Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər

Yaşlanmaq sanki birdən baş verirmiş kimi görünsə də, əslində hər orqanın öz yaşlanma sürəti vardır.

Sizi nəyin gözlədiyini bilsəniz, əvvəlcədən bədəninizin bəzi qisimlərinə daha çox diqqət edərsiniz. Klivlend Klinikasının geriatriya üzrə mütəxəssisi dr. Ronan Factorun fikrincə, bədəninizi hər yaşda mühafizə etmək mümkündür.

Beləliklə, hər orqan neçə yaşında və necə yaşlanmağa başlayır…

Dəri — 18 yaş:
18 yaşından etibarən davamlı kollagen və elastik elastin ildə 1% azalmağa başlayır. Bu müddətdə siqaret çəkməyərək, yaxşı qidalanaraq bunun qarşısını ala bilərsiniz.
Davamı →

Südlü çayın faydaları

Südlü çay çox faydalı müalicəvi içki sayılır. İngilislərdə bu ənənəvi içkidir. İngiltərədə əsrlər boyu çay məhz südlə içilir. Ola bilsin ki, məhz bu ənənə sayəsində ingilislər ən qamətli millətlərdən biri sayılır.

Araşdırmalar göstərib ki, bu içki:
— orqanizmi tonuslaşdırır
— yaxşı sidikqovucu təsir göstərir, böyrəkləri təmizləyir, ürəklə bağlı olan ödemləri azaldır
Davamı →

Plastik qablarda su alarkən nələrə diqqət etməli?

Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində bəzən özümüz süzərək və ya qaynadaraq kənar maddələrin xaric olunmasını təmin edir, sonra içirik.

Evdən kənarda isə plastik qablarda satılan su demək olar ki həyatımızın ayrilmaz hissəsinə çevrilib. Bəs bu qabların və bu cür qablardan satılan suyun nə dərəcədə sağlam olduğunu necə bilə bilərik? Bir çox adam butulkanın dibinə nəzər yetirməyin yetərli olduğunu düşünür, ancaq bu, sağlamlığın mühafizəsi üçün kifayət deyil.

Plastik butulkaların etiketlərinin üzərində hər zaman onların məhz hansı plastikdən hazırlandıqlarına dair qeydlər olur. Bu məlumat olduqca önəmlidir. Çünki istənilən plastik materialdan butulkanın tərkibinə müxtəlif dərəcədə təhlükəli kimyəvi maddələr qarışır. Məsələn, aşağıdakılara nəzər yetirin. İstənilən butulka bu tərkiblərdən birinə malikdir:
Davamı →

Ət xörəklərini qatıqla yeməyin ziyanları

Azərbaycanda bəzi ət xörəkləri süfrəyə qatıqla verilir, ət xörəklərini yeyəndə biz ayran, dovğa içirik. Sağlamlıq baxımından bu, düzgün deyil.

Ət insan orqanizminin normal fəaliyyəti üçün vacib məhsullardan biridir. Ət orqanizmi amin turşular, vitaminlər, minerallarla təmin edir. Bu minerallardan ən vacib olanı dəmirdir. Dəmirin əsas hissəsini biz məhz ət məhsullarından alırıq. Dəmir insan orqanizmində olduqca böyük rol oynayır. Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Oksigensiz insan orqanizmi yaşaya bilməz. 
Davamı →

Qanazlığı zamanı çox faydalı resept

Qanazlığının yüngül formalarında pəhrizə müəyyən dəyişikliklər etməklə bu pozulmanı asanlıqla müalicə etmək mümkündür.

İlk növbədə qidalanmada dəmirlə zəngin olan qidaların miqdarını artırmaq lazımdır. Söhbət əsasən ət məhsullarından gedir.

Bundan əlavə qanın tərkibini yaxşılaşdırmaq üçün pəhrizinizə qoz-fındıq, bal, albalı, alma, çuğundur, qarabaşaq, xurma kimi məhsulları tez-tez daxil edin.
Davamı →

Amosov pastası

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Bu qida sağlam insanlar üçün də faydalıdır. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdim edirik:

Lazım olan məhsullar:
— kişmiş — 500 qr
— ərik qurusu — 500 qr
— əncir qurusu — 500 qr
— çəyirdəksiz qara gavalı — 500 qr
— qoz — 500 qr
— qabıqlı limon — 1 ədəd

Hazırlanması:
Məhsulların hamısı mətbəx kombaynında xırdalanır və ya ətçəkən maşından keçirilir. Sonra 500 qr bal əlavə olunur və hamısı birlikdə qarışdırılır. Alınan qarışım bankalara doldurulur və gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir. Nuş olsun!
Davamı →

İdeal səhər yeməyi

Bir çox diyetoloqlar səhər yeməyi nahar və şam yeməyindən daha vacib hesab edir. Yuxu zamanı qanda şəkərin səviyyəsi aşağı düşür və enerji azalır. Bu səbəbdən səhər orqanizmin enerji balansını normaya salmaq lazımdır. Məhz buna görə səhər yeməyi yeyən insanlar daha fəal olur. Səhər yeməyi bədən çəkisini normada saxlamağa kömək edir. Sübut olunub ki, səhər yeməyi yeyən insanlar səhər yeməyindən imtina edənlərlə müqayisədə gün ərzində daha az yeyir. Həkimlərin fikirinə görə səhər yeməyi piyləmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, o cümlədən infarkt və insultun qarşısını alır, beyinin fəaliyyətini stimullaşdırır, əlavə enerji verir.

Diyetoloqların fikirinə görə, ideal səhər yeməyi bu kimi məhsullardan ibarət olmalıdır:
— taxıllar (sıyıqlar, çörək)
— meyvə və tərəvəzlər
— süd məhsulları
— yumurta.
Davamı →

Görmə qabiliyyətinizi gücləndirmək üçün


Sarımsaq və bal bir çox xəstəliklərin məlhəmi olan vasitələr sırasındadır. İkisinin birlikdə qarışığı isə daha güclü effekt verir.

Yaş artdıqca gözdə görmə qabiliyyəti zəifləyir. Məhz balla sarımsağın qarışığı bu problemi aradan qaldıracaq ən yaxşı vasitədir. Bunun üçün aşağıdakı məlhəmi hazırlayın:
Davamı →

Yuxusuzluq geni

Bir qrup Amerika alimi yuxunun tənzimlənməsində həlledici rol oynayan “Sleepless” yuxusuzluq genini aşkar etmişdir.
Milçəklər üzərində təcrübə aparan alimlər aşkar etmişlər ki, “yuxusuzluq geni” olmayan mutantlar normal milçəklərdən 85 faiz (dişi milçəklər 80 faiz) az yatır, bəziləri hətta tələf olurlar. Bu genin qətiyyən fəaliyyət göstərmədiyi milçəklər normal yatır, lakin uzun müddət oyaq qaldıqda isə qüvvələrini bərpa etməyə onlara xeyli az yuxu lazım gəlir. Bu, aşkara çıxarılmış ikinci yuxu genidir.
Davamı →

Qazlı suyun faydaları

Hamıya məlumdur ki, insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz buna görə də suya olan tələbatını ödəmək üçün, insan gün ərzində çoxlu miqdarda su içməlidir.

İnsanların qidalardan alması lazım olan 6 növ qida elementi var. Bunlar zülal, karbohidratlar, minerallar, yağlar, vitaminlər və s-dir. Qazlı su isə mineral baxımdan çox zəngin olduğu üçün yüksək təzyiq probleminiz yoxdursa qəbul edə bilərsiniz. Yeraltından çıxan mineral suyun insan sağlamlığına faydaları isə kifayət qədərdir.
Davamı →