Gəlin sağlam olaq!

İnsan sağlam olmaq istəyirsə öz məşğuliyyətini, iş və ev şəraitini nəzərə almalıdır. Hər bir peşənin öz spesifik xüssiyyətləri var: bir çoxuna kalsium, digərlərinə yod, başqalarına günəş vitamini lazımdır. Bu baxımdan dietoloqlar kimə nə yemək faydalı olduğunu məsləhət görür və aşağıdakı pəhriz növlərini təklif edirlər:

Sümüklərimizi necə möhkəmləndirək?


Bu yaxınlarda Amerikada aparılan tədqiqatlar osteoporoz problemi ilə mübarizəyə imkan verəcək. Bu tədqiqatlar əsasında dietoloqlar oturaq həyat keçirən insanlara tərkibində kalsium olan qidalar qəbul etməyi məsləhət görürlər.
Faydalıdır:
Gün ərzində yağlılığı 1,5 % yüksək olmayn 300 q turş-süd məhsulları, həftədə 1 neçə dəfə 200 q tərəvəz (kələm və s.) qəbul etmək.
Zərərlidir:
Turşəng, cəfəri, şomu. Belə ki, onların tərkibində turşəng turşusu var. O, kalsiumla birləşir və onun bağırsaqlardan sorulmasına mane olur. Ona görə də 35 yaşdan yuxarı qadınlara bu məhsulları qida rasionuna salmaq məsləhət deyil.
İçkilərin təsiri:
Kofe və şirin qazlı suları məhdudlaşdırmaq lazımdır (onlar böyrəklərlə kalsiumu çıxarır). Tərkibində C vitamini olan (itburnu, portağal, ananas, alma və albalı şirələri) şirələri isə hər gün içə bilərsiniz.

Sinir sisteminə müsbət təsir edək:


Kimin işi, məşğul olduğu sahə çoxlu əsəb gərginliyi ilə bağlıdırsa, yəni çoxlu sayda insanlarla təmasda olmaq məcburiyyətindədirsə, mütləq tərkibində B qrup vitaminləri olan qidaları yeməlidir. Bu məqsədlə bütün paxlalılar, göbələk, ət, yarmalar, xüsusilə qarabaşaq məsləhət görülür. Hətta həftədə 1-2 gün yalnız qarabaşaq yeməklə kifayətlənə bilərsiniz.
Zərərlidir:
Konservlər, xüsusən hisə verilmiş balıq, marinadlar, qırmızı və qara istiotlu kəskin təamlar.
İçkilərin təsiri:
Süd, meyvə şirələri, yaşıl və qara çay, qazsız sular içmək olar. Kofe, tünd çay, kakao məhdudlaşdırılmalıdır.

Elektrik nəticəsində yaranan anemiyanı aradan qaldıraq


Bir çoxları gün ərzində elektrik lampasının işığından istifadə etməyə məcburdurlar. Bu isə qanyaranmaya mənfi təsir edir və hətta anemiya ilə nəticələnə bilər. Belə hallarda sağlamlığa qidanın köməyi ilə nəzərat edə bilərsiniz.
Faydalıdır:
Dəmirlə zəngin qidalar. İlk növbədə qaraciyər, qarabaşaq, alma. Həmçinin hər gün sitruslar, kivi, nar yemək olar. Onlarda C vitamini çoxdur ki, bu da dəmirin sorulmasına kömək edir. Qanyaranmaya müsbət təsir edən 2-ci element misdir. Paxlalılarda və yarmalarda çoxdur. Lakin bütün bitki yağlarında dəmirin sorulmasının qarşısını alan maddələr var. Onların zərərli təsirlərini bir neçə vasitə ilə aradan qaldırmaq olar: proraşivanie, objarivanie, vımaçivanie. Bunun üçün bişirməmişdən əvvəl yarmanın üzərinə 1 neçə saatlıq soyuq su tökün.
Zərərlidir:
Şomu, baş soğan, perlova yarması.
Bu məhsullarda üzvi duzlar olur ki, onlar da dəmirin sorulmasına mane olurlar.
İçkilərin təsiri:
Çay və kofedə olan taninlər dəmirin sorulmasına mane olur. Ona görə yemək zamanı və ya yeməkdən sonra çay içmək məsləhət deyil. Portağal və ya ananas şirəsi içmək isə yerinə düşər.

Venalarımızı qoruyaq


Uzun müddət ayaqüstü işlə məşğul olan insanlar (satıcılar, bərbərlər, müəllimlər və s.) xüsusi olaraq damar pəhrizinə riayət etməlidirlər. Bu pəhriz venaların divarlarını möhkəmləndirməyə yönəldilir. Bu məqsədlə qidaya P vitamini ilə zəngin qidalar daxil edilməlidir.
Faydalıdır:
Kivi, qara quşarmudu, şirin istiot, sitruslar, xüsusilə limon. Hər gün limonun 3/1 yemək xeyirlidir. Əgər gündəlik rasiona 3-4 qoz əlavə etsəniz, limonla birgə orqanizmi kifayət qədər P vitamini ilə təmin edəcək.
Zərərlidir:
Kəskin, duzlu, qızardılmış, hisə verilmiş və marinadlar.
İçkilərin təsiri:
Quru meyvələrədən kompot, təzə meyvələrdən hazırlanmış kisel və dəmləmələr. Tünd alkoqol, pivə və hər hansı qazlı su içmək qadağandır.

Eşitmə orqanına əziyyət verməyək


Yüksək səsli istehsalatda çalışanların, musiqi ilə, rəqslə məşğul olanların eşitmə orqanına həddindən artıq gərginlik düşür və onlara xüsusi pəhriz tələb olunur.
Lazımdır:
Gün ərzində 300q nişastasız tərəvəzlər (kələm, xiyar, pomidor, göyərti) yemək. Mütləq gündəlik rasiona brokkoli kələmi, şomu, ağbaş kələm və soğan daxil etmək məsləhət görülür.
Zərərlidir:
Yağlı ət və pendir, kərə yağı, yumurtanın sarısı. Həmçinin duza qoyulmuş kələm, ət yarımfabrikatları və hisə verilmiş yeməklər. Duz və şokoladın azaldılması da yaxşı olardı.
İçkilərin təsiri:
Gün ərzində tomat, yerkökü, kərəviz, çuğundur şirələri, yaşıl çay və turş-süd məhsullarını içmək olar. Kofe, koka-kola, tünd çay eşitmə üzvünə mənfi təsir etdiyindən çox içmək məsləhət deyil. Mineral su bu sıraya daxil edilə bilər.
Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

0 şərh