Ürəyinizin qeydinə qalın

İşləriniz, gündəlik problemləriniz üçün bütün günü ora-bura qaçır, nə isə etməyə çalışırsınız. Şübhəsiz ki, bu vaxt sağlamlığınızı unudursunuz. Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz?
Sözsüz ki, ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz. Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq:
 

-Rejimlə qidalanmağa çalışın.
 -Çox soyuq və ya çox isti mühitlərdə qalmayın.
-Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin.
-Çox soyuq və ya küləkli havalarda ağzınızı və burnunuzu bağlayın. Çalışın ki, soyuq havanı içinizə çəkməyəsiniz.
-Gündəlik işlərinizi elə qurun ki, ürəyinizə istirahət verməyə də vaxtınız olsun.
-Bir iş görəndə tələsməyin.
-Ağır işlərinizi günün müxtəlif saatları arasında bölüşdürün.
-Dincəlmək, mütləq yatmaq demək deyil.
-Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.
-İşləyərkən əllərinizin çiyin səviyyəsindən aşağı olmasına çalışın. Çünki əllər çiyin səviyyəsindən yuxarı olduqda ürək daha çox işləyir.
-Bütün pəhrizləri unudun. Unutmayın ki, tez-tez arıqlayıb kökəlmək olmaz.
-Minerallara qarşı laqeyd olmayın.
-Özünüzə inanın. Hər kəs özü üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.
-Yağ seçərkən diqqətli olun. Ən yaxşı yağ zeytun yağıdır.
-Siqaret çəkməyin.
-Hər gün idmanla məşğul olun.
-Musiqiyə qulaq asın.
_Ailədə xoş atmosfer yaratmağa çalışın. Unutmayın ki, xoşbəxt ailələrdə ürək xəstəlikləri daha az olur.
-Çalışın çoxlu dostunuz olsun.
-Tez-tez səyahətə çıxın.
-Qan verin. Qanda olan dəmir ürək xəstəlikləri ehtimalını artırır.
-Ürəyinizə xəyanət etmək istəmirsinizsə, yediklərinizə diqqət yetirin. Mümkün qədər yağlı, duzlu, qızartma yeməklərdən uzaq olun.
-Xolesterol səviyyənizi öyrənin.
-Stresdən uzaq olmağa çalışın.
-İldə ən azı iki dəfə ürəyinizi müayinədən keçirin.

 

0 şərh