Xərçənglə mübarizədə 10 məsləhət

Çağımızın ən qorxulu bəlalarından olan xərçəng xəstəliyinin dərmanı hələ də tapılmayıb.
Gün keçdikcə bu bəlaya düçar olanların sayı artır. Bəzi vərdişlərimizdə, xüsusilə, yemək menyumuzda xırda dəyişikliklərlə bu xəstəlikdən özümüzü qoruya bilərik.  Xərçəng xəstəliyindən müdafiə olunmağın yolları:
                              
1. Siqareti atın, “tüstüsüz həyat” layihəsini dəstəkləyin.
Siqareti tərgitməklə ömrünüzü 10 il artıra bilərsiniz. Bu illəri qazanmaq üçün yeni bir addım atın, siqareti tərgitməyə çalışın. Bunun üçün peşəkar yardım alın və əhatənizdə tüstüsüz hava sahəsi yaradın. Siqaret çəkən biri ilə yaşamaq və siqaretin tüstüsünə məruz qalmaq ağ ciyərdə xərçəng xəstəliyi yaranma riskini 30 faiz artırır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, siqaretdən istifadə nəticəsində yaranan xərçəng sadəcə ağ ciyərdə deyil, süd vəzilərində, baş, boyun nahiyələrində də rast gəlinir. Uşaqlarda yaranan beyin və qan xərçənglərinin də siqaret tüstüsündən əmələ gəldiyi ortaya çıxıb.


2. Sağlamlıq müayinəsini gecikdirməyin.
İllik “check-up” proqramınızı təxirə salmayın. Qadın və kişi sağlamlığı müayinə testlərindən mütləq istifadə edin. Ailəsində xərçəng xəstəliyi qorxusu olanlar daha ciddi müayinə etdirməlidir. Xəstəliyin vaxtında bilinməsi üçün müayinə önəmlidir.

3. Artıq çəkidən qurtulun.
Artıq çəki uşaqlıq, uşaqlıq yolları, süd vəzi, qida borusu və böyrəkdə xərçəng xəstəliyinin yaranma riskini artırır. 10 kq çəki itirmək isə insanın xərçəng xəstəliyinə düçar olmaqdan 50 faiz qoruyur. Zeytun yağı, bol göyərti, təzə və vaxtı ötməmiş qida məhsullarından istifadə etməklə xərçəng xəstəliyinin yaranmasından qaça bilərsiniz. Yüksək kalorili, keyfiyyətsiz qidalanma, xüsusilə mədə və bağırsaq xərçənginə tutulmağa şərait yaradır.

4. Fəal olun.
Xərçəng xəstəliyindən qorunmağın ən yaxşı üsullarından biri də aktiv yaşam tərzidir. Gün ərzində 10 min addım atmaq xərçəng xəstəliyindən müdafiə olunmağa kömək edir.

5. Yaşıl qidalardan çox istifadə edin.
Həftə ərzində 3 və ya 4 dəfə salat yeməklə siqaret tüstüsündən əmələ gələn xərçəng xəstəliyinin qarşısını ala bilərsiniz.

6. Spirtli içkilərdən az istifadə etməyə çalışın.
Həddindən artıq spirtli içkinin qəbulu qara ciyər xərçənginə tutulma riskini artırır. Ölçü olaraq gündə ən çox kişilərə 2, qadınlara 1 qədəh qırmızı şərab məsləhət görülür.

7. Qidanız rəngarəng olsun.
Çoxlu meyvə-tərəvəz yeyin. Qırmızı, bənövşəyi və mavi rəngdə meyvə-tərəvəzlərə üstünlük verin.

8. Qırmızı əti azaldaraq, ağ ətdən istifadə edin.
Qırmızı ət damar sərtliyi və bir çox xronik xəstəliyə səbəb olur. Bəyaz ət sağlamlıq üçün məsləhətlidir.

9. Günəş şüalarından müdafiə olunun.
Günəş şüaları dəri xərçənginin yaranmasının əsas səbəblərindəndir. Bu şüalardan qorunmaqla dərinizin xərçəngə yoluxmasının qarşısını ala bilərsiniz.

10. Uşaqlarınızı çoxlu ana südü verin.
Analığa namizəd bütün analar! Körpəniz nə qədər uzun müddət döş əmsə, sizin süd vəzi xərçənginə yaxalanmaq riskini o qədər azaldar. Həm də körpəniz sağlam böyüyər.
                             
Həmçinin oxu: Xərçəng xəstələrinin nəzərinə
 

1 şərh

pascal

Apollon, istər saçlar haqqında, isərsə də bu nəşrinizdəki faydalı məsləhətləri bizimlə paylaşdığınıza görə sağ olun. 

Kaş əməl edə bilsək… Nə etsək də qırmızı ətə düşkünlüyümüzə qalib gələ bilmirik. Bir az qırmızı ətə meylli toplumuq.