Yuxusuzluq zamanı sadə bitki reseptləri

Yuxusuzluğun ən əsas səbəbi həddindən artıq stressdir. Stress varsa yuxu sizi tərk edəcək. Sıx düşüncələrlə dolu beyn isə tez bir zamanda  dincələ  bilməz. Bu problemin və yuxusuzluğun ən əhəmiyyətli səbəbi həddindən artıq stressdir.

Bu problem zamanla bədənimizə əhəmiyyətli ölçüdə təsir edir və gün içindəki yaşamımızda öz əksini tapır. Bitkilərlə hazırlanan bir neçə asand resept bu problemlərinizi həll etməyə kömək edər,  yuxu almış, dincəlmiş bədən və beynlə günə başlaya bilərsiniz.

* 1 çay qaşığı lavanda otunu 1 stəkan qaynar su ilə 5 dəqiqə qaynamağa qoymaq lazımdır.

Hər gecə bu çaydan bir stəkan içmək fayda verəcək. Bununla yuxusuzluq probleminiz həll olunacaq. Ancaq çox içməməli və vərdiş halına gətirməməlisiniz. Yalnız yuxu problemi olanlar istifadə edə bilər.

* 1 çay qaşığı şüyüdü 1 stəkan qaynar su ilə 10 dəqiqə qızdırın və gözləyin. Şəkər və ya balla dadlandırın yatmadan 1 saat müddətində için.

Eyni şəkildə çobanyastığı, cirə, melisa çay bitkilərini bu cür hazırlaya və qəbul edə bilərsiniz. Buda öz növbəsində yuxusuzluq problemini həll edəcəkdir.

0 şərh