Qırmızı şərabın faydaları
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Badam südünün inkişaf etmiş ölkələrdə bu qədər məşhur hala gəlməsinin bir çox səbəbi var. İnək südünün səbəb olduğu həzm problemləri badam südünün bu qədər məşhur olmasının səbəbləri arasında iştirak edir. Çünki badam südündə, inək südündə olan və həzm problemlərinin mənbəyi olan laktoza yoxdur. Ayrıca badam südündə xolesterol də yoxdur.
Bu gün demək olar ki, cavan nəslin çox hissəsi saqqız çeynəyir və saqqızı adi, təhlükəsiz hesab edib ondan istifadə edir. Gəlin baxaq saqqız həqiqətən də ziyansızdırmı?!
Bu mineralın çatışmazlığı qalxanvari vəzi xəstəliklərinə, sonsuzluğa, əqli zəifliyinə səbəb olur. Hal hazırda dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Bəzi ölkələrində yod həmçinin çörəyə, makaronlara və bəzi digər məhsullara əlavə olunur.
Yodun duza əlavə olunması əksər ölkələrdə yod çatışmazlığı kimi ciddi problemi həll etməyə kömək edir. Bu isə qalxanvari vəzi xəstəliklərinin əsas profilaktikasıdır. Ümumdünya Səhiyyə Təşkilatı qidalanmada məhz yodlaşdırılmış duzundan istifadə etməyi tövsiyə edir.
Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı problemi mövcuddur. Bu səbəbdən yodlaşdırılmış duzun istifadəsi bizim ölkədə də çox böyük profilaktik rol oynayır.
Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?
Ümumiyyətlə, dəri sağlamlığı olaraq adlandırılan kollagen əslində struktur və funksional olaraq bütün bədənimiz üçün əvəzolunmaz bir protein növüdür.
Kollagen adı yapışqan mənasını verən yunanca «kolla» sözündəndir. Çünki toxumaları yapışqan kimi bir yerdə tutmağa kömək edir. Onun əsas vəzifəsi birləşdirici, toxumu gücləndirmək və bədənin bütövlüyünü qorumaqdır. Vücudumuzda kollagen olmasa, hissələrimiz bir yerdə qala bilməz.
Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməklə dəri quruluşunu yaradan şəbəkəni qorumaqdır.
Zülalların üçdə birini təşkil edən kollagen təkcə dəridə deyil, bədənin bütün orqanlarında, o cümlədən birləşdirici toxuma, vətər oynaqları, damar divarları, göz, diş, saç, dırnaq və sümüklərdə struktur bütövlüyünü təmin edir.