Qoyma gedim

Ən çox sevdiyim bir türk filmi var… Babam və oğlum. O filmə baxdıqdan sonra yazdım bu şeiri. Filmə baxanlar daha yaxşı anlayacaq...
 Yola düzəlib gedirəm,
Bəlkə bir də qayıtmadım.
Mən gedəndə yatmış idin,
Özüm səni oyatmadım.

Ata,səni oyatmadım.
Getməyə qoymazdın axı.
Sözünə baxmasaydım mən,
Vurmağa qıymazdın axı.

Gedirəm yuxudan oyan,
Oyan ata,oyan,tələs!
Gedib bəlkə qayıtmadım,
Tez ol mənim yolumu kəs!

Yolumu kəs,qoyma gedəm,
Gəl yolumdan durdur məni.
Sözünə baxmasam ata.
Lazım gəlsə sən vur məni.

Sən vur məni,qoyma gedəm,
Birdən gedib qayıtmaram.
Bir də belə yatma ata,
Gedib səni oyatmaram!!!

08.10.2012

0 şərh