Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 930 topik

Boy uzadan qidalar

Boy daha çox genetik amillərlə bağlı olsa da, ona təsir edən digər faktorlar da var. Burada əsasən qidalanmanın önəmi vurğulanır. Mütəxəssislərə görə, ucaboylu olmaq, uşaqların sümüklərinin sağlam formalaşması üçün bir sıra mineralların yetərincə qəbul olunmasına ehtiyac var. Onlardan ən vacibi kalsium və fosfordur. 11-24 yaş arasında fosfor və kalsiuma ehtiyacın daha çox olduğu dövrdür. Boy üçün digər vacib olan element isə D vitaminidir.

Davamı →

Yaddaşsızlığa meydan oxuyan 5 ərzaq

  1. Zeytun yağı
    Aparılan araşdırmada, zeytun yağının tərkibindəki olrocanthak sayəsində alzheimer xəstəliyi riskini azaltdığı ortaya çıxmışdır. Həmçinin tərkibindəki E vitamini zehni bacarığı artırır. Antioksidant təsiri olan E vitamini yaşlanma ilə əlaqəli diqqət azlığını və geriləmənin qarşısını alır. Demans riskini azaldır. Gündə 5 yemək qaşığı zeytun yağı yemək kifayətdir.
  2. Nar
    Təbii bitki piqmenti olan flavonoidlər, çiyələk, qaragilə, böyürtkən, nar kimi meyvələrə rəng verməkdən əlavə yaddaşı gücləndirməyə kömək edir.
  3. Qoz
    Quru meyvələr sağlam yağ və protein mənbəyidir. Bundan əlavə yaddaşı gücləndirən təsiri var. Gündə 3 qoz yeməyə çalışın. E vitamin çatışmayanlarda yaddaş zəifliyi yaranır. Qoz bundan qorunmaq üçün əla üsuldur.

Davamı →

Balıq yağı həqiqətən faydalıdırmı?

Son zamanlar insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər. Bəs görəsən balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür?
Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

Davamı →

Köhnə çayın fəsadları

Çinli alimlər bildirib ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələrin görünməyə başlayır.

Alimlər çayın qaldıqca tərkibindəki zəhərli maddələrin artdığını deyib. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib.

“Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır. Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir”, — mütəxəssis açıqlamasında qeyd edib.


Davamı →

Faydalı içkilər

Yaşıl çay-osteoporozun,xərçəngin,ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.Yaşıl çayın tərkibindəki flavonoidlər,polifenol və antioksidantlar hüceyrələri zərərli təsirlərdən müdafiə edərək,sərbəst radikalları neytrallaşdırır.Bu çayın tərkibindəki ftor sümükləri möhkəmləndirir və dişlərə müsbət təsir göstərir.İnsan ömrünü uzadır və sağlamlığa çox faydalıdır.Həmçinin bədənin çəkisinin normal formada qalmasını təmin edir.Böyrək daşlarının tədricən düşməsinə kömək edir.

Davamı →

Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?

Yay fəsli bitdi və indi yavaşca günəşlə vidalaşırıq. Payız gəldikdə, yarpaqlar rəngini dəyişməyə başlayır. Diyetoloq Serkan Sıtkı Şahin sentyabr ayında yeyilə bilən ən ləzzətli meyvə və tərəvəzləri sadaladı.

Tərəvəz
Gül kələm, ağ kələm, xiyar, soğan, lobya, göbələk, kahı, badımcan, gicitkən, kartof, pomidor, bolqar bibəri, turp, roka, soğan, balqabaq.

Meyvələr
Kök, əncir, armud, alma, qovun, böyürtkən, armud, gavalı, şaftalı, üzüm, alma.


Davamı →

Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?

Yay fəsli bitdi və indi yavaşca günəşlə vidalaşırıq. Payız gəldikdə, yarpaqlar rəngini dəyişməyə başlayır. Diyetoloq Serkan Sıtkı Şahin sentyabr ayında yeyilə bilən ən ləzzətli meyvə və tərəvəzləri sadaladı.

Tərəvəz
Gül kələm, ağ kələm, xiyar, soğan, lobya, göbələk, kahı, badımcan, gicitkən, kartof, pomidor, bolqar bibəri, turp, roka, soğan, balqabaq.

Meyvələr
Kök, əncir, armud, alma, qovun, böyürtkən, armud, gavalı, şaftalı, üzüm.


Davamı →

Ekzotik meyvə "Feyxoa"

Əgər orqanizminizdə yod çatışmamazlığı varsa, maddələr mübadiləniz pozulubsa, təzyiqinizdə problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbuluna tələsməyin.Bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür.Yetər ki,yemək menyunuzun tərkibinə feyxoa əlavə edin Feyxoa-ekzotik meyvədir.

Davamı →

Mərciməyin faydaları

Mərcimək (latınca «lens culinaris») paxlalılar fəsiləsindən birillik bitki cinsidir. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta, qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı, yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir. Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir. Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi istifadə edilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də məlum olmuşdur. Bu gün mərciməyin təkcə özündən yox, unundan və yarmasından da geniş istifadə olunur.

Davamı →