Kişi və qadinlarda orqazm

Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı "orqazm" adını daşıyır ("orqazm" yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı təmrinlər mövcuddur, bunlardan ən geniş yayılan­ları - "ekstaz" və "affekt"dir. Fransız dilindən tərcümədə ekstaz - cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə - "hisslərin çılğıncasına ifadəsi" deməkdir.
Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma - orqazm ilə başa çatır.
orqazmKişilərdə orqazmın necə baş verdiyini qadınların bilməsi vacibdir. Kişilərdə cinsiyyət vəziləri daim spermatozoidlər yetişdirir və bunlar toxum kisəsinə yığılır. Toxum kisələri dolduqda, bu barədə seksual mərkəzə siqnal gön­dərilir. Bu mərkəzin qıcıqlanması davranışa öz təsirini göstərir - kişidə boşalmaq, hasilə gəlmiş toxumlardan azad olmaq istəyi yaranır. Kişilərdə müəyyən fasilələrlə üzə çıxan bu hiss qadınlara, onların fizioloji quruluşu səbəbindən tanış deyildir. Bunu da bilmək lazımdır ki, cinsiyyət orqanlarının oyanıqlığı baxımından kişilərin sinir sistemi qadınlara nisbətən daha həssasdır. Boşalmaq arzusunda olan ki­şi ən müxtəlif qıcıqlandırıcıların təsiri ilə çox tez vəcdə gəlir. Cinsi akt başladıqda, "seks aclığı" çəkən kişinin şəhvət duyğuları qısa müddət ərzində şiddətlənir və orqazmla ba­şa çatır. "Seks cəhətdən tox" kişi şəhvət duyğularının artmasını daha sakit və tədricən qavramağa, hətta hansısa mənada bu hisslərə nəzarət etməyə və bunun nəticəsində cinsi əlaqəni uzatmağa qabil olur.
Cinsi əlaqə zamanı həzz hissini keçirən əsas orqan fallos, daha doğrusu, onun başcığıdır. Xoş hisslər məhz tənasül alətinin başcığında başlayır və güclənir, sonra bu həzz hissi onun cismini, orqazm zamanı isə bütün orqaniz­mini bürüyür. Belə vaxtda kişi inildəməyə, fısıltı ilə nəfəs almağa başlayır, pıçıltıyla və ya ucadan təşəkkür sözlərini söyləyir. və ya minnətdarlığını ifadə etməli olan qəribə səslər çıxarır.Bax: normal cinsi əlaqə
Orqazm şəklində boşalma baş verdikdən sonra kişinin cinsi şövqü sönməyə başlayır. Müxtəlif kişilərdə cinsi istəyin bərpası müxtəlif şəkildə və yaşdan, fərdi xüsusiyyətlərdən, şəraitdən və əlbəttə ki, qadından asılı olur.
Kişinin isə qadın orqazmı və onun xüsusiyyətləri haqqında az-çox dolğun təsəvvürü olmalıdır. Vəcdəgəlmə zamanı insanda oksitosin hormonu yaranır, bu maddə orqazma nail olmaq üçün lazımdır və o, qadınlarda qat-qat çoxdur. Buna görə qadınlarda orqazm daha gur keçir. Lakin qadın kişiyə nisbətən gec vəcdə gəlir. Bunun da nəticəsində, qadın orqazm həddinə gəlib çatana qədər, kişi artıq cinsi aktı qurtarmağa macal tapir. Buna görə cinsi aktı bu xüsusiyyətləri nəzərə almaqla qurmaq lazımdır, o zaman tam bir harmoniya və qarşılıqlı təminat olar.Unutmaq lazım deyil ki,seksin menasi yalnız sadəcə sevişmək, əks cinslər arasında cinsi əlaqə deyil,o həm də böyük emosional təsiri olan prosesdir.
Lakin onu da nəzərə almaq lazımdır ki, qadın nəvazişlərə daha həssas olduğundan, ehtiraslı öpüşlər, döşlərə yaxud yanbızlara sığal çəkilməsi, hətta qulağa pıçıldanan ehtiraslı sözlər və s. nəticəsində də onda orqazm baş verə bilər.Ona görə də öpüşməyə ciddi fikir vermək lazımdır.
Qadınlarda ən geniş yayılmış orqazm - klitoral orqazmdır. O, əsasən klitorun qıcıqlanması sayəsində yaranır.
Sonra yayılma dərəcəsinə görə vaginal orqazm gəlir. O, fallosun uşaqlıq yolunun aşağı hissəsinə, konstriktor adlanan əzələyə təzyiqi nəticəsində yaranır.
Bir də uşaqlıq orqazmı mövcuddur ki, o da uşaqlığın boynunun qıcıqlanması nəticəsində əmələ gəlir.
Zahirən qadınlarda orqazm kişilərdəki kimi yeknəsəq keçmir. Fərdi xüsusiyyətlərdən, yaşdan, orqazmın bu və ya digər növündən asılı olaraq reaksiyalar müxtəlif ola bilər. Qadınlar inildəyə, gülə, ağlaya, dişləyə, qışqıra, başını itirə bilər.
Qadınlarda orqazm qalxanvari, sürəkli (hətta bir neçə dəqiqə çəkə bilər), dalğavarı (uzun müddət ərzində), təkrarlı (qadının oyanıqlıq dərəcəsindən, cinsi əlaqənin davamiyyətindən asılı olaraq bir cinsi akt ərzində orqazm 4-5 dəfə və daha çox) ola bilər. Özü də ikinci və üçüncü orqazmlar birinciyə nisbətən daha güclü və ləzzətlidir. Müasir seksoloqlar belə hesab edirlər ki, bütün qadınlar çoxsaylı orqazma qabildir, lakin əsl həqiqətdə onların yalnız 30 faizi bu təkrarsız duyğunu keçirə bilirlər.
Sürəkli (uzun sürən) orqazma aid misal:
"Mənim arvadım yataqda həmişə orqazm keçirən çox vaxt qısa müddət ərzində 6-7 dəfə "boşalır". Bir ay bundan əvvəl belə bir hadisə baş verdi. Bir həftəlik nəfs saxlamadan sonra axşam о, bərk vəcdə gəlmişdi. Biz уataqda sevgiylə həmişəkindən çox məşğul olduq və arvadım birdən-birə sanki "quduzlaşdı". Gözləri hədəqədən çıxmışdı, vəhşi kimi nərildəyir, dişlərini bir-birinə sürtürdü. Sonra о məni vurmağa, var gücüylə dişləməyə başladı. Mən zəif adam deyiləm, bununla belə onu bütün bədənimlə yatağa sıxaraq güclə saxlayırdım. Təxminən üç dəqiqədən sonra о, sakitləşdi, ancaq heç nə yadında deyildi. Mən ondan soruşdum ki, axı nə olmuşdu, o də ki, heç nə yadında deyil, bircə o yadındadı ki, sonsuz, fasiləsiz orqazm keçirirdim, əlim, yaxud ayağım ilə istənilən hərəkət təkrarsız bir həzz hissi bəxş edirdi".
orqazm zamanı qadınBəzi qadınlar orqazmın ən ali nöqtəsində olarkən,buna müxtəlif cür, o cümlədən müxtəlif maye axıntıları ilə reaksiya verirlər. Müəyyən olunub ki, qadın orqazmı zamanı müşahidə edilən üç növ maye var. Birinci maye cinsi oyanma zamanı əmələ gələn "sürtgü yağıdır"; ikinci növ "maye" adi orqazm zamanı ifraz edilən mayedir; üçüncü növ "maye" - qadın regenerativ mayesidir (kişi sperması ki regenerativ maye də kişi və qadınların sağlamlığı üçün çox faydalıdır). Qadınların böyük əksəriyyətinin heç vaxt ifraz etmədiyi bu maye "G" – ləkəsindən törəyir. İndi isə qadın orqazmı ilə bağlı problemləri qısaca da olsa nəzərdən keçirək.
Əsas problemlərdən biri ondan ibarətdir ki, cinsi aktın davamiyyəti (müddəti) qadında hətta bir orqazm üçün də kifayət etmir. Özü də bu problem ilk növbədə kişi ilə bağlıdır. O, gərək öz gücünü elə hesablasın ki, onun orqazmı qadın orqazmı ilə üst-üstə düşsün. Bunun üçün qadınla müvafiq "iş" aparmaq, yəni ona nəvaziş (bu söz geniş mə­nada başa düşülməlidir) göstərərək, ən oyanıqlı erogen zonaları stimullaşdırmaq, "canlandırmaq" lazımdır. Qadın da öz növbəsində, masturbasiya zamanı əldə olunmuş təcrü­bədən istifadə edərək, kişini başa salmalıdır ki, hansı "nöqtənin" stimullaşdırılması ona daha çox həzz verə bilər.
Yalnız qadın fallosun onun daxilinə yeridilməsini tələb etdikdən, yaxud hansısa vasitə ilə kişiyə seksə artıq hazır olduğunu işarə verdikdən sonra cinsi akta başlamaq olar. Cinsi əlaqəyə tələsmədən və bu zaman tam vəcdə gəlmədən başlamaq lazımdır. Əgər şəhvət hissi surətlə güclənməyə başlasa, fallosun hərəkətini ləngidin, yaxud dayandırın: Hətta onu çıxara da bilərsiz. Sakitləşəndən sonra öz işinizə davam edin. Bu məqsəd üçün kişi üçün əlverişsiz olan pozalardan da istifadə oluna bilər. Belə ki, narahat poza kişini istər-istəməz şəhvət hissindən yayındırır və bu cinsi aktı uzatmağa imkan verir. Qadın kifayət qədər vəcdə gəldikdən və ya orqazm keçirdikdən sonra kişi daha əlverişli pozaya keçib, öz kişilik "qüdrətini" bütün dolğunluğu ilə nümayiş etdirə bilər.
"Seriyalı" orqazma nail olmaq üçün qadın fəal olmalı, kişini öyrədib istiqamətləndirməli, onun ehtirasını bacarıqla tənzim etməlidir.
Nəhayət, bunu da deyək ki, xüsusi məşqin köməyilə orqazm zamanı yığılıb açılmaq qabiliyyətinə malik əzələləri möhkəmlətmək mümkündür. Bu, qadın hissiyatı və hassaslığını artırmağa, şəhvət hissinin daha tez oyanmasına imkan verir.
Bunun üçün siz ilk növbədə, sidik ifrazatı zamanı gərilən və boşalan əzələni müəyyən edin. Həmin əzələni tanıdıqdan sonra gündə 25 dəfə onu sürətlə gərildib boşaltmağı öyrənin. Əzələni gərildin və üç saniyə bu vəziyyəti saxlayın, sonra boş buraxın. Artıq 1-2 həftədən sonra məşqin faydasını aydın hiss edəcəksiniz.
Mənbə Gennadiy Malaxov Qadın sirləri,kişi problemləri kitabından

Həmçinin bax:

Eşq dişləmələri

20 şərh

Səbinə
Reytinq yığmaqdan ötrü seks haqqında məqalə yazanlara ar olsun!
Tibb haqqında o qədər yazı qoymuşdun,gördün xeyri yoxdur,keçdin bu yola. Bravo! Qoy millət orqazma necə çatmağın yolları haqda oxusun. nəysə…
fidan
mədəniyyətin bir şərti də dilə hörmətdir.Azərbaycan hərfləri ilə yazın.Ə,Ş hərflərini düz yazın.
bankir
Səbinə,burda əxlaqsızlıq yoxdur ki,adi postdur.Özü də elmi. bloqun adında 18+ yazılıb. Kim istəyir oxumasın.mənə şəxsən maraqlıdır.
XXI əsrdə yaşayırıq.Onsuz da internetdə hər cür yazıya rast gəlmək olur. burda porno yoxdur,adi yazıda ailə üçün yazılardır. Boşanmanın sayının artmasından, gənclərin təcrübəsizliyindən, kişinin arvada xəyanətindənsə belə yazıların olması yaxşıdır. millət onda oxuyub başa düşər ki, nəyi necə etmək lazımdır. Bəlkə də siz istəmirsiz,amma başaları xoşbəxt olmaq istəyir.
fidan,ardını gözləyirik:-)
fidan
hər kəs nə yazdığı seçimində sərbəstdir. görürəm ki,bunu xoşlayırlar,bunu qoyuram.Səbinə,bacarırsan sən də yaz.
Arzt
Yaxsı qırmayın bir-birinizi.Sadəcə hərə öz yoluna baxsın.Xoşuna gəlməyən girib baxmasın.Məcbur deyil ki....Şərh yazıb reytinqi azaltmaqdan yaxşıdı…
səlahəddin
bura uşaqlar da girib baxa bilər. Bu məqalə reytinq yığıb əsas səhifəyə düşsə və uşaqlar burdakı şəkilləri görsə yaxşı olar?
Arzt
Mən bayaq şəkillər açılmadığından görməmişdim.Şəkil barəsində razıyam.
fidan
şəkillər kat altında qalır. narahat olmağa səbəb yoxdur.Məqaləin ilk sətirlərini oxuyub qərar vermək lazımdır. Ardını oxumaq lazımdır ya yox.Əgər kimsə oxumaq istəyirsə(hətta uşaq olsa da),ona mən günahkar deyiləm,
Raskolnikov
Mən təklif edərdim ki bu cür şəkillərin yerləşdirilməsinə qadağa olsun. Ən azından hər kəs bunu canlandıra bilir
2ral
Sayt daxilində etik normaların qorunması, əxlaqi dəyərlərə münasibət və s. amilləri nəzərə alaraq sabah topik-sorğu keçiriləcək. Çalışın bundan sonra açıq-saçıq şəkillər yerləşdirməyin.
mucahide
müəllifin toxundugu mövzu çox önəmlidir… orqazm problemi insanları bədbəxt edən məsələlərdən biridir… şəkillərdəki erotik xarakteristika olmasa idi daha yaxşı olardı bu sayt porno sayt deyil və rəsimlərə ehtiyac yoxdur məncə… amma mövzu çox aktualdır…
Kaka
fidan
Bununla nə demək istəyirsiniz?
IDEAL
Bu kitab çox məhşurdu demək olar hər yerdə satılır. Yəni bu adi haldı ki, internetdə haradasa kimsə bu kitabdan istifadə edərək nə isə yazıb.
Dr_Həkim
Orqazm oma-çanaq nahiyəsi ətrafında gərginləşərək yığışan əzələlərin ritmik hərəktlər nəticəsində yumşalaraq boşalmasına deyilir. Orqazım zamanı insan psixoloji cəhətdən həzz alır və vücudundakı enerji ən son həddə çatır.
Orqazm individual xarakterə malikdir və bu individualliq özünü boşalma zamanı göstərir.Belə ki,bəzi insanlar orqazmı adətən partlama dərəcəsində yaşadığı halda, bəzilərində bu daha daha mülayim bəzilərində isə sakit deyilə biləcək halda baş verir.
Missioner83
Xoruz yox idi seher acilmirdi??? Fidan bunlari sen yazmasanda olardi.Cunki senin bu yazin olmadanda hami bilir neyi nece etmek lazimdir.Sen bunu yazib guya camaata agil verirsen? Eksine gencleri,uwaqlari pozursan.Sebine duz soz yazdi here bir terefden ustune duwdu.Duzgun adama yer yoxduda...Gerek bu dunyada hormetli olmaq ucun Q...e olasanki iwin zor getsin!!! Fidan sen deyesen bele meqaleler yazmaqda mewhursan.Yeqin tecrubeden ireli gelir hamsi…
prins22
Bunu kim deyir ki, bu cur yazilar yazilmasada bilirler?! Bu gun ki, doverde eger helede yenge ve s, kimi adetler davam edirse demek ki, hecde her kes her syi bilmir!!!
Missioner83
Onuda elave edimki kim burda ne cur yazirsa ele ozunu tanitmiw olur… Cinsi savadliliqinizi gostermekle demek isteyirsinizki men bele edirem,beleyem,sizde menim tecrubemden yararlanin,meslehetlidi… 21-ci esirdiyeee siz bunlari yazmasanizda bu dunya bunu oture oture bu esire gelib catib… Bele weyler yazana kimi gelecekde baw verecek hadiselerden yazin,daniwin.Yeni kewflerden.kosmosdan zaddan daniwin.Bu nediki?
Medikamentoz
Kofe Annan bele demişdi:Biz uşaqlarımız hər şeyi çılpaqlığı ilə deməsək onlardan gizlətdiklərimizə meyl edəcək və ola bilsin bu Onları məhv edəcək.