İmmuniteti gücləndirən təbii antibiotiklər

Antibiotik sözü «anti» — qarşı və «bio» — həyat sözlərindən əmələ gəlib.

Bu preparatlar mikrobları məhv edir. Bir çox xəstəliklərin (məsələn, tonzillit, haymorit, otit və s.) müalicəsində antibiotiklərdən istifadə olunur.

Təbiətdə insan orqanizminə antibiotiklərin təsirinə oxşar təsir edən bəzi bitkilər və maddələr var. Onlar da orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə bu təbii vasitələr virusəleyhinə təsir edir (kimyəvi antibiotiklər — yox!), immuniteti möhkəmləndirir, bağırsaqların xeyirli mikroflorasını məhv etmir (kimyəvi antibiotiklər isə edir!), allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayyət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə təbii «antibiotiklərin» bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotiklərləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin arasında bu kimi məhsulları göstərmək olar.

— Moruq və moruq mürəbbəsi. Moruğun tərkibində asetilsalisil turşuya oxşar maddələr var. (Biz bu turşunu «aspirin» kimi tanıyırıq.) Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir. Qripp və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

— Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələkəleyhinə təsir edir. Bu əsl təbii antibiotikdir.

— Xardal da orqanizmə güclü iltihab və mikrobəəleyhinə təsir edir. Məhz bu səbəbdən soyuqdəymənın ilk simptomlarında xardal əlavə olunmuş isti ayaq vannaları çox yaxşı təsir edir. 5 l isti suya 2 xörək qaşığı quru xardal əlavə olunur. Bundan əlavə xardal  boğaz iltihabları zamanı da uğurla istifadə oluna bilər. 1 stəkan ilıq suya 1/2 çay qaşığı quru xardal əlavə olunur, qarışdırılır və qarqara edilir. Boğazda «qaşınma» hissi və ağrı yox olur, iltihab azalır.

— Sarımsaq və soğan da orqanizmə güclü iltihab, mikrob və virusəleyhinə təsir edir. Angina zamanı sarımsaqla qarqara etmək yaxşıdır. Bunun üçün 1 diş sarımsağı xırda doğrayın, üzərinə 1/2 stəkan isti su tökün, 15 dəqiqədən sonra süzün və qarqara edin (gün ərzində 3-4 dəfə).

— Qara qarağat və qara qarağat mürəbbəsi də soyuqdəymələr və iltihablar zamanı geniş istifadə olunur.

— Ağ turpun şirəsi çox yaxşı iltihabəleyhinə təsir edir və bəlgəmgətirici vasitə kimi istifadə olunur. Öskürək, bronxit zamanı çox güclü müalicəvi təsir edir.

— Qıtığotu kökün tərkibində də antibiotiklərin tərkibinə oxşar maddələr var. Qıtığotu müxtəlif iltihablar zamanı və həmçinin profilaktik məqsədi ilə istifadə oluna bilər.

— Qreypfrutun tərkibində olan bəzi maddələr müxtəlif mikroblar, viruslar, göbələklərlə mübarizə aparır.

— Propolis (arı yapışqanı) mikrob və viruslarla çox uğurla mübarizə aparır. Angina zamanı propolislə qarqaralar güclü iltihabəleyhinə təsir edir. Propolis bağırsaqlarda, sidik yollarında və sidik kisəsində olan iltihablarla da mübarizə aparır.

— Bəzi otlar da güclü iltihabəleyhinə təsirinə malikdir. Bu otların arasında: çobanyastığı, sürvə, kalendula, aloe, kalanxoe. Çobanyastığı, sürvə, kalendula kimi otların dəmləmələri angina, bağırsaqlar və sidik yolları iltihabları zamanı uğurla istifadə olunur. Aloe və kalanxoe bitkilərin şirəsi zökəm və haymorit zamanı burna damızdırmaq lazımdır. Bu vasitələr çox güclü təsir edir.

 

1 şərh

Gülnar
Belə fəsildə hamının ehtiyacı var bunlara. Qreypfrutu sevdirə bilmədim amma özümə