Toy gecəsi

Nigahin taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur...Toy gecəsinə çox vaxt zifaf gecəsi, şəbi-zifaf, leyleyi-zifaf da deyirlər.

Toy gecəsinin birinci qanunu budur:
Toy gecəsini zorlama ilə başlamayın. Bəzən qız birinci gecədən elə qorxur ki,sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri,oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır,bəy çalışmalıdır ki,qızla maksimum ehtiyatlı olsun. Oğlan (bəy) nə qədər incə və mehriban olsa,qızı nə qədər çox sığallasa o qədər yaxşı.
Oğlan romantik olsa,qızı öpsə,onun cinsi orqanlarını ehtiyatla sığallasa qız da cəsarətlənər,qorxmaz. Yaxşı olar ki, kişi gəlinin erogen zonalarını,yəni cinsi cəhətdən aktiv yerlərini sığallasın. Yəni ki,döşlərin giləsini, budlarını,klitorunu. Gəlini bu zaman orqazm vəziyyətinə də çatdırmaq mümkündür.
Sonra isə deflorasiya başlayır,yəni qızlıq pərdəsinin açılması.Əgər qızlıq pərdəsi kobud şəkildə cırılsa bu pis nəticələrə gətirib çıxara bilər.Xüsusilə də zifaf gecəsi qızlıq pərdəsini açan zaman kişi çox ehtiyatla,nəvazişlə hərəkət etməlidir.toy,nikah
Toy gecəsinin ikinci qanunu:
Zifaf gecəsi həm bəy,həm də gəlin ayıq olmalıdır. Toy günü restoranda spirtli içki qəbul etmək,mədəsi dolana qədər yemək olmaz. Xüsusilə də xəmir xörəkləri,yağlı ət və s. ilə qarnı doldurmaq olmaz.Bu həm oğlana,həm də qıza aiddir.Maksimum bir qədəh şampan şərabı qəbul etmək olar.

Toy gecesi necə hərəkət etməli?
Yaddan çıxarmaq olmaz ki, deflorasiya mütləq zifaf gecəsi olmamalıdır.Bəzən olur ki,qızlıq pərdəsi anadangəlmə defekt olur yaxud idmanla məşğul olan qızlarda o bilməyərəkdən cırılır. Həm də mümkündür ki,qızlıq pərdəsi cırılsın,lakin qanaxma olmasın. Bu heç də qızın bakirə olmadığı demək deyil.
Toy gecəsi olanlar gərək həm kişi,həm də qız üçün yaddaqalan, unudulmaz bir xatirə olsun. Çalışıb həmin günü qanqaraçılıq etmək,adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də zifaf gecəsi olacaq otaq sakit, səs-küydən uzaq,çarpayı isə rahat olmalıdır.


Azərbaycan toylarında yengə deyilən bir şey də olur. Çox vaxt xala,bibi,dayıarvadı (dayıdostu),əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir,onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub.Çünki o vaxtlar qızlar bilmirdi ki,toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan,həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uöurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə,onu qəbul edibsə,yengənin nə işi var?
Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər.Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır.Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bəzən döşəyin altına pul da qoyurdu ki,sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var.

  • Toy günü restoranda spirtli içki qəbul etmək olmaz
  • Toy gecəsi ağır yemək olmaz. Xüsusilə də xəmir xörəkləri, yağlı ət və s.
  • Toy gecəsi olanlar gərək yaddaqalan, unudulmaz bir xatirə olsun.
  • Toy gecəsi qanqaraçılıq etmək, adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də toy gecesi olacaq otaq sakit, səs-küydən uzaq, çarpayı isə rahat olmalıdır.
  • Toy gecəsi ilk cəhd uğursuz alınarsa, onda uzunmüddətli sinir pozuntu və tormozlanmalar yarana bilər ki, bunun da müalicəsi çox çətindir.

 

8 şərh

saz89
yaxwi sohbet ve maraqli meslehetdi
Mr_EuRoViSioN
wooooww… Bele aciq sozluluk ???? men hec gozlemirdim… Evlenmeyi hele duwunmurem… INWALLAH 14 ilden sonra tezeden qirib oxuyaram :)
ATTILA

Tesekkurler movzu ucun. bu barede bilmek her gencin borcudu. xususile azeri genclerinin. burda pis ayib bir sey yoxdu.


tessuf olkemizde bele yazilari pis qarsilayan insanlar da var. guya kitabda saytlarda terbiyesiz seyler yaziblar kimi sersem fikir var..   eslinde bele dusunmek cahillikdi. inasnin bele seyler haqqinda bilmesi tebiidir. bunu elmi kitablardan saytlardan oyrenmek en tebiidir.  genclerimizin coxunun bu haqda bilikleri az oldugu ucun bu bosanmalrin sayina da tesir edir. cunki bezi gencler ele bilir cinsi eleqe haqqinda her hansi elmi melumati oxumaq gunahdi. mehz bele genclerin ilk gecesi cox vaxt ugursuz olur.


meselcun: dunyada 30% qadinda qizliq perdesi yoxdu. ama bezi gencler bunu bilmir, ve toy gecesi qan gormeyende hengame olur ki vaay yoldasi qiz cixmadi. bezen derinde olur perde kisi cinsi organi ora catmir.ve ya cinsi organin gucu catmir perdeni yirta… bu zaman da  terbiyeden dem vuran «bilicilerimiz»(bele yazilara pis baxanlar) deyir ki qiz deyil aldigin arvad apar qaytar. bax bunlar cahillikdi, cinsi tehsilin olmamasidir.

şərh silinmişdir
azad_mireyev
Çalışmaq lazımdı ki, bu mövzuya Azərbaycan mentalitetindən yanaşmayaq. Hər hansı bir qızın toy gecəsinə kimi bakirə qalması normal hal deyil. Əfsuslar olsun ki, Azərbaycan belə hadisə ən böyük qəbahətdi. Əslində isə hər bir qız tez-tez sekslə məşğul olmalıdır. Çünki, bu onların həyatına müsbət təsir eliyir. Çox heyif ki, Azərbaycanda belə şeylər pis qarşılanır. (buna görə də Azərbaycanda yaşamadığım üçün özümü xoşbəxt hiss eliyirəm).
asel
Şərhinizdən görünür ki, Azərbaycanda yaşamırsız.
JAVIER_ZANETTI
Hə sən düz dedin özünü çox böyük xoşbəxt insan saya bilərsənki Azerbaycanda deyil başqa ölkədə yaşayirsan. Elə səninkimilərin Azerbaycanda yaşamamalari yaxşidi…
istorik_c
Mirzə Cəlil demişkən qadınlar çarşablarını başlarından atanda sevincimdən papağımı göyə atdım.O gündən papağımı tapa bilmirəm. Avropa dəyərlərinin Azərbaycan adət-ənəsinə nə dəxli var mən heç başa düşmürəm. Tutaq ki Almaniyada qızlar evlənənə qədər cinsi əlaqədə olmurlarsa həmin qızla heç kim evlənmək fikrində olmur. Bunu Azərbaycanda da yaymaq heç xoşagələn fikir saymıram.Əgər belə fikir düzgündürsə onda bizim qızlar da rus qızları kimi yıxılana qədər araq içməlidirlər?O günləri bizim məktəbə yuxarılardan 1-2 nümayəndə gəlib erkən nikahın fəsadlarından 11-ci sinif uşaqlarına izah edirlər.Misal kimi Avropa ölkələrini bu sahədə çox inkişaf etdiklərini qeyd edirlər. Amma bütün dünyada məlumdur ki Erkən nikahlar elə ən çox İngiltərə Fransa və ABŞ kimi ölkələrdə yayılıb