Sodalı suyun faydaları

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sodanı suyun içərisinə töküb içmək sağlamlığa faydalıdır. Bu su bədəndəki PH dəyərinin tarazlıqda qalmasına kömək edir. Orqanizmdə turşulu şəraitin əngəllənməsini təmin edərək, sağlıq baxımından möcüzəvi faydalar göstərir.

Toksinləri sürətli şəkildə atır
Şəhər həyatında çirkli havanın, yediyimiz bəzi orqanik olmayan qidaların bədənimizdə yaratmış olduğu zəhər irəliləyən zamanlarda sağlamlığımızı ciddi şəkildə hədələyə bilir. Ancaq soda əlavə edərək içilən su bu çirkli tullantıların bədənimizdən sürətli şəkildə atılmasına kömək edir.

Metabolizmanı sürətləndirir
Yeməklərdən bir saat əvvəl içilən sodalı su metabolizmanı sürətləndirərək, həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.

Yağ yandırır
Sodalı su yağ yandırıcı təsiri ilə də köməyimizə çatır. Metabolizmanı sürətləndirərək bədənin yağ yandırmasına yardımçı olur.



Xərçəng hüceyrələrinin yaranmasını əngəlləyir 
Sodalı su bədəndə turşulu şəraitin yaranmasının qarşısını alır. Xərçəng hüceyrələri də bədəndə turşulu şəraitdə çoxalıb inkişaf edə bilir. Gündə bir stəkan içilən sodalı su bədəndə turşulu şəraitin inkişafına əngəl olaraq xərçəng hüceyrələrinin çoxalıb böyüməsinin qarşısını alır.

Hazırlanması:
1 litr suya yarım xörək qaşığı soda töküb qarışdırın. Gün boyu içməyə içməyə çalışın.

QEYD: Mədəsində problemi olanların içməyi məsləhət deyil. Sodalı su təzyiqi yüksəldə və ürək çırpıntılarına səbəb ola bilər. Odur ki, həkiminizlə məsləhətləşməyi unutmayın.

0 şərh