Sağlamlıq mənbəyi - Meyvələr

Meyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.  Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir. Yaponiyanın Okinava adasında yaşayan insanlar bol-bol meyvə yeyir. Fransız jurnalistlər Ana Dufour və Laurence Vittner, “Okinava rejimi” adlı kitabda onların hər gün 2-4 boşqab meyvə yediyini söyləyir: «Bir boşqab meyvə dedikdə bir alma, ya da iki albalı nəzərdə tutulur, hərəsindən bir kilo deyil. Bir ölçüyə hansısa bir meyvə (alma, armud, portağal), iki kiçik meyvə (çiyələk, ərik) ya da 100 qram üzüm, bir dilim ananas, qarpız da daxil ola bilər”.

Portağal Okinavada ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi tərkibində yetərli nisbətdə kalsium, antixolesterol liflər var. 

Ananas ekzotik meyvələrin önündə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xüsusilə balıq və ətdə olan “bromelain” adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Avokadoda kalori sıxlığı çox yüksək olsa da, gündəlik menyuda yer ala bilər. Çünki tərkibindəki yağlar zeytun yağı qədər çox faydalıdır. Digər tərəfdən ürək üçün də xeyirlidir. 

Alma xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sürətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gücləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Qəbizliyə mane olur. Hər gün yemək çox faydalıdır. 

Ərikdən Okinavada şoraba da hazırlanır. C vitamini ilə çox da zəngin olmasa da, qan damarlarını gücləndirir. Sidik qovucudur, bağırsaqlara yumşaldıcı təsir göstərir. Minerallarla zəngindir.

Qarpız sərinləşdirici təsirə malikdir. Tərkibində su zəngindir. Digər meyvə və tərəvəzlər kimi, xərçəng və kardioloji xəstəliklərdən qorunmaqda effektlidir. 

Yapon armudu bir növü almadır, amma yeyildikdə ağızda armud təsiri bağışlayır. Yapon armudu, adi armuda çox yaxındır, faydaları və daşıdığı qida dəyərləri baxımından da zəngindir.

Gilas mövsümü Okinavada ən gözəl mövsümdür. Albalı piqment olaraq güclü qoruyucuları sayəsində qan damarlarını qoruyur. Bədənin digər hissələrinə dağılan (ayaqlar, əllər, gözlər) flavonoidlər olaraq adlandırılan bu piqmentlər qan dövranını yaxşılaşdırır. Bu, yaşlılıqla mübarizədə əhəmiyyətlidir. 

Limon- bütün sitrus bitkiləri kimi limon da sağlamlığa olan çox böyük faydaları ilə tanınır. Vitaminlər və flavonoidlərlə qan damarlarını gücləndirir. Qan dövranı yolu ilə orqanlarımıza, hüceyrələrimizə güc verir və bədənin həyati vitamin materiallarını təmin edir. Üstəlik xərçəngdən qorunmada da xüsusi bir yeri var. Bütün yeməklərimizə bir az limon suyu qataraq onun xeyrindən faydalana bilərik, çünki limon qandakı şəkər nisbətini və eyni zamanda qan təzyiqini salır.
  meyvələr

2 şərh

Ramil

Almanın tumlarında mədə üçün lazım olan komponentlər vardır. Ona görə də almanın tumlarını da yemək lazımdır. 

Nar — vitamin anbarıdır. və s. və s.

asel
urəyim lap gilas  istədi. qış aylarında portağal, limonu daha çox istifadə etmək lazımdır.