Sağlam yaşamağın yolları

-Hər gün bir diş sarımsaq yeyin.

Sarımsaq  orqanizimdəki xəstəliyə  səbəb ola biləcək  maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.

-İdmanla məşqul olun

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

-Kəpəkli məhsullar xərçəngdən qoruyur.

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.

Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.

-Fast-food yeməklərini birdəfəlik unudun

Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.

-Bel ağrısına qarşı hərəkət edin.

Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.

-Süfrənizin bəzəyi balıq

Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

-Duzu azaldın

Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur.Ona görə də gündə 5qr duz yemək kifayətdir.

-Qəhvənin faydaları

Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur

-Çay nədir, say nədir?

Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.

-Hər pəhrizə aldanmayın.

Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.

-Artıq çəkilərə diqqət

Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır.Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.

-Seleniuma ehtiyacımız var

Selenium daha çox fındıq-fıstıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37%  azalır.

-Xolesterol səviyyəsini aşağı salın

İdmanla məşğul olmaq yağı, duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.

-Möcüzə dərman-ASPİRİN

Ağrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri, həmçinin iflic və xərçəngə qarşı da faydalıdır.

-Stresə qarşı mübarizə aparın.

Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

-Siqaretə yox.

Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız hesabsız vasitələr var. Məsələn nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.

-Yuxusuz qalmayın

Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

-Hər gün vitamin qəbul edin

Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

-Dərinizi nəmləndirin

Dəriniz üçün yayda günəşdən, qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.

-Dişlərinizi qoruyun

Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır. Alma,portağal, yerkökü, ispanaq kimi lifli qidalar da dişləri qoruyur.

-Su içməyi unutmayın

Gündə 5 stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% azalır

-Sağlamlığınız üçün “DOST OLUN?”

Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.

Mənbə: korpem.net

 

0 şərh