Склонение və наклонение

Склонениенаклонение terminləri rus dilində ən adi və məlum qrammatik anlayışlardandır. Onlarsız fel və isimlərin mövcudluğunu təsəvvür etmək mümkün deyildir. Lakin bu iki terminin tərcümeyi-halını heç də hamı bilmir. Bu isə maraqlı və diqqəti cəlb edicidir. Fikir verin; hər iki termin müxtəlif morfoloji hadisələrə, ayrı-ayrı nitq hissələrinə məxsusdur, lakin bir-birinə çox oxşardır. Xarici görünüşdə bu sözlər arasındakı fərq yalnız pristavka müxtəlifliyidir, birinci sözdə с, ikincidə isə -на pristavkaları sözlərin mənalarını dəyişdirir. Bu pristavkalardan sonra hər iki termində qalan hissə-клонение, клониться felinə uyğun gəlir ki, bu da «əyilmək», «meyl etmək», «enmək», «yaxınlaşmaq» mənalarında işlənə bilir. Qrammatik terminlər kimi də bu sözlər eyni məfhum bildirmişlər. Yalnız sonralar birinci söz isim, ikinci söz isə fel anlayışları üzrə ixtisaslaşmışdır.

Склонение
наклонение sözləri rus qrammatikasının terminologiyasında müxtəlif vaxtlarda və müxtəlif cür kök salmışdır. Склонение sözü наклонение sözündən əvvəl rus qrammatika kitablarında özünə yer tapmışdır. D. Gerasimov tərəfindən 1522-ci ildə rus dilinə tərcümə edilmiş Donat Eliyanın latın qrammatikasında bu söz клонение уклонение formalarında verilmişdir.
Наклонение termininə ilk dəfə Meleti Smotritskinin qrammatikasında (Evyu, 1619-cu il) rast gəlinir. Lavrentiya Zizaniyanın qrammatikasında isə наклонение sözü obraz sözü ilə də oxucuya təqdim edilib. Bundan daha əvvəl наклонение anlayışı чин (rütbə, mənsəb, məmur, dəb) və залог (girov, rəhn, dəlil) sözləri ilə ifadə olunmuşdur. Yeri gəlmişkən xatırladaq ki, M. V. Lomonosov da naklonenie termini ilə yanaşı, bu sözə müqabil obraz terminini işlətmişdir. Məhz M. V. Lomonosov tərəfindən наклонение sözü ilk dəfə olaraq əsil dilçilik anlayışı xarakteri qazanmışdır.

0 şərh