Sarımsaq suyu nəyə faydalıdır?

Hər bir insan cavanlığının ömrünü uzatmaq istəyir. Yaşın üstə yaş gəldikcə bu istək daha da artır. Bəs bu istəyi necə reallaşdırmalı? Çox sadə bir üsul bu istəkdə olanları heyrətləndirəcək.

Cavanlığınıza yeni bir ömür vermək istəyirsinizsə, sarımsaq suyu sizin köməyinizə çatacaq. Sarımsaq suyunu hazırlamaq çox sadə və asandır. Bunun üçün sarımsaqdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın. Bir qaba yığıb saxlayın. Bu möcüzəvi suyu hazırlamaq üçün bir stəkan suyu qaynadın. Su qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin ki, su çox da qaynar olmasın. Bundan sonra onun üzərinə bir ovuc ağ sarımsağın qabığını əlavə edin və təxminən 6-8 saat gözləyin. Bu müddətdən sonra sarımsaq suyu hazırdır.

Sarımsaq suyunu gün ərzində 4 stəkan qəbul edin. Kişilər bu suyu istənilən bir ayın 10-dan 20-nə kimi, qadınlar isə 20-dən 30-na kimi qəbul etməlidirlər. Bu suyu isti, hətta ilıq şəkildə içmək qəti yolverilməzdir. Mütləq şəkildə soyuq halda qəbul edilməlidir.

Vaxt məhdudiyyəti olarsa, sarımsaq suyunu əvvəlcədən də hazırlaya bilərsiniz. Yəni hər dəfə bir stəkan hazırlayıb 6-8 saat vaxt itirməmək üçün gündəlik normanı hazırlayın. Bunun üçün 4 stəkan su və 4 ovuc sarımsaq qabığından istifadə etməlisiniz.

Sarımsaq suyunun qəbulundan sonra siz orqanizminizdəki müsbət dəyişikliklərin, xüsusilə dərinizin inanılmaz dərəcədə gözəlləşməsinin şahidi olacaqsınız.

Sarımsaq suyunun möcüzəsi bununla bitmir. Növbəti yazılarımızda bu haqda geniş yazı təqdim edəcəyik. Siz də o vaxta qədər istifadə etdiyiniz sarımsağın qabıqlarını yığın ki, təbiətin bu möcüzəsi əlinizin altında olsun. 

0 şərh