Zərflər

Zərf (наречие) müstəqil nitq hissəsi kimi iş, hal, hərəkət və keyfiyyətə aid olub, onların əlamətini bildirir və başqa sözlərlə əlaqədə dəyişmir. Zərflər əsas etibarilə fellərin, bəzi hallarda isə sifət və habelə zərflərin özünün əlamətini göstərərək, cümlədə əvəzlik vəzifəsini ifadə edirlər:
1) Тогда он встретил под горой старушечку, чуть-чуть живую, горбатую (qozbel, beli bükülmüş, donqar), совсем седую. Burada тогда zərfi встретил felinə aid olub cümlədə zaman zərfliyini (обстоятельство времени) ifadə edir; чуть-чуть zərfi живую sifətinə, совсем zərfi isə седую sifətinə aiddir. hər iki zərf cümlədə dərəcə zərfliyini (обстоятельство степени) ifadə edir.
2) Собрание продолжалось довольно долго. Долго zərfi продолжалось felinə aid olan dərəcə çalarlı (оттенок степени) zaman zərfliyi, довольно zərfi isə долго zərfinə aid olub, müddət dərəcəsini göstərir (указывает на степень длительности) və cümlədə dərəcə zərfliyidir (обстоятельство степени).

Bəzi zərflər isimlərə də aid ola bilər. Buna əsasən aşağıdakı hallarda təsadüf edilir:
1) isim hərəkət bildirəndə: движение вперед, шаг назад, чтение вслух;
2) isim keyfiyyət bildirəndə: почти старик (старик в значении «старый»), совсем дитя (дитя в значении «неопытный»);
3) bəzi zərflər isimlərə aid olub yeyinti şeylərini göstərir: яйцо всмятку (ilıq bişmiş yumurta), кофе по-варшавски və s.

Zərflərdən bəziləri əvəzliklərin xüsusiyyətlərini də özlərində birləşdirir. Bunlar əvəzlikli-zərflər (местоименные наречия) və ya əvəzlik-zərflər (местоимения-наречия) adlanır. Məsələn: там, тогда, здесь, сюда, где, когда, везде, всюду. Əvəzlikli zərflər də fellərə, sifətlərə və zərflərin özlərinə aid olub cümlədə zərflik rolunu ifadə edirlər: куда ты скачешь, гордый конь, и где опустишь ты копыта? (копыто—дырнаг).
Əvəzlikli zərflər aşağıdakı qruplara bölünür:
  • Sual (вопросительные): где? куда? откуда? когда? отчего? почему? зачем? как?
  • Inkar (отрицательные): нигде, никуда, ниоткуда, никогда, никак, негде.
  • Qeyri-müəyyən (неопределенные): некогда, неоткуда, незачем, некогда (vaxt, macal yoxdur). то, -либо, -нибудь, -кое ədatları ilə düzələnlər: где-то, куда-нибудь, кое-как вэ с.
  • Işarə (указательные): там, туда, сюда, здесь, тогда, так, потому, поэтому, затем.
  • Təyin (определительные): везде, всюду, всегда, иногда və s.
  • Sual əvəzlikli zərflərə (вопросительные местоименные наречия) nisbi (относительные) zərflər də deyilir, çünki onlar budaq cümlə(ni baş cümlə ilə əlaqələndirirlər. Məsələn: Все бросились туда, откуда доносились выстрелы.
Zərflərin mənalarına görə təsnifi.
Zərflərin mənaları bir tərəfdən onların yaranması, mənşəyi (происхождение) ilə, digər tərəfdən isə bu və ya digər sözlə birləşməsi ilə bağlıdır.
Mənalarına görə zərfləri aşağıdakı qruplara ayırmaq olar:
  • Yer zərfləri (наречия места)—hərəkətin yerini bildirir və где? куда? откуда? suallarına cavab verir: здесь, там,тут, вблизи, вдали, везде və s.

  • Zaman zərfləri -(наречия времени)—hərəkətin nə vaxt icra olunduğunu bildirir. Bu sözlərə когда? sualını vermək olar: вчера, сегодня, завтра, послезавтра, позавчера, утром, вечером və s.

  • Tərzi-hərəkət zərfləri (наречия образа действия)—hərəkətin necə və nə tərzdə icra olunduğunu göstərir və как? каким образом? suallarından birinə cavab verir. Быстро, медленно, скоро, тихо, хорошо, плохо, отлично və s.

  • Ölçü, hədd, hüdud zərfləri (наречия меры)—сколько раз? во сколько раз? на сколько частей? в каком количестве? suallarına cavab olur: дважды, трижды, четырежды, вдвое, втрое, вчетверо və s.

  • Dərəcə bildirən zərflər (наречия степени)—в какой степени? sualına cavab verir: очень, вполне, весьма, довольно və s.

  • Səbəb bildirən zərflər (наречия причины)—почему? sualına cavab verirlər: сдуру (axmaqlıqdan, səfehlikdən, düşüncəsizlikdən), сослепу (korluqdan, görmədiyindən), почему, потому və s.
    Məqsəd zərflərinə (наречия цели)—зачем? sualını vermək olar: назло (acığına, açıqdan), нарочно (qəsdən, bilə-bilə, yalandan, zarafatla), зачем, затем və s.

1 şərh

konFidaNsial
Таким образом очень трудно освоить русский язык. Здесь нет звукового сопровождения и соответственно произношение изучающего будет неправильным.Было бы целесообразным, при возможности добавлять к каждой теме аудио сопровождение.