Seks və kişi tipləri

Hər bir kişinin özünəməxsus seksual tipi vardır. Yəqin ki, qadınlar da kişilər haqda daha çox şey bilmək üçün onun hansı seksual tipə məxsus olduğunu öyrənmək istəyir. Elə isə birlikdə bu tiplərlə tanış olaq.

Məzəli, zarafatcıl tip

Yataqda o artist və yaradıcıdır. Vituoz olaraq sənin bədənində oynayır və görünməmiş həzz bəxş edir.
Diaqnoz: tənhalıq. O qorxur ki, bütün bu maraqlı məqamlar olmasa heç kimə lazım olmayacaq. O, bir çox xanımın ürəyinə yol tapıb. Lakin onunku yalnız 1-2 görüşə qədərdir.
Resept: onunla yalnız yatağa görə öyünmə. Əgər o anlasa ki, sən onu həqiqətən də bütün xüsusiyyətləri ilə qəbul edirsən, mütləq sənlə qalacaq.
Çətin vəziyyət: bəzən özünə vurğun insanlar özlərini bu cür aparırlar və onların yalnız “bravo” sözünə ehtiyacları olur.

Minimalist tip

Əgər ürəyi istəyirsə ona heç nə mane olmayacaq. Gəldi , gördü və istədiyini etdi. Uzun müddətli ehtiras və öpüşlər isə onluq deyil. O dərəcədə özünə arxayındır ki, sən heç müqavimət də göstərmirsən. Özünü Tarzanın qolları arasında hiss edirsən.
Diaqnoz: kifayət qədər inkişaf etməmiş erotik maraq. O hələ də seksdən ləzzət almağı bacarmır. Onun həzzi “tez və sadə” prinsipinə əsaslanır.
Resept: bu cilalanmamış brilyantı əsl xəzinəyə çevirmək olar. Əgər onun erogen zonalarını öyrənsəniz və tədricən onda zərifliyi, incəliyi oyatsanız.
Çətin vəziyyət: əgər onun eqoizmi müalicə olunan deyilsə, vaxt sərf etməyə ehtiyac varmı?

Məsuliyyətli tip

O yaxşı tərbiyə alıb və çox qayğıkeşdir. Mütləq dəfələrlə sizin seks zamanı qorunmağınızı soruşacaq. Ən maraqlı məqamda dayanıb sizi narahat edən nəyinsə olduğunu öyrənəcək. Yataqda ciddi və düşüncəlidir. Seks onun üçün çox vacib işdir. Heç bir azadlıq yolverilməzdir.
Diaqnoz: qadın psixologiyasını anlamır və özünə əmin deyil. Ola bilsin ki, sevgidə bir o qədər də təcrübəsi yoxdur. Buna görə çox narahatdır: birdən nəsə xoşuna gəlməz və sən çantanı onun başına keçirərsən və ya ağlayarsan. Hətta gecə onu tərk edərsən.
Resept: bütün bunlar qayğı, zəriflik və şövqlə aradan qalxır. Ona yataqda şənlənməyi öyrədin.
Çətin vəziyyət: əgər onun narahatlığı daha da inkişaf etsə o əsl bezdirici tipə çevriləcək. Seks isə işdəki plan cədvəlini xatırladacaq.

Ekstremal tip

Siz kinoda, liftdə, damda və s..sekslə məşğul olursunuz. Hər ektremal vəziyyətə düşmüsünüz. Sən isə düşünürsən – o nə vaxt sakitləşəcək?
Diaqnoz: sevgi macəralarına maraq və böyüməmək arzusu. Hər zaman macəra mərkəzində olmaq üçün bu insanlar alpinizm və ya digər ekstremal idmanla məşğul olmalıdırlar. Lakin bu da həyat təhlükəsi yaradır.
Resept: onun dostu ol. Ona öyrət ki, sağlamlığını qorumaq daha vacibdir. Həmçinin adi seksdən də zövq almağın mümkünlüyünü sübuta yetirməyə can atın.
Çətin vəziyyət: əgər o “adrenalin narkomanı”dırsa, “doza”ya görə sevgini də qurban verər

0 şərh