Bloq haqda
Rus dilini öyrənmək,rus dilinin qrammatikası,rus dili,rus dilinin leksikası,
Грамматика русского языка на азербайджанском
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (16)
Arzt TM-çi Cavid sofiloren Niyaz Jale-15 Sufi_tabrizi 2ral zaurmemmedov Ramil nurr ggunel Arzusha Tural_55 arzuwka gulwanRus dilini öyrənək → Miqdarına görə isimlər
-tək isimlər,söhbət yalnız bir predmetdən gedirsə
вещь, стекло, кошка ;
-cəm isimlər,söhbət bir neçə predmetdən gedirsə
вещи, стёкла, кошки ;
Ancaq elə isimlər də vardır ki,onlar miqdarına görə yalnız bir formada olurlar
Ardı- ?
- 08 fevral 2012, 00:30
- Niyaz
- şərh əlavə et
Rus dilini öyrənək → İsimlərin hallanması və cinslər üzrə dəyişməsi.Hal sonluqlarının düzgün yazılışı.
1.İsimlər cinslər üzrə 3 qismə bölünür:kişi(мой, он, чей?),qadın (моя, она, чья?),orta cins (моё, оно, чьё?).
Kişi cinsinə aiddir:
-Əsasən qalın samitlərdən və ya [й]-hərfindən,ismin adlıq halının tək hal sonluqlarından ibarət bütün isimlər: диван, столп, сарай, гений;
-İsmin adlıq halının tək hal sonluqlarında əsasən incə samitlər olan isimlər(yiyəlik halda bu isimlərdə sonluqlar –А,-Я): конь(коня), ключ(ключа), рыцарь(рыцаря), лещ(леща);
-Müxtəlif şəkildə hallanan isimlər-путь;
-подмастерье (1.usta köməkçisi,2.kərgər,şagird) ismi;
ArdıRus dilini öyrənək → Zərflər
1) Тогда он встретил под горой старушечку, чуть-чуть живую, горбатую (qozbel, beli bükülmüş, donqar), совсем седую. Burada тогда zərfi встретил felinə aid olub cümlədə zaman zərfliyini (обстоятельство времени) ifadə edir; чуть-чуть zərfi живую sifətinə, совсем zərfi isə седую sifətinə aiddir. hər iki zərf cümlədə dərəcə zərfliyini (обстоятельство степени) ifadə edir. Ardı
Rus dilini öyrənək → Sifət və onun növləri
Rus dilini öyrənək → düzgün yazı və tələffüz qaydaları
Birincisi, ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Ardı
- +3
- 03 aprel 2010, 10:05
- 2ral
- şərh əlavə et
Rus dilini öyrənək → Söz və onun tərkibi haqqında
Rus dilini öyrənək → Tərz kateqoriyası
Tərz kateqoriyası nə deməkdir? Rusca nitq vərdişlərinin inkişafında bu kateqoriyanın köməyi nədən ibarətdir?
Tərz kateqoriyası (категория вида) dedikdə, hərəkətin zaman daxilində bir proses kimi necə keçdiyi nəzərdə tutulur.
Rus dilində işlənən bütün fellər iki tərzə bölünür: bitmiş tərz (совершенный вид) bitməmiş tərz (несовершенный вид).
Ardı
- 0
- 26 mart 2010, 00:28
- 2ral
- şərh əlavə et
Rus dilini öyrənək → Sayların isimlərlə əlaqəsi
Istər rus, istərsə Azərbaycan dilində saylar əsasən əşyanın miqdarını və sırasını bildirir. Lakin kəsr və toplu saylar da vardır. Məna və qrammatik xüsusiyyətlərinə görə saylar dörd yerə bölünür:
1) miqdar (один, два, тысяча, миллион, миллиард, сто, сорокvə s.);
2) sıra (первый, второй, сотый, сороковой, шестой və s);
3) toplu (двое, четверо, семеро, трое, шестеро və s);Onların sayı cəmi doqquzdur—от двое до десятеро).
4) kəsr saylar (две девятых, одна четвёртая və s). Ardı
- 0
- 20 mart 2010, 08:48
- 2ral
- şərh əlavə et
Rus dilini öyrənək → Vurğu haqqında
золото sözündə vurğu birinci hecaya,
дорога sözündə ikinci,
молоток sözündə isə üçüncü hecaya düşür. Rus dilində vurğunun bir xüsusiyyəti də ondan ibarətdir ki, eyni mənalı sözlərdə qrammatik formanın tələbinə görə vurğu bir hecadan başqa hecaya keçə bilər. Bu vurğunun yerdəyişməsidir. Müqayisə edək, гора sözündə vurğu sonluğa düşür, bu söz adlıq halın təkindədir; горы—sözündə isə vurğu birinci hecadadır, adlıq və təsirlik halların cəm şəklidir; eləcə də город—adlıq halın təki, горада—adlıq hal və təsirlik hallarının çəmidir. Vurğunun bu xüsusiyyəti rus dilinin daha çevik daha rəvan, səlis və ahəngdar olmasına sübutdur. Vurğunun belə sərbəstliyi və dəyişkənliyi şairlərə ahəngdarlığı ilə fərqlənən müxtəlif qafiyəli və rədifli şeirlər yaratmağa imkan verir.
Vurğu bir hecadan başqa hecaya keçərkən sözün mənası da dəyişə bilər. Belə sözlər omonim sözlərdir. Omonim sözlər— şəkilcə eyni, mənaca müxtəlif sözlərə deyilir. Məsələn, замок (qala, saray, qəsr), замок (kilid, qıfıl), мука (əzab, əziyyət, işgəncə)—мука (un), атлас (coğrafiyada)—атлас (atlas parça) və s.
Adətən vurğu birhecalı köməkçi sözlərin üzərinə düşmür. Lakin bəzən bir hecalı predloqlar (önşəkilçilər) və не ədatı vurğu ilə tələffüz olunur. Bu halda həmin predloq və ya ədatdan sonra gələn müstəqil söz öz vurğusunu itirir. Məsələn, сестры не было дома. Брат не дал мне книги. Учитель дал задание на дом. Мать взяла ребенка на руки.
Rus dilində sözün tərkibində ё varsa, həmişə vurğuludur və vurğu işarəsi bu hərfin üzərinə qoyulmur.
Bəzən sözlər iki cür vurğu ilə tələffüz oluna bilər: далеко—далёко, звезда—звёзды.
Gördüyünüz kimi, rusca tələffüzdə vurğunun böyük rolu vardır. Siz verilmiş sözləri düzgün tələffüz etmək üçün həmin sözlərin üzərində qoyulmuş vurğuya əsaslanmalısınız. Rusca şifahi nitq vərdişlərinə yiyələnməkdə vurğunun yerli-yerində işlədilməsi əsasdır. Bəs qalan sözlərin düzgün tələffüzünü haradan öyrənməli? hər şeydən əvvəl, çalışın ki, sizdə bu lüğətlər olsun: «Русско-азербайджанский словарь», словари русского языка, орфографические словари, словари правильного произношения слов. Sözlərin düzgün yazılışında və tələffüzündə orfoqrafiyaya dair lüğətlərin müstəsna əhəmiyyəti var. Bunlardan müntəzəm istifadə edilməlidir. Ardı
- +2
- 16 mart 2010, 16:28
- 2ral
- şərh əlavə et
Rus dilini öyrənək → Zərflərin əmələ gəlməsi və yazılışı
1) вошел в темную комнату.
2) Нельзя действовать втемную.
Birinci cümlədəki темную sözü sifət olub комнату sözü ilə uzlaşaq tək-cəmə, cinsə və hala görə dəyişir (burada темную təsirlik halda işlədilib). Bu sözün leksik mənası «işığı olmayan, qaranlıq» deməkdir. Ikinci cümlədəki втемную sözü isə zərfdir: o, dəyişmir, özü də действовать felinə aiddir. Bu sözün leksik mənası «görmədən, bilmədən, kor-koranə, bəxtəbəxt» deməkdir. Ardı
- +1
- 15 mart 2010, 09:20
- 2ral
- şərh əlavə et
