Səhər qaçmağın faydaları

Qaçmaq əsasən bir çox insanların arıqlamaq üçün üstünlük verdiyi idman növüdür. Ancaq səhərlər qaçmağın sağlamlığınız üçün də faydaları var. Hər gün mütamadi olaraq 5 dəqiqə qaçmaq belə ömrü 3 il artırır.

Qan təzyiqini tarazlaşdırır
 Hər gün səhər qaçmaq qan təzyiqinin tarazlaşdırır, yüksək təzyiqi aşağı salır. Həm qadın, həm də kişilərdə diabet, təzyiq və xolesterolu tarazlaşdırır. Sabahdan etibarən sevdiyiniz musiqini seçərək qaçmağa başlayaraq sağlam həyata ilk addım atın.

Ürək xəstəlikləri riskini azaldır
Hər səhər qaçmaq ürək xəstəlikləri riskini 50% azaldır. Sadəcə həftədə iki dəfə səhərləri 10 dəqiqə qaçmaq belə sizi ürək xəstəliklərinə qarşı qoruyur.

Zehni gücləndirir
İdmanla məşğul olmaq ürəyinizin daha çox işləməsi və daha çox oksigenlə zəngin qanın bədəndə dolaşması deməkdir. Səhərləri qaçmaq zehni gücləndirməklə yanaşı, ruhunuzu dincəldir. Həmçinin davamlı olaraq səhərlər qaçmaq Alzheimer xəstəliyinə yoluxma riskini azaldır.

Özünüzü daha yaxşı hiss edərsiniz
Səhərləri mütamadi olaraq qaçmaq özünüzü daha pozitiv hiss etməyinizə təmin edər. Qaçmağı adət halına gətirsəniz özünüzü daha xoşbəxt hiss edərsiniz.

Daha yaxşı yatarsınız
Hər səhər qaçsanız gecələri daha rahat yatarsınız. Gün ərzində daha aktiv və canlı olmağınıza kömək edər. Dənizkənarı bulvar və ya parklar yatmaqda problem yaşayan insanlar üçün yaxşı seçim ola bilər. Depresyonda olan şəxslər üçün də səhərlər qaçmağın faydası var.
loading...
 

0 şərh