Dəlidən doğru xəbər

Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən onun yanına bir dəli gəlir.Əylənmək məqsədilə dəlini kefli etmək fikrinə düşən şair özü ilə birlikdə çaxır içməyi dəliyə təklif edir.Dəli təəccüblə şairə baxıb deyir:

-Sən çaxırı mənə oxşamaqdan ötrü içirsən,bəs mən kimə oxşamaq üçün içməliyəm?

Gözlənilməyən bir adamdan ağıllı,yerində söylənmiş fikir eşitdikdə bu məsəl işlədilir:dəlidən doğru xəbər

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov


Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.

Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

 

7 şərh

Shabnam_Ilham
Doğurdan da dəli ağlasığmaz cavab verib. Çox ağıllı ifadə işlədib deyərdim.
kocharli
Dəlidən dogru xəbər belə olurmuş.Təşəkkür edirəm.
SHATENKA407
şairi təkərə salıb dəli
asel
men de bu ifadəni çıx işledirem. amma nece yarandığını bilmirdim. teşekkürler
Medikamentoz
İçən adamı Dəli də əlində oynadar :)
azadmamedov90
bes men kime oxsayacam???
Medikamentoz
O baxır harda və necə ?!