Alma şirəsinin orqanizmə faydaları

Həftə ərzində özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri hiss edirsinizsə, bu hər hansı bir xəstəliyin başlanması ilə yanaşı, orqanizminizin zərərli maddələrlə, toksinlərlə yüklənməsindən xəbər verir.

Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir.

Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.

Orqanizmin təmizlənməsinin bir çox üsulları var.

Bəzi mütəxəssislər belə üsullardan biri kimi orqanizmə faydalı içkiləri məsləhət görür.

Bu içkilər sırasında alma şirəsini xüsusi qeyd etmək lazımdır.

Alma tərkibində olan mineral duzlar sayəsində sidik təmizləyici və qan təmizləyici xüsusiyyəti ilə tanınır.

— Vitaminlər və mineral duzlar təmizləmə xüsusiyyəti ilə yanaşı enerji mənbəyidir.

— A vitamin tənəffüs yollarını, sinir sistemini, qan damarlarını və dərini sağlam saxlayır.

— İçindəki kükürd sayəsində dezinfeksiya edici xüsusiyyətə malikdir və bakteriyalardan qoruyur.

— Həzmi asanlaşdırdığı kimi ürəyi də gücləndirir ..

Almada olan pektin maddəsi bağırsaqların fəaliyyətini normallaşdırır ki, bu da toksinlərin orqanizmdən xaric olunmasında mühüm rol oynayır.

Alma şirəsi azkalorili olmaqla yanaşı vitamin və mikroelementlərlə, xüsusilə dəmirlə zəngindir.

Məhz buna görə alma şirəsi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Orqanizmin təmizlənməsi üçün alma sirkəsindən də istifadə etmək olar.

Bunun üçün 3 xörək qaşığı alma sirkəsi 1 litr mineral suya qatılır və sutka ərzində 3-5 dəfə qəbul edilir. 

 

0 şərh