Saç tökülməsinin qarşısı almağın yolları

1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin. Saçlarınızı duruladıqdan sonra ilıq su ilə masaj etmək saç dökülməsinin qarşısını almaq və saçlarınızın uzanması üçün olduqca faydalıdır.

2. Saç dökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Bu qarışıq saçların uzanması, quru və qaşınan saç dərisinin müalicəsi üçün istifadə edilir. Qarışımı saçınıza vurduqdan sonra başınızı bağlayın və sabaha qədər gözləyin. Səhər yüngül bir şapun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.

3. Gücsüz və tez-tez qırılan saçların müalicəsində ən çox sardinya bitkisinin yarpaqlarından istifadə edilir. Sardinya bitkisinin yarpaqlarını 15-30 dəqiqə qaynar suyun altında ağarana qədər saxlayın. Sardinya yarpağının suyunu süzün və bu su ilə həftədə ən azı iki dəfə saçlarınızı şampun ilə yuduqdan sonra durulayın.

4. İnanılmaz saç gücləndirici təsiri olan xına (çini) Hindistanda yetişən bir bitkidir. Hindistanda gözəl, güclü, daha havalı saçlara malik olan qadınların əksəri bu bitkidən hazırlanan saç şampunu və dərmanlarından istifadə edir.

5. Yonca suyu uzun illərdir istifadə edilən saç baxımı dərmanıdır. Saç köklərinin qidalandırılmasında və saçların incəlməsinin və seyrəlməsinin qarşısının alınmasında istifadə edilir.

6. Tərkibi kükürdlə zəngin olan soğan bitkisinin saçların çoxalmasında güclü təsiri olduğu çoxlarına məlumdur. Soğanı sıxaraq bir neçə yemək qaşığı soğan suyu əldə edin və saçlarınızı yumaqdan qabaq bir saat soğan suyu ilə masaj edin. Bu proseduru davamlı təkrar etdikdə güclü, sağlam və yeni saçlara malik ola bilərsiniz.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

 

0 şərh