Tez boşalma | Seks(18+) | Kayzen 

Seks(18+) → Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.

Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez boşalmasını 3 yerə bölüblər:

1. penis vaginaya girmədən öncə boşalması - yüksək dərəcədə erkən boşalma
2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma - orta dərəcə erkən boşalma
3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma - erkən boşalma


cinsi əlaqə şəkilləri Qadına görə orta hesabla seksin müddəti ideal vaxt 5-15 dəqiqə arası hesab edilmişdir. Amma yenə qeyd edildiyi kimi cütlükdən asılıdır.  Kişi isə boşalma müddətini bir az uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.

Başqa sözlə desək cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eyakulyasiya) kişinin cinsi aktın davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi aktın davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan(orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.

Bəzi situasiyalarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eukulyasiyanın(sperma ifrazı) başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baç verirsə, bu vaxtından əvvəl qurtarma( boşalma) hesab olunur. Amma sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissiyyatı keçirir. Orta göstərici kişinin cinsi aktının minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl qurtarma hesab olunur.

Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin həqiqətdən daha az olduğu aydın olar. Bu vəziyyət cinsi məmnun olmamaya, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənməməyə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi akt zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi aktdan yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın( cinsi orqanın bərkiməsi ereksiya adlanır) baş verməməsinə gətirib çıxarır.

seks problemi sağlam intim həyata mane olurVaxtından əvvəl qurtarmanın əsas səbəbləri:

  • Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq qurtarma ola bilər
  • Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri
  • Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl qurtaracağına özünü psixi kökləməsi (vaxtından əvvəl qurtarma, və partnyoru məmnun etməmə qorxusu)
  • Kişi cinsi orqanının individual-konstisional xüsusiyyətləri( anadangəlmə cinsi orqan başının həssas olması)
  • Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə)

intim əlaqə (seks) zamanı kişi və qadın cinsi normalara riayət etməlidirVaxtından əvvəl qurtarma necə müalicə olunur?
Hal-hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsinə 4 yanaşma var:
1. Yerli müalicə (cinsi orqana bilavasitə təsir edən dərmanlarla)
2. Seks-terapiya
3. Farmakoterapiya( dərmanın daxilə qəbul edilməsilə müalicə)
4. Cərrahi müalicə
Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir.
Seks-terapiya ən təhlüksiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir.
Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, operasiyadan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir.
Yerli müalicə necə aparılır?
Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Bu metodun 2 forması var:

  1. Anestetik vurulmuş prezervativlərdən istifadə ("long love" prezervativləri)
  2. Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması

Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır.

Seks-terapiya
cinsi soyuqluq qızlarda anorqazmiya və frigidlik yarada bilərBu metod vaxtından qabaq qurtarmanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur, hansılar ki, eukulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir.
Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və "start-stop" üsuludur. Birinci metodda eukulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.

"Start-stop" üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Sonra təzədən növbəti əlaqəyə başlayıb, pauzalarla davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma requlyar istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inanmsızlıq yaratmamalıdır. Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyorda buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.

Dərmanlarla müalicə (farmakoterapiya)

intim əlaqə (cinsi akt) zamanı seks pozalarının rolu da əhəmiyyətlidirBəzi dərman preparatlarının(neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl qurtarmanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu yanaşı arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur. Hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi aktın davametmə müddətini 4-6 dəfə artırır. Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.

Cərrahi müalicə
Sünnət olunmayan insanlarda vaxtından əvvəl qurtarmanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur ! Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur. Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti tədricən azalır. Bu operasiya çox cüzi travmatik operasiya hesab olunur, pasientlərə reabilitasiya(bərpa olunma) tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin.

  • ?
  • 03 sentyabr 2011, 21:22
  • Someone


Şərhlər (22)

RSS qısalt / böyüt
Bu qədər də olmaz.Şəkillər biabırçıdı
+1

bucür mövzular nəyə lazim, vaxti gələndə onsuzda boşalacaq

+4
OF OF OF bəsdirin ümumiyyətlə belə mövzulara ehtiyac yoxdu.Artıq sözü kəskin deyəcəm.Bu nə mövzudu ki,kayzenə yerləşdirilib.Belə dedikdə hamı fikirləşir ki,bu çox normaldı.Harası normaldı unutmayın!!! biz Azərbaycanda yaşayırıq.Müsəlman ölkəsiyik.İndi sorğu aparsaq əgər çox insan kəlməyi-şəhadəti bilmir heç.Yaxşı bu nədən qaynaqlanır.Someone kimi özünü çox müasir hesab edən,insanların əlindən.Başda qeyd etmişəm heç kəs məndən inciməsin.Bu nədi???hamımız bura inkişaf məqsədi ilə giririk.Belə mövzular üçün xüsusi saytlar var.Kim nəyi öyrənmək istəyirsə getsin ordan öyrənsin.Ağını çıxartmayında day....Yox müasirlik imiş yox avropaymış.....keçin bu variantları.Axirət sorğu-sualında demiyəcəksən mən avropadan gəlmişəm.Heç Allah bilir,axirət sorğu sualı nədir? onuda bilmirlər.Ya subhanallah...Ay insanoğlu nə qədər Allah sənə ömür verib o ömürdən yaxşı istifadə elə hamı dünyaya bir dəfə gəlir.Hələ mövzunun sonunda qara hərflərlə qeyd eləyib "Özünüzü bu hissdən məhrum etməyin." hansı hisdən danışırsan?? Allah (c.c) Qurani-Kərimdə “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir”. Nur surəsi 3-cü ayə..Ayədən də məlum olduğu kimi, zina edən insan böyük bir günah iş görür.Möminlərə bu harab edilmişdir.Fərqi yoxdu istər mömin ol istər olma.Müsəlmansansa haramdır.
-2
şərhi göstər
-4
Bidə unutmadan heç kəsdən çəkinmədən bu məqaləyə öz səsimi verirəm.Məncə hamıya aydındır.
+1
Yazını məndə oxudum və sizinle raziyam, ama sonra yazilan cumle "Özünüzü bu hissdən məhrum etməyin" məncə yalniş deyirsiz, niye ancaq zina olsunki, normal insanlara aid etmek olmazki? bu tekce zina edenlere nezerde tutlmuyub axi, mence bu qeder eseblesmeye deymez
+1
Old Baku sizinlə tam razıyam.someone qeyd edib ki," İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır." xeyr bu hər kəs üçün belə deyil.Müasirlik bir yerə qədər.
0
Qını deyəsən sizin zina haqqında nə anlayışınız nədə bilginiz yoxdu.
0
Kifayət qədər bilgim var ancaq seks normal insanlar arasinda zina etmeden mumkun deyil? men normal deyende evli kişi və qadın
-1
yeni dini və bütün qaydalara uyqun evlenirler, meseleye soyuq qanli yaxinlaşmaq lazimdir, məndə məqaləni yazani desteklemirem ancaq her şeyi getirib zinaya çixartmaq düzgün deyil, siz ele edirsiz ki cinsi elaqe deyen kimi insanlarin aqlina zina etmek gelir bu ise qetiyyen bele deyil, subyektiv fikrimdir
0
Hmm.əgər söhbət evli kişi və qadından gedirsə əlbəttəki zinadan söhbət gedə bilməz.Yox söhbət tam müstəqil iki yetkin nəfərdən gedirsə (evli olmadıqları halda) onda zina sayılır.Mən  birincisi bu cür yazının bu sayta yerləşdirilməsinə qarşıyam.İkincisi Zina yalnız cinsi-əlaqədən ibarət deyil.
+1
bax belə) yazıda hardasa maariflendirici melumatlarda var ancaq yenede yazilmasi yaxşi hal deyil
+1
Məqalə çox yaxşı və yerində yazılıb, və əslində dinə heç bir ziddiyəti yoxdur (şəkillər istisna olmaqla). Sağlam seks nə vaxtdan haram sayılır? əksinə kişi zina edərkən, altında olduğu fahişəni vecinə almır, onun orqazmının dərdi kişiyə qalmır. Məqalədə sözhbətin normal seksdən getdiyi açıq yazılıb və hətta deyilir ki, orqazmın üst-üstə düşməməyi, ailə münaişələrinə səbəb ola bilər
Yenədə etirazı olan müsəlmanlar və psevdo-mesəlmanlar isə fikirlərini özlərinə saxlasınlar, əgər onların xoşuna gəlmirsə dini saytlar çoxdur — onların xidmətlərindən istifadə eldə bilərlər, ya da Əfqanıstana köçsünlər, burada şəriət yaratmaq lazım deyil. Ölkədə qeyri-dini şeylər çoxdur, heç onlara qarşı mübarizə apara bilirsniz? Biri yuxarıda yazıb ki müsəlman ölkəsiyik. Çoxbilmiş, sən hansı müsəlman ölkəsində Azanın qadağan olduğunu görmüsən? Sən hansı müsəlman ölkəsində prezidentin inaqurasiya günündə alkoqol içdiyini görmüsən? Gücün çatır get onlarla mübarizə apar, fikrini, etirazını get onlara bildir. Gücün təkcə saytda məqalə yerləşdirənə çatır.

O ki qaldı kişinin tez boşalması və qadının orqazmına, kişi gərək özünü qamış kimi aparmasın… cinsi aktın ortasında qadını sevdiyini desin, bu kişinin eyakulyasiyasına fasilə verə bilər, qadının orqazmını isə sürətləndirə bilər (unutmayın, qadınlar qulaqları ilə sevir), penisinin hərəkətini yavaşıtsın, qadının aktiv hissələrini öpsün, (qulaq, döş və s.) bununla da əkscinsəl orqazmlar arasında balans yaratsın və probeli aradan qaldırsın.
+7
yaxşıdır ee kimin kimə gücü çatdıdır burda
+1

Türkəl sən mənə ağıllı,məntiqli sual verdiyini zənn edərək şərhində  "Sağlam seks nə vaxtdan haram sayılır? «qeyd eləmisən üstəlik təəccüblə.Hələ Türkəlin şərhində qeyd ettiyi bu bilgisiz və məntiqsiz suala fikir verin hələ »nə vaxttan" da qeyd eləyib.Zina İslamda 5 cinsəl haramdır və ən böyük günahlardandır.Yetkin qadın və yetkin kişi tərəfindən cinsəl birləşməyə zina deyilir.Hətta fahişələrlə də edilən cinsəl birləşmənin hər növü zinadır.Zina İslamda sərt qarşılanan mövzulardan biridir.Zina...ailə müqəddəsliyini zədələyən,onun qurulmasına manə olan,xoşbəxtliyi məhv edən,cəmiətdə qadın alverini başladan,anası və ya atası məlum olmayan,ana ata sevgisindən məhrum olan,yoxsun problemli uşaqların artmasına səbəb olan,ailələr arasında davalara,cinayətlərə,AİDS kimi xəstəliklərə səbəb olan,ahirətini məhv elemək üçün ən bpyük amildir.İstəyirsənsə yazdıqlarımı yenidən oxu.Müqəddəs Qurani-Kərimdədə Zina bir çox ayələrdə haram edilmişdir.Məs:
«Nur» surəsi 31-ci ayəsində bunadan bəhs edilərkən buyurulur:«Mömin qadınlara söylə, gözlərini naməhrəmlərdən gizləsinlər, namuslarını qorusunlar. Örtülərini başlarına çəksinlər. Ziynətlərini ərlərindən, atalarından, ərinin atalarından, oğlanlarından, ögey oğlanlarından, qardaşlarından, bacılarının oğullarından, dindaş qadınlardan, cariyələrdən, qadınlara meyli olmayan kişilərdən və ya qadını başa düşməyən uşaqlardan qeyri kimsəyə göstərməsinlər». Bunları özüm qara hərflərlə qeyd edirəm.Gözləri zəif olanlar (məcazi mənada) yaxşı görsün.Bu qədər yazdıqlarım sənin şərhinin cəmi bir sualına cavab idi.Yuxarıda qeyd etmişəm.Qaldıki Türkəl dini saytların çoxluğuna,fikirlərin özlərinə saxlamasına və ya qeyd ettiyin,ünvanladığın bəzi sözləri nəzərdə tuturam.Məscidlərdə azanların saxlanılması ölkəmizdə digər məsələr onlar sənin kimilərinə aid deyil.Namaz qılmayıb,oruc tutmayıb,Zinaya bəraət qazandıranların heç bir haqqı yoxdu.Sənin kimi cahil gənclər üçün heç bir fərqi yoxdu camilərdə azan verildi verilmədi.Hər nəysə bizimdə məqsədimiz Azərbaycandakı vəziyyəti dəyişməkdi.Biz deyərkən möminləri nəzərdə tuturam.icazə ver bu problemləridə biz həll edək.Çünki bunlar bizim problemimizdi.

+3
Sağlam seks yazılmış abzası diqqətlə oxusan, anlayarsan ki, bu ifadəni işlətdikdə ər-arvad arasındakı izdivacı nəzərdə tutmuşam. Nə bu cür cinsi əlaqə, nə də ondan həzz almaq haram sayıla bilməz. Seks yalnız uşaq qayırmaq üçün deyil. Mən də fahişlərlə cinsi əlaqənin əleyhinəyəm və bunun yarada biləcəyi tibbi və sosial problemlərdən xəbərdaram. Fahişəbazlığa qarşı çıxışlarıma görə də öz dairəmdən olan adamlar tərəfindən də həm qınanmış, həm də zarafatların hədəfi olmuşam.
Lakin bunun kökünə də getmək lazımdır, evli kişilər niyə xanımları ilə yox, gündə bir neçə müştəriyə xidmət edəm iyrənc qadınlarla yatmağı üstün tuturlar? Yoldaşları sadəcə olaraq bu növ əlaqəyə qarşı laqeydlik göstərə və yataqda mülayim ola bilər. Bunun isə səbəbi qadının seksual akt vaxtı ərinin bacarıqsızlığı ucbatından tam həzz ala bilməməsidir.
Bu cür məqalələr belə məsələlərdə kömək edə bildiyindən yararlı sayıla bilər. Hər şeyi dini kitablardan oxumaq olmur (təəssüf ki). Ona görə də, türklərin sözü olmasın, «aşırı fanatizmə» ehtiyac yoxdur.

P.S. Mənim gözlərim həqiqi mənada zəif görür, amma eynəklə də sənin yazdığın bəzi cümlələri çətinliklə oxudum. Məni cahil adlandırmağa heç bir haqqın çatmır.

Uğurlar!
+5

“Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər”.


“Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/222). Yəni söhbət evli qadın və kişidən gedirsə əgər əlbəttə zinadan söhbət gedə bilməz.İslam gördüyün kimi yalnız bir-birilərinə haram edilmiş iki şəxsin intim münasibətinə qarşıdı.Qısaca ZİNA-ya.Əgər sən yuxarıda qeyd etdiyin kimi evdə gözəl xanımları olduğu halda gün ərzində bir neçə dəfə müştəri ilə müəyyən məbləğ qarşılığında intim münasibətdə bulunan kişilərə qarşısansa bunu əvvəlcədən deyərdin.Bu qədər də söh-söhbətə ehtiyac qalmazdı.Cümlələrim heçdə çətin deyil.Son dərəcə net və konkretdi.Əgər gözlərin sözün əsil mənasında zəif görürsə o zaman Allah şəfa versin.Əgər sən fahişəbazlığa qarşısansa o zaman zinayada qarşısan.Belə halda səninlə mübahisə etməm üçün heç bir mübahisə obyekti yoxdu.Qısacası bu məqalə düzgün internet saytında nəşr olunmayıb.


+2
yaxci sohbetdir halaldur
-3
Bele pis cixmasin duz deyirler de bele meqalelerin oxunmasi ucun xususi saytlar var ora grib oxumaq olar.Bura terbiyevi mariflendirici saytdir.Ne bilim seksden zaddan danismaq ne qeder duzgundur onu bilmirem.Yegin bele sohbetler kimlerese lezzet eliyir.Eger kimese lezet eliyirse mueyyen saytlar var orda videorolikler var ora girsin baxsin gorsun tez qurtarmaq ne ce olur,gec qurtarmaq nece olur.Hansinin yeri var hansini yeri yoxdur.
+1
Əvvəlcə hamini salamlayiram, sozün açiqi bilseydim bu qeder mübahisəyə səbəb olacaq heç bu mövzunu yerləşdirməzdim, məzi məqamlarla razılaşıram ancaq durub bü cür münasibət göstərilməsi qəbul olunmazdır. Zinanın bu məsələyə heç aidiyyati yoxdur bunu evvelceden deyim, evli olan qadın ve kişi sekslə mesqul olmasi tam normaldir ve dindede heç bir problemi yoxdur, sonra ise görürəm -13 ses verilib ama problem deyil, men yazini qoyanda bunu bilirdim, çoxlai boynuna almasada bu xestelik Azərbaycanda da var sadece insanlar gizlədirlər, çoxları da özünə necə deyərlər pis çıxar deyə ört pasdır edir, məqsədim o olub ki hemin problemi olanlar bunu oxusun ve onlara faydasi olar, şəkillərə qaldiqda ise məqalədə şekil olmayanda yaxşı çixmir, çoxu normal şekillerdir, hemde bloq seks 18+ dur, men qeyri adi nese yerlesdirmemisem, başqa saytlara ve video lara qaldiqda ise düz deyirsizki onsuzda istiyen onlarida edir, üzr isteyirem ama biri var baxalar və… nəsə biride var oxuyalar ve nese onlara xeyri olar, düz qeyd edilib ki bu bezen boşanmalara da sebeb olur, cinsi elaqe zamani tekce kişide boşalma deyil hemçinin qadında da boşalma baş vermelidir eks halda qadin üçün yarimçiq seks yaxud eledə xoşa gelmeyen cinsi elaqe hesab olunur ve sonra fesadlara sebeb açir, indi sis qerar verin ya bele çeyleri gozledek (eslinde kifayet qeder aşkardiq) yada öyrenek ve nese elde edek, adi bir nümune, Avropa ölkelerinde cinsi elaqeye girenler diger inkişaf etmekde olan ölkelerden qat-qat çoxdur ancaq olnar qorunan cinsi elaqeye girdiyinden (yeqinki başa düşdünüz, qoruyucudan düzgen istifade) onlarda HİV (qits) xesteliyinin yayilma faizi diger zəif inkişaf etmiş ölkələrdən qat-qat azdır (ört basdir edib nece geldi cinsi elaqe), bilirsiz sebe nedir bu mövzuda maarifsizlik, yeni bilmemeklik, indi deyeceksiz ki bezileri neye lazim bu barede bilmek, cavabi ise men demirem inanmayacaqsiniz yaxshi olar ki ele google yaxud youtube da HİV yazib axtarisa verin onda ne demek istediyimi anlayacaqsiniz, sonra ise yene de qeyd edim cinsi elaqeden yeni seksden (zinadan sohbet getmir) qaçmayin insan üçün lazimli şeylerden belkede öndə gedenidir, oxuduğunuz üçün sağolun.
+2
salam sizden bir soz sorucum, mende tez boshalam bash verir, men sekse baxanda durur ama 4, 5 sanie baxmayanda olur, ve cinsi elaqede olarkanda olub kutardixdan sonram 2, 3 saniye kecmiw sirazu olur, bir de retki halda tam berkimemish boshalma bash verir ve bu ne xesteliyidi ki ?? mumkunse cavablandirardiniz xaish ???? agir xesteliydise de eyer mualiceside varsa yazardinz ???? 
-1
salam mendede tez bowalma problemi var  ne meslehet gorursuz?
 
-1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.