməyi səndən öyrəndim.səninlə həyatımızın ən gözəl günlərini yaşadıq.Sevginin şirinliyini daddıq sonu acı olsada.Bütün bu gözəllikləri mənə yaşatdırdığın üçün sağ ol.Səni ayrılmaq üçün sevməmişdim....
Xəyallara dalıram.Bəylik paltarında.Əlimdə sənin üzüyün.Yanımda sən və sevdiyin gəlinliklə.Sevinclə bir-birmizə baxaq illərin həsrəti kimi.Qəlbimizi titrədək toy gününün səs küyü kimi.
İllər keçəcək bəlkə də bu keçən illər məni sənə unutduracaq.Bəlkədə nə vaxtsa yadına duşəcəm.Nə vaxtsa yadəna duşərəmsə SEVGİLİ kimi yox adi bir DOST kimi yada salarsan.Əvvəllər mənim kimi bir dostun olduğunu xatırlayarsan.Bəlkə o vaxt məni anlayarsan.Bəlkə də mənsiz darıxarsan.Yenə də əvvəlki günlərə qayıtmaq istəyərsən.Bəlkə də qucağındakı körpənə danışacaqsan dərdini.Yazdığım bu sözlər son təsəlimdi.Çalış məni unut.Özunə yaxşı bax.Bu meəim səndən son xahişim.XOŞBƏXT OL.Bu iəe mənim ən böyük arzum.Sən mənim ilk və son sevgim yaşamış olduğum ən gözəl insan olaraq qalacaqsan.
Həmişə oturduğumuz yerdə oturub nə xəyallar qurduğumu yada salıram.Heç o xəyallar da mənim olmadı.Keçdiyimiz yollardan keçirəm.Sanki yollarda sənin yolunu gözləyir.Bilmirəm bu sözləri oxuyanda nə fikrləşirsən.Bilmirəm bəlkədə gözlərin dolacaq.Bəlkədə ağlamaq istəyəcəksən.Amma ki ağlama qıymaram sənə ağlamağənə.Bilmirəm bu sözləri yazmağımın bir mənası olub olmadığını .Yazıram ki nə vaxtsa biləsən qəlbimdə belə sözlər olduğunu.Aramızdakı yollar nə qədər uzun olursa olsun hər yerə yazdım sevgimi hansı yoldan keçsən oxuyacaqsan sənə olan sevgimi.
Hərdən keçən gunlərimizi yada salıb ozumə təsəlli verirəm.Sevgin,həyatımda buraxdığın izlər,məni dünyanın ən xoşbəxti edən o anlar mənimlə qaldı......
Davamı →

İndi yanımda deyilsən

İndi yanımda deyilsən… Uzaq yerlərdən gələcəyinə əminəm və gözləyirəm… Bütün həyatım boyu sənin yolunu gözləmişəm, gələcəynə əminəm… Məni tək qoyub getdiyin günləri unuda bilməyə-bilməyə yenədə səni sevirəm..
Bu sözləri sənə sənsiz qaldığım günləri bir daha yaşamaq üçün deyirəm… Bilirəmki gələcəksən, bilirəmki mənə qarşı hisslərin hələdə ölməyib… Əgər məni hələdə sevirsənsə qayıt gəl… Məni xoşbəxt edə biləcəyinə çox insan inanır amma mənim yalnız səninlə xoşbəxt olacağıma heç kim inanmır, çox yalnızam, həmdə çox..
Hər kəs mənə qarşı haqsızdır, məni heçkim anlamır… Səni sevdiyimə heç kim inanmır… Qayıt gəl!.. Sənsiz həyatım sənki qaranlıq bir otaqdır… Səni ancaq yuxularda görürəm, real olmasını çox istərdim...
Hər günüm yollara baxaraq keçir, sənin yolunu gözləyirəm… Mən hər gün sənə görə göz yaşlarımı axıdıram, görəsən səndə mənə görə ağlayırsanmı?.. Əminəm ki, mənim üçün çox darıxmısan, məni görmək üçün hər şey edərsən… Amma bu nə səndə alınır nədə məndə..
Mən hər zaman səni gözləyəcəm, sənin gələcəyinə çox inanıram..
Səni səndən çox sevirəm, mənim əziz sevgilim..
Davamı →

Sadəcə oxuyun

Başımı aşağı saldım, pessimist dediniz.
Dik tutdum, optimist dediniz.
Getmək istədim, qorxaq dediniz.
Getmədim, qaldım. Onda da boş inad dediniz.
Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.
Göz yaşlarımı qurudub gülməyə başladım, bivec dediniz.
Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun dediniz.


Ardı →

Vicdan haqqında - ağı qaradan ayıran daxili mexanizm

İnsanın mahiyyəti, özünü qavraması və dərk etməsi mənalarına gələn vicdan əslində insan ruhunun iradə, zehin və hisslərdən ibarət mexanizmidir.
İnsan məhz bu mexanizm vasitəsilə ağı qaradan, yaxşını pisdən ayırır, ən çətin və ziddiyyətli məqamlarda ən doğru qərarı verir. İnsan vicdanı sayəsində özünü dərk edir və Haqq yolunun yolçusuna çevrilir.
Vicdan subyektiv bir analizçidir. Ancaq bu subyektivlik ciddi əsaslara dayanır. Vicdanın səsi ilə verilən qərar ya doğru olur, yaxud da doğruya maksimum yaxınlaşır. Çünki hər kəsi aldatmaq mümkündür, ancaq vicdanı əsla.
Davamı →

Dövrümüzün ziddiyyəti

“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorehead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur.
“Dövrümüzn ziddiyyəti” essesi Murhedin 17 kilsə üzvü tərəfindən tərəfindən seksual cinayətdə təqsirləndirilməsi və kilsə rəhbərlərinin təzyiqi ilə 1998-ci ildə istefa verməsi ilə daha da ironikləşmişdir. Essenin müəllifliyini səhvən amerikan aktyor, komik və yazar Corc Karlin və 1999-cu ildə Columbine məktəbində baş vermiş atışmadan sonra həmin məktəbin şagirdinə aid edirlər.
Davamı →

Məktəb illəri

Insan çox vaxt bir şeyi itirdikdə onun qədrini bilir..Eləcə də məktəb illərinin.Ən gözəl,eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Bir tərəfdən məktəb artıq bezdirib, digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir sənə. Böyük,müstəqil həyatın cətin yoluna qədəm qoyulur. Bu maneəni hər kəs adlayır,amma baxır necə.

“Son zəng”i əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq, onlarda bu gün fərqli şəkildə — “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” adı Azərbaycanda, Türkiyədə və Rusiyada işlənir.Əvvəllər son dərs günü — mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər.


Ardı →