Hər səhər bir qaşıq bal

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.

3. Qəbizliklə mübarizə etməyə kömək edir.

4. İnsana əlavə enerji verir, daha gümrah edir, orqanizmin tonusunu və iş qabiliyyətini artırır.

5. Ağız boşluğunda yaşayan mikrobları öldürür, angina xəstəliyinin qarşısını alır. Balı ağız boşluğunda tam əriyənə qədər saxlamaq lazımdır. Mədə xəstəlikləriniz varsa, balı suda həll edib için.
 

0 şərh