Faydalı çaylar

Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı. Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin:

— Çayı axşamdan termosda dəmləyin, növbəti gün için.

— 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür.

— Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz.
Ən faydalı ot çayları:
— Ürək-damar sistemini möhkəmləndirən çaylar: yemişan, bədrənc (melissa), pişikotu kökləri, nanə.

— Mədə-bağırsaq sistemi üçün ən faydalı çaylar: çobanyastığı, kəklikotu, cirə, nanə, zirə, boymadərən.

— Böyrəklərin sağlamlığını qoruyan çaylar: itburnu, pol-pala, qarğıdalı saçaqları.

— Qaraciyəri möhkəmlənditən çaylar: qanqal

— Təzyiqi aşağı salan çaylar: zirinc, tozağacı yarpaqları, itburnu.

— İmmuniteti möhkəmləndirən çaylar: itburnu, kasnı, çaytikanı, jenşen, zənçəfil kökü, darçın, mixək — Sakitləşdirici çaylar: pişikotu kökləri, mayaotu toxumu, bədrənc (melissa).
 

0 şərh