Güclü və sağlam saçlara sahib olmağın yolları - Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek

Sağlam və baxımlı saçlar üçün soyuq aylarda saçlarınızına daha çox diqqət göstərməlisiniz. Budur saç baxımınızda diqqət yetirməniz lazım olanlar məqamlar ...

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek mövzu ilə əlaqədar maraqlı məlumatlar verir.

Qış aylarında hava çox quru olduğu üçün saçlara daha çox diqqət göstərilməsinin lazımlı olduğunu vurğulayan Ata Nejat Ertek bildirir ki, «Tez-tez yumaq saçı qurudar, icələrək qırılmasına səbəb olur. Saçları 3 gündə bir yumaq böyük şəhərlərin çirkli havası səbəbi ilə məcburidir. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq su istifadə edin, çünki sağlam saçlar üçün saçınızı ilıq su ilə yumağınız faydalıdır».

Saçı kip şəkildə yığmaq qopmasına səbəb olur.

Yüksək istiliyə məruz qalmanın saça verdiyi zərərlərdən bəhs edən Ata Nejat Ertek, «Saç qurutma maşınını yüksək istilikdə işlətməyin. Yüksək istilik, fön çəkmək və həddindən artıq isti maşalarla saçı formalaşdırmaq zərərlidir. Saçınızı çox kip bağlayan ağır toqqa və taclar istifadə etməyin. Bu şəkildə istifadə saçlarınızın köklərindən çəkilməsinə və qopmasına səbəb olur» deyə vurğulayır.

Ata Nejat Ertek saçlarında sədəf, ekzema kimi xüsusi xəstəlikləri olanlara, saç tökülməsi problemi yaşayanlara bu təklifi edir: «Dermatoloqunuzun təklif edəcəyi kükürd və qətran ehtiva edən, göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan dərmanlı şampunları istifadə edin».

Saç üçün doğru vitaminlərin qəbulunun əhəmiyyəti.

Ata Nejat Ertek bildirir ki, «Saç tökülmələri yoğundursa saçınızı qidalandırmaq üçün dermatoloji ekspertinizin təklifi ilə biotin, sink, selenium, metionin, E, B, D vitaminlərini ehtiva edən dərmanlar istifadə edin. Saç üçün doğru vitaminlərin əhəmiyyətli olduqca  yüksəkdir. A vitamini çatışmazlığı saçları kövrəkləşdirir və kəpək yaradır. B1 və ya B6 vitaminləri əskikliyi saç tökülməsinə səbəb olur. C vitamini saç köklərini stimullaşdırır, saçların uzanmasına kömək edir  və saç tellərindəki piqment istehsalını nizama salar. B12 vitamini isə saç köklərini qidalandırır». Hazırladı: MushviG.H \ mənbə: acunn.com
 

0 şərh