Dünyanın seks xəritəsi

Yeni Zelandiya qadınlarının həyatları boyunca 20,4 seks tərəfdaşı olur və onlar ilk tanışlıqdan sonra cinsi əlaqəyə girən xanımlar içərisində dünyada liderdirlər.
Avstriya kişiləri həyatları boyu 29,3 qadınla cinsi əlaqədə olurlar və dünyanın ən şorgöz kişiləridirlər. Qadınlara görə ən yaxşı sevişən isə ispaniyalı kişilərdir. Orta hesabla 10 dəqiqə sevişən tailandlı kişilər ən az sevişənlər cərgəsində birincidirlər. Braziliyalı kişi və qadınlar isə hər dəfə 30 dəqiqə sevişməklə önə çıxırlar.

Seks məsələsində ən şəhvətli millət yunanlar olsa da, dünyanın ən iri döşlü qadınları isə Avstraliyadadır.
Hindistan dünyanın seks xəritəsinə telefonla seksual söhbətlərə xüsusi maraq səbəbindən düşüb. Hindistanda telefonla seksual söhbətlərə qulaq asmaq o qədər populyarlaşıb ki, bir çox kişi borc bataqlığına düşüb və ona görə də Hindistanda bu xidmətə qadağa qoyulub.

Fransızların isə 41 faizi isə ömürlərində ən azı bir dəfə qrup sekslə məşğul olurlar. Fransa həm də oral seksin ən geniş yayıldığı ölkədir. Fransanın Cap dAgde bölgəsində olan “Village Naturiste” dünyanın ən böyük çılpaqlar düşərgəsidir.

500 kişinin iştirak etdiyi qrup seks rekordu isə Fransaya aiddir. ABŞ-a gəlincə, bu ölkə qanuni porno çəkilişlər yayır və bu filmlərin 90 faizi Kaliforniya ştatının San Fernando Vadisində çəkilir. İsrailin paytaxtı Təl-Əvivin də rekordu var. Təl-Əviv dünyanın ən böyük fahişə paytaxtı sayılır.

İngiltərənin Upminster bölgəsi isə porno və seks oyuncaqlarına çox vəsait xərcləməsi ilə tanınır. Upminster bölgəsinin sakinləri İngiltərənin digər bölgələri ilə müqayisədə porno və seks oyuncaqlarına 7,9 dəfə çox pul xərcləyirlər.
dünyanın xəritəsi
dünyanın xəritəsi:materiklər və qitəsi
 

13 şərh

2ral
Bir də şəkilləri mətnin lap əvvəlinə qoysanız,minus reytinq alacaqsınız.Bura uşaqlar və qadınlar girir,heç olmasa kat altına salın.
Raskolnikov
bu da copy-paste`dir
James
hamı kimi. kim deyə bilər ki, mən kopyalamıram. Hamı hansısa saytdan götürür. Təzəyəm, hamınız da özünüzü ağıllı göstərirsiniz. Biz də azdan çoxdan nəsə anlayırıq netdən…
Arzt
Sən kopi edənin bloquna şərh yazıb fikrini bildir.Burda hamını nəzərdə tutan fikirlər söyləməyin səni üstün göstərməz.
bankir
Hamı deyərkən sözlərinə fikir ver. Birincisi hamı götürmür.İkincisi götürəndə mənbə yazılır.üçüncüsü lap kimsə götürsə də başqalarına lağ etmir.Hörmətlə
Arzt
Bu cür olsun.Məlumat kifayətdi.Şəkil ehtiyac deyil.Əsas da məlumatı çatdırmaqdı.
James

1 mən lağ etmirəm, olduğunu yazıram. Ən azından Azərbaycanda bu tendendiya mövcuddur. hamı kiməsə oxşamaq istəyir, hamı kimdənsə götürür.


2 mənim kimi fidan adlı istifadəçi də eyni sayt olmaq şərti ilə copy edir. mənbəni göstərin orda mənə...

fidan
Hansı məqaləni? Mümkünsə göstərin. Şər atmayın. Mən heç bir saytdan copy-paste etməmişəm.
Arzt
Sənin fikirlərinin səhv olduğunu demirik sadəcə əsaslandır.Yəni kim oldugunu və onun bloquna şərh yazmaqla bunu bildir.Boş yerə əsəbləşmə.
James
mən çox şadam ki, siz hər biriniz fərd olmaqla öz qızıl vaxtınızı mənə sərf edirsiniz. Bu vaxtı mənə sərf edənədək hər hansı bir məlumat yazım reytinq qazana bilərdiniz. Bunun üçün hər birinizə təşəkkür edirəm...)))
Ferbara
«Fransanın Cap dAgde bölgəsində olan “Village Naturiste” dünyanın ən böyük çılpaqlar düşərgəsidir.» Maraqlıdı. Bir də məncə copy-paste edib, etməmək önəmli deyil. Önəmli olan bütün maraqlı məqalələrin bir araya gətirilməyidir. Maraqlı bir şey istəyirsən? Kayzen.az saytına gəl! ))
fidan
Nudistlər çimərliyi sənə maraqlıdır?:-))
Yeri gəlmişkən,nə əcəb Bakıda nudistlərin klubu yoxdur?
bankir
Kim deyir ki yoxdur?:-))
Uşaqlar,soruşur ki,bizim klubumuz niyə yoxdur?))))