cinsi yetişkənlik dövrü haqqında ilkin bilgi

Cinsi yetkinlik uşağın yeniyetmə yaşına,keçid dövrünə(подростковый период, Переходный возраст) deyilir. Bu proses bir neçə il davam edir, əsasən 9-12 yaşlar arasında başlayır. Qızlarda adətən cinsi yetkinlik oğlanlara nisbətən tez başlayır. Hormonların təsiri nəticəsində ikincili cinsi əlamətlər əmələ gəlir ki, onlar da birincili cinsi əlamətlərlə birlikdə kişini qadından fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Cinsi xüsusiyyətlər:

Kişilər
• Sinədə və qasıqda tük örtüyü
• Bədənin digər hissələrində qalın tük örtüyü
• Üzdə qalın tük örtüyü
• Adətən ayaqların və əllərin iri olması
• Döş qəfəsi və çiyinlərin enli olması
• Sümüklərin və kəllənin strukturunun nisbətən ağır olması
• Əzələ çəkisinin və fiziki gücün böyük olması
• Boğaz nahiyəsində seçilən adəm alması və aşağı səs tembri
• Piy ehtiyatlarının əsasən qarın və bel nahiyəsində toplanması (alma forması)
• Dərinin nisbətən kobud olması

Qadınlar
• Girdə, funksiyaya başlayan döş vəziləri
• Boyun kişilərə nisbətən kiçik olması
• Budların çiyinlərə nisbətən daha enli olması
• Üz nahiyəsində az miqdarda tük örtüyü
• Dərialtı piy təbəqəsinin daha qalın olması
• Piy ehtiyatlarının sağrı və bud nahiyəsində daha çox olması (armud forması)
• Dərinin daha zərif olması

Cinsi yetkinlik mərhələsini hər bir insan keçir. Bu mərhələdə eyni zamanda diskomfort, tənhalıq, ağırlıq/lənglik hissiyyatı yaranır. Bu dövrdə insan öz orqanizmini, onun necə fəaliyyət göstərməsini başa düşməyə başlayır. Bu həm də elə əlverişli mərhələdir ki, valideynlərinizə onların bu dövrdə qazandıqları təcrübə haqqında suallar verə bilərsiniz. Həmçinin bu mərhələdə valideynlərinizə utanaraq verə bilmədiyiniz suallarla həkimə həkimə müraciət edə bilərsiniz.

0 şərh