Yuxusuzluq geni

Bir qrup Amerika alimi yuxunun tənzimlənməsində həlledici rol oynayan “Sleepless” yuxusuzluq genini aşkar etmişdir.
Milçəklər üzərində təcrübə aparan alimlər aşkar etmişlər ki, “yuxusuzluq geni” olmayan mutantlar normal milçəklərdən 85 faiz (dişi milçəklər 80 faiz) az yatır, bəziləri hətta tələf olurlar. Bu genin qətiyyən fəaliyyət göstərmədiyi milçəklər normal yatır, lakin uzun müddət oyaq qaldıqda isə qüvvələrini bərpa etməyə onlara xeyli az yuxu lazım gəlir. Bu, aşkara çıxarılmış ikinci yuxu genidir.
“Science” jurnalının yazdığına görə, Pensilvaniya Universitetinin mütəxəssisi Amita Seqal yuxuya nəzarətin iki əsas amildən — yuxu müddəti və ona tələbat mexanizmlərindən asılı olduğunu bildirmişdir. “Yuxusuzluq geni” ikinci mexanizmin tərkib hissəsi olub, yuxuya, eləcə də uzun müddət oyaq qaldıqdan sonra bərpa prosesinə təsir göstərir.
Milçəklərlə insanlar təkamül baxımından bir-birindən çox fərqli olsalar da, alimlər bir çox genlərimizin uyğun gəldiyini bildirirlər və insan genlərinin necə fəaliyyət göstərdiyini öyrənmək üçün milçəklər üzərində təcrübə aparırlar. Bu tədqiqatlar əzəli “Biz nə üçün yatırıq?” sualına baza molekulyar səviyyədə cavab tapmağa, habelə yuxusuzluqdan əziyyət çəkən bir çox insanların müalicəsinə kömək edə bilər.
A.Seqal və həmkarları bildirirlər ki, doyunca yatmamaq və yuxusuzluq sənaye ölkələrinin başlıca problemi olaraq qalmaqdadır. Xroniki yuxu problemləri həyatın keyfiyyətini, əmək məhsuldarlığını azaldır və ölüm hallarına gətirib çıxarır.
 

0 şərh