Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Dəri sağlamlığı üçün 4 qida

Avokado
Avokadonun tərkibindəki yağlar və E vitamini ilə dərinizin nəmlənməsinə kömək edir və qurumasının qarşısını alır. Avokadodakı yağlar dəridəki yağlarla uyğunlaşdığına görə, dərinizi bəsləyər və zərərli təsirlərə qarşı qoruyar.

Somon balığı
Somon balığı kimi yağlı balıqlar, omeqa3 yağları baxımından zəngindir. Omeqa3 yağları dəri sağlamlığını dəstəkləyir və alergiya olmuş dərinin öz-özünə yenilənməsini sürətləndirir. Balıq dərinin nəm səviyyəsinin sabitlənməsinə kömək edir və qurumağa qarşı qoruyucu olur. Günəşin zərərli təsirlərindən qorumaqla yanaşı, dərinin quruması nəticəsində yaranan zərər təsirləri aradan götürür. Somon kimi soyuq su balıqları dəriyə dəstək olur.


Davamı →

Niyə ilıq su içməliyik?

Niyə ilıq su içməliyik?
  • Otaq istiliyindəki su daxili orqanları genişlədir. Daha dərin və rahat nəfəs almağınıza kömək edir.
  • Qan dövranın artmasına səbəb olur. Bədənimizə oksigen, qida daha yaxşı yayılır. Orqanlarımız daha yaxşı çalışır.
  • Otaq istiliyində suyun ən böyük faydası mədəyədir. Mədə turşusunun təsirlərini azaldır

Davamı →

Orqanizmin ən ehtiyacı olan 3 vitamin

Vitamin və mineralları nə qədər qəbul etmək lazım olduğuna dair düzgün cavab yoxdur. Bu, insanların həyat tərzi, pəhriz və keçirdiyi xəstəliklərdən asılıdır. Bəlkə də kimsə daha çox kalsiuma ehtiyac duyur, digərləri C vitamininə. Bununla birlikdə bir çox hallarda üç vitamin çatışmazlığına daha çox rast gəlinir.

İmmunoloq Hizer Modey onlar haqqında danışmaq qərarına gəlib. Bunun sayəsində ilk növbədə hansı vitaminləri qəbul etmək lazım olduğunu biləcəksiniz:


Davamı →

Fındığın faydaları

  •  Aparılan araşdırmalar, çiy fındığın damar divarlarını qoruyaraq, tıxanıqlığın qarşısını aldığını sübut etmişdir. Eyni zamanda, E vitamini sayəsində infarkt riskini azaldır.
  • Həzmin daha yaxşı işləməsi üçün lif qaynağına ehtiyac var. Bağırsaq problemlərinin qarşısını alar, xərçəngə tutulma riskini azaldar. Lif təkcə həzmi deyil, qan şəkərini də nizamlayır.
  • Yüksək antioksidant sayəsində bədəndəki zərərli hüceyrələri atıb, digər hüceyrələrin sağlamlığını qoruyaraq yaşlanmanı azaldır. Çiy fındıq dərinin parlaqlığını artırır, gənc görünməsini təmin edir.

Davamı →

Sizə hansı vitaminlər lazımdır?

Vitamin C — O sizə nə üçün lazımdır?
Vitamin C sizə daha çox yeniyetmə yaşınızda lazımdır. Bu vitamin boyunuzun hündür olmasına kömək edir. Həm də sağlamlığınzın qayğısına qalmaqda sizin üçün ən yaxşı vasitədir. Həm də bu vitamin qandakı dəmiri artırır, yaranın tez sağalmasına kömək edir. Vitamin C həm də ürək ağrılarının qarşısını alır, sizi onkoloji xəstəliklərdən qoruyur. Hər gün 40 qram C vitamini qəbul etməyiniz məsləhət görülür. Sitrus meyvələrinin, qarağatın, almanın, tərəvəzlərin tərkibində olur.

Risk: vitamin C azlığı anemiyaya, yaranın gec sağalmasına səbəb olur.


Davamı →

Boy uzadan qidalar

Boy daha çox genetik amillərlə bağlı olsa da, ona təsir edən digər faktorlar da var. Burada əsasən qidalanmanın önəmi vurğulanır. Mütəxəssislərə görə, ucaboylu olmaq, uşaqların sümüklərinin sağlam formalaşması üçün bir sıra mineralların yetərincə qəbul olunmasına ehtiyac var. Onlardan ən vacibi kalsium və fosfordur. 11-24 yaş arasında fosfor və kalsiuma ehtiyacın daha çox olduğu dövrdür. Boy üçün digər vacib olan element isə D vitaminidir.

Davamı →

Yaddaşsızlığa meydan oxuyan 5 ərzaq

  1. Zeytun yağı
    Aparılan araşdırmada, zeytun yağının tərkibindəki olrocanthak sayəsində alzheimer xəstəliyi riskini azaltdığı ortaya çıxmışdır. Həmçinin tərkibindəki E vitamini zehni bacarığı artırır. Antioksidant təsiri olan E vitamini yaşlanma ilə əlaqəli diqqət azlığını və geriləmənin qarşısını alır. Demans riskini azaldır. Gündə 5 yemək qaşığı zeytun yağı yemək kifayətdir.
  2. Nar
    Təbii bitki piqmenti olan flavonoidlər, çiyələk, qaragilə, böyürtkən, nar kimi meyvələrə rəng verməkdən əlavə yaddaşı gücləndirməyə kömək edir.
  3. Qoz
    Quru meyvələr sağlam yağ və protein mənbəyidir. Bundan əlavə yaddaşı gücləndirən təsiri var. Gündə 3 qoz yeməyə çalışın. E vitamin çatışmayanlarda yaddaş zəifliyi yaranır. Qoz bundan qorunmaq üçün əla üsuldur.

Davamı →

Balıq yağı həqiqətən faydalıdırmı?

Son zamanlar insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər. Bəs görəsən balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür?
Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

Davamı →

Köhnə çayın fəsadları

Çinli alimlər bildirib ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələrin görünməyə başlayır.

Alimlər çayın qaldıqca tərkibindəki zəhərli maddələrin artdığını deyib. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib.

“Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır. Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir”, — mütəxəssis açıqlamasında qeyd edib.


Davamı →