Siqaret çəkmək-Ömrü baltalayan vərdiş

Siqaert insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar azdır. Ona görə siqaret satışının həcmi ildən ilə artır, nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır.
Bu yazıda siqaretin zərərləri haqda yazacağıq. Ümidvarıq ki, bununla zərərli vərdişə aludə olanların, ona maraq göstərənlərə faydalı məlumatlar verəcəyik.

100-120 ml qram nikotin insanı öldürə bilər

Siqaret tüstüsündə 400-dək kimyəvi maddənin olduğu müəyyənləşdirilib. Bunların heç birinin insan orqanizmi üçün faydası yoxdur. Əksəriyyəti nikotin qətran və xərçəng yarada bilən konsirogen maddələrdir. Əgər 100-120 ml qram nikotin hər hansı bir insanın qanına vurulsa bu onun ölümünə səbəb ola bilər. Məhz elə həmin 100-120 mlq nikotin 2 qutu siqaretin tərkibindədir. Məlumdur ki gündə 2 qutu və hətta artıq miqdarda siqaret çəkən insanlar mövcuddur. Çoxlarında belə sual ortaya çıxa bilər ki bəs niyə həmin insanlar zəhərlənmirlər? Əslində siqaret çəkə-çəkə bütün insanlar zəhərlənirlər. İnsan siqaret çəkərkən ona görə dərhal ölmür ki, tütünü yandıraraq çəkir.

Siqaret çəkən insan daim niyə süst olur?

Çünki siqaret yanarkən ondakı nikotin havaya sorulur, yalnız müəyyən hissə insanın orqanizminə daxil ola bilir. Nikotin isə böyrəküstü vəzin adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Belə vəziyyət bir müddət sonra mədə yarasının olmasına gətirib çıxardır. Bundan başqa siqaret çəkən insanların ürəyi daha tez-tez döyünür və bu da qan təzyiqini yüksəldir. Daimi olaraq siqaret çəkən adamlar bir müddət bunu etmədikdə əl və ayaqlarına az qan gedir və həmin orqanizmdə temperatur aşağı düşür. Belə vəziyyət siqaret çəkənə qədər davam edir 15-20 dəqiqə sonra normal temperatur geri qayıdır. Siqaret həmçinin mərkəzi sinir sisteminə də təsir edir, qusma, başgicəllənmə kimi hallar müşahidə olunur. Əgər bir şəxsin damarına 2ml nikotin vurulsa ( bu bir siqaretin çəkilmə miqdarıdır) ürək 1 dəq müddətində 15 dəfə çox döyünər. Ürəkdən vurulan qanın həcmi 10 litir olduğu halda 12 litrədək artır. Belə bir vəziyyətdə siqaret çəkən şəxsin oturmağından və ya ayaqüstə olmağından asılı olmayaraq sanki ağır bir iş görmüş kimi ağırlıq hiss edir.

Siqaretin yaratdığı xəstəliklər

Elə infarktın baş vermə səbəbi də siqaretdir. Uzun illər siqaret çəkən insanlarda nəinki infarkt, bir sıra xəstəliklər də baş verir ki, bu da aşağıdakılardır: iştahanı pozur, həzm prosesi çətinləşir, rənglər saralır, mədə yarasının əmələ gəlməsinə səbəb olur, dodaq, dil və yemək borusu xərçənglərinin mənbəyi olur, öskürək yaranır. Xroniki bronxitə və enfizemaya səbəb olur. Qırtlaq və ağciyər xəstəlikləri siqaret zəkənlər arasında daha çox müşahidə olunur (90 %).
Damar divarlarının elastikliyinin azalmasına gətirib çıxardır. Qol və ayaq damarlarında tıxanmalar əmələ gəlir.Qanqrena baş verir. Beyin qidalandıran damarlar elastiklikdən məhrum olur. İflic olma hadisələri meydana gələ bilir. Bu gün miokard infarktı bütün ölkələrin aktual probleminə çevrilib. Siqaret çəkənlərlə çəkməyənlər arasında müqayisə aparılsa 10% çəkməyən insanlar daha sağlam olur və uzun ömür sürür. Bunlar azmış kimi damarlarda kirəcləşmə yəni ateroskleroz baş verir. Siqaret çəkən insanın yanında oturanlar da bundan zərər çəkir. Belə ki, onun pis qoxusu və tüstüsü hətta sağlam adamın boğazını qıcıqlandırır. Əlbəttə ki, bu sadaladıqlarımız siqaretin verdiyi zərərin 50% deyil. Ona gürə də yaxşı oladı ki, siqaret çəkməyənlər heç buna cəhd də etməsinlər. Çəkənlər isə tərgitmə yollarını axtarsınlar. Ən azından ona görə ki onlar təkcə özlərinə yox ətrafdakılara da mənfi emosiya verirlər. Elə statistika da güstərir ki 1 siqaret insan ömrünü 5 dəqiqə azaldır.

Müəllif: Səbinə
Mənbə: Bizim Yol qəzeti

1 şərh

Guilty
Məncə siqaretin ziyanının olduğunu bilən az deyil.Mən deyərdim hətta hamı bilir ziyandı.Özü də təkcə çəkənlərə yox çəkməyənlərə də ziyandı.)Deyir,bir dənə pulsuz olan havadı onu da siqaret çəkənlər korlayır. :)