Masturbasiya

Seksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.

Masturbasiyanı (onanizm) qeyri-iradi cinsi ehtirasla səhv salmaq lazım deyil. Məsələn, oğlan uşaqlarında gecə pollyusiyası (yuxuda olarkən sperma ifraz etmək) olur, ya da onlar yuxudan cinsi ehtirasla oyana bilərlər. Eynilə, qeyri-iradi ehtiras qızlarda da müşahidə olunur, xüsusilə də aybaşıdan əvvəl və ya sonra. Masturbasiya isə cinsi orqanları bilərəkdən qıcıqlandırmaq deməkdir. Tədqiqatlar göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və normal seksual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa, özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan imtina edin.

Tibb masturbasiya haqqında

masturbasiya, onanizm,

• Masturbasiya — ziyanlı və natəmiz hərəkət deyildir — o sizi kor etməz, ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz, boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz. 
• Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu seksual inkişafın normal mərhələsi sayılır. 
• Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
• Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan sayılırsınız. 
• Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq alırsınız. 
• Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
• Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.
• Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o utancaq olur) bağlıdır, bəzən normadan kənara çıxa bilər (məs: insanlar arasında masturbasiya etmək).

Dinə görə masturbasiya haramdır

Əgər kişi evlənməyə və ya cariyyə almağa qadirdirsə əli ilə “istimnə” etməsi haramdır. İbn Aqil, əshabımız və şeyximiz sadəcə bunun məkruh olduğunu zikr ediblər, təhrim sözü işlətməyiblər və dedi: əgər evlənməyə və kəniz almağa qadir deyilsə, şəhvəti yoxdursa və zinadan qoruna bilirsə, “istimnə” etməsi haramdır. Çünki bu, öz nəfsindən zövq almaqdır və ayə bunu qadağan edir. Lakin əgər onun halı sakitlik və şəhvət halı arasında dəyişirsə, heç bir zövcəsi yoxdursa, kənizi varsa və evlənmirsə məkruhdur, lakin haram deyildir. Lakin əgər şəhvəti ona qalib gələrsə və günaha düşməkdən qorxarsa, — məs: əsirlərdə, müsafirlərdə, fəqirlərdə ola bilər – bu ona caiz olur. Əhməd də, radiyallahu anhu, bunu bildirmişdir və səhabələr də hərbi yürüşlərində və səfərlərində bunu ediblər. Əgər qadının əri yoxdursa və şəhvəti şiddətlənərək üstün gələrsə, bu zaman əshabımızdan bəziləri dedilər ki, qadına ikranbəc – və bu kişi cinsi orqanı şəklində dəridən düzəldilmiş bir şeydir – və ya xiyar və kiçik qabaq kimi buna bənzər şeyləri götürməsi və daxil etməsi caizdir.

Masturbasiya ilə məşğul olmaq haram ((İslam dinində qəti surətdə qadağan olan şey və əməl.)) deyil, məkruhdur. ((İslam dinində yaxşı qəbul edilməyən, bəyənilməyən şey və əməl.)) Amma ifrata varmamaq şərti ilə. Çünki bu, orqanizmdə sağlamlıq baxımından ciddi problemlər yarada bilər. Bundan xilas olmaq üçün yerinə yetirilməli olan ilk şey evlənməkdir. Başqa sözlə, masturbasiyadan yaxa qurtarmaq üçün evlənmək lazımdır.

Lakin ölkəmizdə cavanların 19-20 yaşlarında evlənməyi də xeyli çətindir. Ona görə də evlənənə qədər vaxtınızı (Ramazan ayı xaricində də) oruclu keçirməyə çalışın. Çünki oruc tutmaq insanın nəfsini tərbiyə edir. Baxın, peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə demişdir:

“Ey cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kimin buna gücü çatmasa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”. ((Buxari, Nikah, 3; Müslim, Nikah, 1.))

 

Masturbasiya latın sözü olub ”masturbare” sözündən götürülüb və mənası əllə pozmaq deməkdir. Masturbasiya zamanı həzz almaq üçün sadəcə cinsiyyət orqanına toxunmaq orqazm olmaq üçün kifayət deyil. İnsan xəyal gücünü və fantaziyasını işə salmalı və həzz nöqtələrini bilməlidir. Normal cinsi əlaqədən fərqli olaraq qarşı tərəfin istəklərini nəzərə almaq lazım olmur. Burada partnyorunuz dünyaca məşhur bir ulduz da ola bilər və siz onu istədiyiniz pozada xəyal edə bilərsiniz. Bu səbəbdən də evli insanlar da masturbasiya ilə məşğul olurlar. Hətta cinsi həyatlarının normal olması və partnyoru ilə həftədə 4 dəfə və ya daha çox sekslə məşğul olması da bəzi insanların cinsi ehtiyacını tam ödəməyə bilər. Buna görə də evli insanların masturbasiya ilə məşğul olmadığını düşünmək yanlışdır. Hətta araşdırmalar göstərir ki, evli insanlar subaylardan daha çox masturbasiya ilə məşğul olurlar.

Bir məsələni də qeyd edək ki, əgər kişilərdə yaş artdıqca və normal cinsi əlaqə üçün imkanlar yaranan dövrdə (21-25 yaşlarda) masturbasiyanın miqdarı azalır və nahəyət tamamilə yox olursa, qadınlarda əksinə yaş artıqca masturbasiya ilə məşğul olanların da sayı artıb 35-50 yaşlarına qədər davam edir.

Qeyd edək ki, 2003-cü ildə avstraliyalı seksopatoloq Giles müəyyən etmişdir ki, 20  yaşından həftədə 5 dəfə masturbasiya edən kişilərdə prostat xərçəngi riski çox cüzi olur. Çünki uzun müddət cinsi əlaqədən uzaq qalmaq xərçəng yaradan virusların xaric edilməməsinə səbəb olur. Mütəxəssislər gündə bir dəfə orqazm yaşamağın insanı sağlamlaşdırdığı qənaətindədir.

Masturbasiya haqqında fikirlər müxtəlifdir. Bəziləri bunun əqli zəifliyə səbəb olmasına,  insanın normal cinsi hisslərinin zəifləməsinə, cinsi əlaqədən uzaq qalmağa çalışmasına səbəb olduğunu düşünür.eksual ehtiyac insanın suya, yeməyə, havaya duyduğu ehtiyac qədər önəmlidir. İnsan yemək yemədən, su içmədən az yaşadığı kimi seksual ehtiyaclarını da təmin etmədən sağlam yaşaya bilməz. Seksual hisslərin ödənməməsi əsəb, stress, depressiya, halsızlıq, yuxusuzluq və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Seksual həyatı qaydasında olan insanlar daha çox və sağlam yaşayırlar. Odur ki, bu hisslərin masturbasiya və ya  normal cinsi əlaqə ilə ödənilməsi fərq etmir. Hər kəs həyatını istədiyi kimi yaşamalıdır...

 

3 şərh

torsteyn_veblen
Bismillah. Burada yazılan  cəfəng sözlərin nə bizə nə də ki bu sayta daxil olanlara ziyandan başqa bir təsiri olmaz.Masturbasiya kimi insan orqanizminə sağlamlığına ağlına əxlaqına davranışına və bütünlükdə cəmiyyətə ziyan vuran bir əməl yoxdur.Ən pisi isə ondadır ki bu iyrənc əməli vəhhabi təriəti caiz və bəzi hallarda məkruh bilir.Hətta xristianlar belə bu əməli haram və cəzaya layiq bilirlər.Bu mə qaləni oxuyanlardan bir xahişim var nə olursa olsun bu murdar əməlin ziyansız adi bir əməl olduğunu düşünməsinlər.Dinin bu əməl barədə mövqeyi bir yana  çox böyük tibb alimlərinin   qeyd etdiyi kimi bu əməlin insana vurduğu ziyanları sayıb  qurtarmaq olmaz.Əgər mənim söylədiklərimə inanmırlarsa Nasir Məkarimin  gənclərin cinsi problemləri kitabını oxusaunlar.
azad_mireyev
Masturbasiyanı çox normal qəbul eliyirəm. bunu hər bir insan etməlidi. O ki, qaldı buna dini baxışdan yanaşmaq, bu çox səhv fikirdi. Bu mövzularda dinə fikir verməsək düzgün etmiş olarıq. Din əsassız olaraq fikir söyləyir. 
Ramil
Sizin şərhlərinizi çox bəyənirəm, amma burada sizinlə razı deyiləm.