Yeməkdən sonra edilən səhvlər

Yemək yedikdən sonra bəzi səhvlərə yol veririk. Çoxumuz yeməkdən dərhal sonra çay və ya qəhvə içirik. Kişilər isə adətən siqaret çəkirlər. Halbuki, bunların hər biri sağlamlığımız üçün olduqca təhlükəlidir. 

Duş qəbul etmək — Yeməkdən dərhal sonra duş qəbul etmək bədən üçün yaxşı fəaliyyət sayılmır. Duş qəbul edən zaman əl, ayaq və bədənin qan dövranı sürətləndiyi üçün mədə ətrafındakı qan dövranı zəifləyir. Bu isə həzmsizlik probleminə yol açır.

Qaçmaq və yatmaq — İnsanların çoxu yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür. Ancaq mütəxəssislər yürüşə yeməkdən ən az bir saat sonra çıxmağı tövsiyyə edir. Yeməkdən dərhal sonra yürüşə çıxsanız, aldığınız qidalar həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm sistemindən problemə, dolayası ilə qastritə səbəb olur.

Çay və ya qəhvə — Bu səhvi etməyən yəqin ki, yoxdur. Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır. Qan azlığının ən böyük səbəbi yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.

Meyvə yemək — Yeməkdən sonra meyvə yemək faydalı deyil, əksinə zərərlidir. Yeməkdən sonra meyvə yeyildiyi zaman mədə hava ilə dolur və şişlik yaradır.

Siqaret çəkmək - Siqaretin zərərlərini bilməyən insan yoxdur. Lakin yeməkdən sonra siqaret çəkmək, 10 siqaretin zərərinə bərabər hesab olunur. Xərçəng xəstəliyinə yol aça bilər. Buna görə də ən az 1 saat gözləmək lazımdır.

Su içmək - Yeməkdən dərhal sonra su içmək mədədəki qidaların həzm edilmədən bağırsağa keçməsinə səbəb olur. Həmçinin mədə suyunu azaldıb onun zəifləməsinə səbəb olur.

4 şərh

Someone

Cox lazımlı məlumatlardır. Təşəkkür edirəm. Mən təkcə cay və su olmaz deyə bilirdim. Onu da çox vaxt əməl etmirdim. Amma səbəbini tam olaraq indi oxudum, bildim. Gərək əməl edək

pascal
Bunların hamısın demək olar ki, bilirəm və əməl də edirəm. Ama yemək yeyən zaman kompot, ayran, şirə içmək kimi bir istisna var. :)
Meyvəni yeməkdən yarım saat qabaq yemək daha faydalıdır.  Çayı isə 2-3 saat sonra yox, mən ən az 1 saat sonra içməyin xeyirli olduğunu eşitmişdim.
Someone

Çay, su yeməkdən sonra maksimum 1 saat dözərəm. 2-3 saat bacarmaram )

JAVIER_ZANETTI
Apollon təşəkkürlər. Bundan sonra, yeməkdən bir saat sonra siqaret çəkməyə vərdiş edərəm. :)