Uşaq yoqasının faydaları

Artıq çoxumuzun yoqanın faydalarından xəbərdarıq. Yoqa bizi rahatladır və sakitləşdirir. Yoqa ən çox tətbiq edilən qədim elmdir. 
 
  • uşaq yoqasıƏxlaqlı olmaq yoqanın ən əhəmiyyətli elementidir. 
     
  • Əsas proqramlar fiziki məşq, nəfəs çalışması, boşalma, meditasiya və düzgün qidalanmadır. 
     
  • Qısası yoqa həyat sənətidir. 
     
  • Yoqanın uşaqlara da faydası çox yüksəkdir. 
     
  • Yoqa ilə hər yaşda, hər irqdə, bir sözlə hər bir insan yoqa ilə məşğul ola bilər. 
     
  • Uşaqlar strukturlarından dolayı qısa müddət ərzində fikirni toplaya bilir və əzələləri də hazır olur. Həm də məsuliyyət duyğusuna ehtiyacları var.
  • Yoqa uşaqların ruhi və fiziki baxımdan rahatladır və paylaşma duyğularını da artırır. 
     
  • Yoqa uşaqların konsantrasiyasını inkişaf etdirir, onların məktəbdə daha bacarıqlı olmasına kömək edir. 
     
  • Uşaqların böyüyən vücudlarında əzələləri qüvvətlənir. Bu isə sümüklərin daha güclü olmasına və boy artımına səbəb olur. Yaş artdıqca bədəndə sallanmalar olmur. 
     
  • Uşaqlar yoqa ilə məşğul olarsa, başqa canlıları yaxşı hiss edər və anlamağa başlayar.
     
  • Bədəndə qan dövranı normaya düşür və enerji kəsilmədən axar. Bu həm fiziki, həm də mənəvi cəhətdən insanı rahatladar. 
     
  • Uşağın psixologiyası daha sağlam olar və insanlara qarşı sevgisi artar. 
     
  • Yoqanın başqa bir faydası da hormonal sistemi tarazlaşdırması və beləcə yeniyetmelik dövrünün asan keçməsinə yardım etməsidir. 
     
  • Uşaqlar yoqa ilə məşğul olandan sonra özünə inamı daha da artar və yaradıcılıq qabiliyyəti inkişaf edər. Xəyal gücləri qidalandıqca daha konstruktiv olarlar. 
     
  • Fiziki, zehni və psixoloji tarazlıq inkişaf edər. Yoqada rəqabət olmadığı kimi mühakimədə yoxdur. 
     
  • Özlərini kəşf etdikcə özlərini daha çox sevərlər, bu yolla ətraf-mühitə maraq və sevgiləri də artar. 
     
  • Yoqanın bu faydalarından əlavə, yoqa uşaqlarn sevimli məşğuliyyət növü olacaq. Uşaqlar yoqa ilə məşğul olanda həm əylənəcək, həm də zövq alacaqlar. Öz mənliyini inkişaf etdirər və şəxsiyyət kimi formalaşmaqda müsbət təsir edər. Özlərini yoqa ilə kəşf etmək uşaqların şirin məcarasına çevriləcək. 

     

0 şərh