Reytinq
41.60
səs: 4

Bloq haqda

Şahmat,şahmatçılar.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (16)

Zahid GDMLI qarabala Xrizoberil Samir012 kulturoloq MaksiMuS rustam_aLiyev yravil Qiyasli Mysteryo AykaJackson Aristotel Aysel218 Ruqiş Abdulyar SÜSən_Mehrəliyeva

Vasili Smıslov

Şahmat üzrə 7-ci dünya çempionu Vasili Smıslov (Василий Васильевич Смыслов) 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. Ilk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir.Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında böyük rol oynamışdır. O, uşaq yaşlarından P. Morfinin, A. Andersenin, V. Steynitsin görüşlərini öyrənmişdir. Ən çox sevdiyi kitablar — Alyoxinin «Mənim ən yaxşı görüşlərim» və Kapablankanın «Şahmat oyununun əsasları» kitabları üzərində saatlarla oturardı.



Ardı

Mixail Tal

Heç bir dünya çempionu Tal kimi mübahisə doğurmamış və Tal kimi sevilməmişdir. Istedadı, riskli oyun tərzi, şahmat sənətində yaratdığı əsərlərə görə o, indi də şahmat həvəskarlarının sevimlisidir.
Mixail Tal (Михаил Таль) 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarır,yanında nə danışılırdısa, yadında saxlayırdı. Onun ən çox sevdiyi məşğuliyyət oxuduğu səhifəni əzbər danışmaq idi. Balaca Mişa birinci sinfə gələndə artıq üç ədədli rəqəmləri fikrən vurmağı bacarırdı. Iki gündən sonra onu üçüncü sinfə keçirdilər. 1952-ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə Talı qəbul etmədilər: hələ 16 yaşı tamam olmamışdı, Maarif nazirliyindən xüsusi icazə almaq lazım gəldi.



Ardı

Bobbi Fişer

Dünyada öz yaradıcılığının üstündən özü xətt çəkən bir sıra dahilər olub. Bu məşhur insanların həyatlarının müəyyən çağında atdıqları gözlənilməz addım bütün bəşəriyyəti heyətləndirib. Qoqolun öz əlyazmalarını yandırması, Şalyerin öz notlarını cırması, Fişerin şahmat tacından könüllü əl çəkməsi…  

Dünyanın ən məşhur şahmatçılarından söz düşəndə heç şübhəsiz birinci yada düşənlər sırasında Bobbi Fişer də olur. Fişeri tərkidünya dahi də adlandırırlar. Bu, onun haqqında elə-belə deyilmiş söz deyil. B.Fişerin təkliyə qapanmağa, qapalı mühitdə qalmağa, insanlarla ünsiyyətdən ifrat dərəcədə qaçmağa həvəsi o qədər böyük  olub ki, bəzən illərlə bütün dünyada axtarılmasına baxmayaraq gizlənməyi bacara bilib.

Ardı

Robert Fişer

Heç bir dünya çempionu haqqında Robert Fişer qədər yazılmayıb. Yaxşı da yazırdılar, pis də. Onun heyrətamiz qələbələrindən və şıltaqlıqlarından yazırdılar. Lakin hər hansı bir görkəmli şahmatçını qiymətləndirmək üçün başlıca meyar onun idman nəticələridir. «Fişerin nəticələri isə çox şeydən xəbər verir:bu, misilsiz hadisədir».—A. Karpov öz sələfi haqqında 1980-ci ildə belə yazmışdır. Bəs, bu Fişer kimdir?




Ardı

Boris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.



Ardı

Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.



Ardı

Maks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».



Ardı

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION


«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.


Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.



Ardı

Xose Raul Kapablanka

AZADLIQ ADASINDAN OLAN ŞAHMATÇI
«Siz qətiyyətli olmalısınız! Əgər düşünürsünüzsə ki, gediş yaxşıdır, onu əldən buraxmayın. Təcrübə ən yaxşı müəllimdir».
X. R. Kapablanka.
1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Onu həyatda öz vətənini şöhrətləndirmək, dahi şahmatçı və dünya çempionu olmaq kimi böyük səadət gözləyirdi. Bu, Xose Raul Kapablanka idi.

O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Balaca Xose bir neçə gün ərzində müstəqil olaraq şahmatın əsasını elə öyrəndi ki, atası zəif gediş edəndə onun səhvini tutdu. Oğlunun şahmatın sirlərinə bələd olmasından heyrətlənən atası balacaya şahmat oynamağı təklif etdi. Görüş dörd yaşlı Xosenin qələbəsi ilə nəticələndi.



Ardı

Emmanuil Lasker

Şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur.
Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya-həmişə doğruçudur.

E. Lasker.


1894-cü il mayın 26-da dünya şahmat həvəskarları yeni çempionun elan olunduğundan xəbər tutdu. Əl ağacına söykənərək, kreslodan ağır-ağır qalxan Steynits yeni dünya çempionu Laskerin şərəfinə üç dəfə «ura» deyərək onu təbrik etdi…



Ardı