Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Bədəninizin sizə göndəridiyi 7 mesaj

1. Göz altında tünd halqalar
Gözlərimizin altındakı tünd halqalar lazımi qədər yatmadığımızda ortaya çıxır. Həkimlər hər gecə ən az 7-8 saat yatmağımızı tövsiyə edir. Lakin qansızlıq xəstəliyinin nəticəsi olaraq da yarana bilirlər. 

2. Barmaqlarda rəng dəyişimi
Əgər barmaqlarınızda tez-tez rəng dəyişimi olursa bunun ciddi səbəbi olduğunu bilməlisiniz. Bu vəziyyət qan damarlarında spazmalara səbəb olan qan dövranı pozulması olan Raynaud xəstəliyindən qaynaqlanır.

3. Bulanıq görmə
Əgər gözləriniz sıx-sıx yorulursa və insanları çətin görür və ya normal məsafədən yazıları çətin oxuyursunuzsa, astiqmatizm olmaq riskiniz çox yüksəkdir. Ən qısa müddətdə göz həkiminə getməlisiniz.


Davamı →

Orqanizminizi qışa hazırlayın

Yatın
Yuxunun nə qədər əhəiyyətli olduğunu dəfələrlə eşitmisiniz. Ancaq çox vaxt yuxuya lazımi qədər ciddi yanaşmırıq. Əgər gündə tövsiyə edildiyi kimi 7-9 saat yatmırsınızsa, özünüzü fikirləşdiyinizdən daha çox və uzun müddət kefsiz hiss edə bilərsiniz. Yuxu nizamı həyatınızda ön planda olmalıdır.

C vitamini 
C vitamini fiziki bir antioksidandır və immunitet sistemi hüceyrələrinin funksiyasını dəstəkləyir. Bibər, narıncı meyvələr, brokoli, kələm kimi qidalar zəngin C vitamini mənbəyidir. Hər gün bu qidalardan ən az birini yeməyə diqqət edin.


Davamı →

Ağız qoxusunun qarşısını alan üsullar

Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır.

Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.


Davamı →

Vitaminlərin göz sağlamlığına təsiri

Vitamin qəbuluna diqqət
Bədənimizin qidalar vasitəsilə vitamin alması, göz sağlamlığına böyük təsiri olur. İmmunitet sistemini gücləndirmək üçün həkim məsləhəti olmadan atılan dərmanların mənfi təsirləri ola bilər. Göz sağlamlığına təsir edən vitaminlər arasında A, E, C və B2 vitaminləri yer alır. Vitaminlərdən əlavə maqnezium, çinko kimi minerallar, omeqa3 və 6 yaş turşularından da faydalanmaq lazımdır.
Gecə sağlam görmə üçün A vitamini
Heyvan mənşəli qidalarda olan A vitamini, gecə görməni gücləndirir, gözün işıqsız mühitə öyrəşməsinə kömək edir. Gecə korluğuna tutulma riskini azaldır. A vitamini üçün heyvan mənşəli qidalardan əlavə portağal, kök, buğda, cəfəri və yumurta sarısından faydalanın.

Davamı →

Az su içdiyinizi göstərən məqamlar

1. Ağız quruluğu
Kifayət qədər su içmədiyinizin ən vacib işarəsi ağız quruluğudur. Su çatışmazlığı, ağız quruluğundan əlavə ağız yapışqanlığına səbəb olur. Sudan aldığınız ilk damaldan ağız quruluğunun yox olduğunu görəcəksiniz. Daha çox su içmək istəyəcəksiniz.

2. Dəri elastikliyinin itməsi
İnsan bədəninin 70%-i sudan ibarətdir. Parıltılı dəri üçün bol su içməyə ehtiyac var. Dərinin elastikliyinin azalması, kifayət qədər su içmədiyinizi göstərir. Dərinin elastikliyini yoxlamaq üçün əlinizin üstündəki dərini yuxarı çəkin, əgər dəri həmin an yerinə qayıdırsa, kifayət qədər su içirsiniz.


Davamı →

İdmançıların qidalanması

İnsan maddələr mübadiləsinin nizamlı işləyə bilməsi üçün gün ərzində 50-dən çox qidaya ehtiyac duyar. Bu 50 qida bütün qida qruplarından müəyyən nisbətlərdə olmalıdır. Bu qida qruplarının istehlakının məhdudlaşdırılması, ya da mütəmadi olaraq tək istiqamətli qidalanma sağlamlığa mənfi təsir edir. Xüsusilə, idmanla məşğul olan insanlar hər qida qrupundan ehtiyacı nisbətində istehlak etməyə diqqət göstərməlidir.

İdmançı qidalanmasında məqsəd


Davamı →

Hazır qidaların zərərləri

Kiçik və ya böyük hər kəsin sevərək istehlak etdikləri hazır qidalar göründükləri qədər zərərsiz deyil! Ölkəmizdə və digər ölkələrdə hazır qidalara çox rəğbət göstərilməkdədir. Ancaq bu hazır olaraq satılan qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri vardır. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər.

Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ –dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlardan bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.


Davamı →

İsti çay və xərçəng xəstəliyi

İsti çayla xərçəng xəstəliyi arasında əlaqə
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.
Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. 

Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı. 


Davamı →

E vitamini hansı qidalarda var?

Yağda həll olunan vitaminlərdən biri olan E vitamini antioksidant təsiriylə hüceyrə tərtibatına yol açan sərbəst radikallara qarşı qoruma təmin edər.
E vitamini və digər antioksidanlar ürək xəstəlikləri və xərçəng kimi həyat təhlükəli xəstəliklərin meydana gəlməsinə qarşı bədənin müqavimətini artırır. E vitamini eyni zamanda qırmızı qan hüceyrəsi istehsalına köməkçi olur və bədənin K vitaminini effektiv olaraq istifadə edir. E vitamini əskikliyi ümumiyyətlə, qidalar yoluyla alınan yağın müxtəlif səbəblərlə bədən tərəfindən işlənmədiyi kəslərdə görülər.

Əzələ zəifliyi, gözlərdə görmə problemləri, gediş problemləri və əzələ kütləsinin azalması irəliləmiş E vitamini əskikliyinin əlamətləri arasındadır.

Nə qədər E vitamini almalıyam?


Davamı →

Sağlam yeməklər bişirmək üçün 5 addım

Hamımız yeməklərmizin daha sağlam bir hala gətirməyin yollarını axtarırıq. Bunu reallaşdırmaq üçün bütün yemək üsullarımızı dəyişdirməyə ehtiyac yoxdur. Kiçik dəyişikliklərlə yeməklərimizi daha sağlam bir hala gətirə bilərik.

  1. Yağ yerinə su və ya ət bulyonu istifadə edin.
    Yağ yerinə su və ya ət bulyonu istifadə edə biləcəyimiz bir çox yemək var. Tərəvəzlərimizi bişirmək üçün bir miqdar ət bulyonu istifadə edə bilərik. Bu üsul yeməklərimizə lazımlı ləzzəti verəcək. Ət, toyuq bişirmək üçün tavaya yapışmasının qabağın alacaq qədər yağ tökün, ətin bir az rəngi acılınca su və ya ət bulyonu əlavə edərək yeməyi bişirə bilərik. Kartof püresi kimi yeməklər bişirərkən kərə yağı yerinə toyuq bulyonu istifadə edə bilərik.

  2. Dana qiyməsi yerinə yağsız hinduşka sinəsi istifadə edin.

Davamı →