Şahmat oyunu | Şahmat | Kayzen 

Şahmat → Şahmat oyunu

Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növüdür. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır.Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı.Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.
Şahmat iki tərəfin - ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64 - 32 ağ və 32 qara xanadan ibarətdir.

İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steyinitz olmuşdur. Sonradan dünya çempionları bu ardıcılıqla olmuşdur: Emanuel Lasker, Xose Raul Kapablanka, Aleksander Alyoxin, Maks Eyve, Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski, Rober Fişer, Anatoli Karpov, Harri Kasparov, Vladimir Kramnik, Veselin Topalov. Sonuncu dünya çempionu hindistanlı Visvanathan Ananddır.Lakin qeyd etmək lazımdır ki,şahmat çempionlarının tanınmasında problemlər var.Çünki 90-cı illərin ortalarında dünya şahmat tacının sahibi uğrunda iki - FİDE xətti və Harri Kasparovun təşkilatçılığı ilə yaranan təşkilatın xətti ilə yarışlar keçirilirdi.Bu isə eyni zamanda dünyada iki şahmat çempionunun olmasına gətirib çıxarmışdı.Lakin 2005-ci ildən etibarən şahmat çempionları yalnız FİDE xətti ilə müəyyən olunur.

Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.

 

şahmat oyunundakı şahmat fiqurları

Şahmat oyunu haqqında məşhur deyimlər

Şahmat beyin işgəncəsidir.
Kasparov

Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur.
İrninq Çernyov

Şahmatın əsası onun nə olduğunu düşünməkdir.
Devid Bronşteyn

Şahmat taxtası insan zehninin gimnastika zalıdır.
Paskal

Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var.
Pyer Mak Orlan

Uduzan həmişə səhvdir.
Panov

Şahmat bəşəriyyətin lənətidir.
H.G.Uells

Şahmat analiz sənətidir.
Botvinnik

Mənə qalib gələn hər kəsə nifrət edirəm.
Liza Leyn

Yaxşı oyunçunun həmişə yaxşı şansı olur.
Kapablanka

Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram.
Keres

İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir.
C. Ross

Piyadamı verməkdənsə, barmağımı verərəm.
Ruben Fayn

Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur.
H.G.Uells

Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil.
Koblentz

İki cür fəda var: doğru olanlar və mənimkilər.
Tal

Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz.
Fransız atalar sözü

Ən yaxşısı rəqib daşlarını fəda etməkdir.
Tartakouer

Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.
Em. Lasker

Daş itirməmək üçün çox oyunlar itirilib.
Tartokouer

Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər.
Tartakouer

Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz.
Em. Lasker

 

               
               
               
               
Həmçinin bax:
Şahmat terminləri
Dahilər və şahmat
  • ?
  • 15 iyul 2011, 00:23
  • Qiyasli


Şərhlər (6)

RSS qısalt / böyüt
Pol Morfi çox güclü şahmatçı olub.Qeyri-rəsmi olaraq ilk şahmat çempionu demək olar.
Maraqlı məlumatlar idi.
+3
oynamaq istəyən varsa, chess.com saytına gəlsin. Live(tez-bazzar) və ya online oynamaq olar.
Online şahmat üzrə komandalar var və hatta Dünya Çempionatı keçirilir. Team Azerbaijan bu il 3-cü divizionda bütün oyunları udub və gələn il 2-ci divizionda üzdəniraqların komadası ilə bir qrupa düşəcəyik…
+3
Azərbaycanın kişilərdən ibarət milli komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının ikinci turunda Ermənistanı udub:
ERMƏNİSTAN — AZƏRBAYCAN — 1:3
Levon Aronyan (2802) — Teymur Rəcəbov (2781) — 0,5:0,5
Sergey Movsesyan (2710) — Vüqar Həşimov (2757) — 0:1
Vladimir Akopyan (2681) — Şəhriyar Məmmədyarov (2733) — 0,5:0,5
Qabriel Sarkissyan (2671) — Qədir Hüseynov (2636) — 0:1

Ura!
+4
Halal olsun.
+3
Uydaaaa əla xəbərr!!! :)
+1
Burda rusca şərh yazmaq olar?
+1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.