Rahat yuxu üçün

şirin yuxularYuxu insanın ən əhəmiyyətli ehtiyaclarından biridir. Sağlam olmaq üçün təkcə yediyimiz yeməyin keyfiyyəti, işlərimizin normal qaydada getməsi, yüksək əhvali- ruhiyyə və s. kifayət etmir. Normal, şirin, dərin yuxu sağlam yaşamaq üçün önəmli rol oynayır.

Yatarkən sizi sıxmayan, narahat etməyən geyimləri seçin. Çoxlu çay içmək də yuxunun “qaçmasına” səbəb olur.

Yatmazdan əvvəl 15-20 dəqiqə təmiz havada gəzin, dərindən nəfəs alın, ağır məşqlər etməyin, detektiv filmlərə baxmayın. Şam edərkən yüngül yeməklərə üstünlük verin. Yatmamışdan ən azı 3 saat əvvəl süfrədən qalxmağa çalışın. Yataq otağını çox isti etməyin. Yatmazdan əvvəl ilıq duş qəbul edin. Otaq səssiz, təmiz və havalandırılmış olmalıdır.

Yatarkən qan dövranınızın normal, yatağınızın rahat olması vacibdir. Onurğanızı düz saxlayan, sərt və allergiyaya səbəb olmayan materialdan hazırlanmış yataqdan istifadə edin. Narahatlığınız yoxdursa, yastığınızın 11 santimetrdən hündür olmamasına diqqət yetirin. Bu şərtlərə əməl etsəniz, dərin və şirin yuxuya dala bilərsiniz.

 
loading...

3 şərh

Ramil
Yatmaq saatımızı müəyyənləşdirib və buna mütəmadi əməl etsək (edə bilsək) daha gözəl olar.
seyidova
men gec yatıb gec durmaq istirem.amma efsuslar olsunki gec yatıb tez dururam iwle elaqeder :(
SHATENKA407
her defe ozume soz verirem ki tez yatib tez durum..amma internet imkan vermirki vaxtinda yatim(((