Kişi və qadın cinslərinin yaranması

İlk baxışda elə görünə bilər ki, alimlər insanda cinsiyyət fərqlərinin necə yarandığını artıq qəti təyin etmişlər. İstənilən insanın cinsi mayalanma zamanı müəyyən olunur və bu spermatozoidin hansı yumurta hüceyrəsini mayalandırmasından asılıdır. Artıq məlumdur ki, özlərində Y və ya X xromosomlarını daşıyan "kişi" və "qadın" spermatozoidləri mövcuddur. Qadınlarda bütün hüceyrələr iki X xromosomundan ibarətdir.

Buradan belə nəticə çıxır ki, yumurta hüceyrəsindən qız və ya oğlan yaranacağı onun X və ya Y - xromosomu tərəfindən mayalanmasından asılıdır. Alimlərin müşahidəsinə görə bir insan öz başlanğıcı­nı diametri 0,2 mm.-ə bərabər olan yumurta hüceyrəsindən alır. Bu yumurta öz forma və fiziologiyasına görə orqanizmin heç bir hüceyrəsinə oxşamır.
Yumurta hüceyrəsi öz inkişaf prosesində bir sıra ardıcıl dəyişikliklərə məruz qalır ki, bunun sayəsində toxumalar və xüsusi funksiyalı orqanlar əmələ gəlir. Son nəticədə isə insan orqanizmi yaranır.

Lakin əsl həqiqətdə bu məsələ alimlərin izah etdiyi kimi sadə və aydın deyildir. Alimlərin bu təliminə əsasən yumurta hüceyrəsinin mayalanması üçün bir spermatozoid kifayətdir və eyni zamanda belə məlum olur ki, əgər sper­mada müəyyən qatılıqda (özü də xeyli yüksək) spermatozoidlər yoxdursa, mayalanma baş tuta bilməz. Döl bağla­manın effektliyinə qadın orqanizminin hərarətinin əsaslı təsiri olur, əgər o, kifayət deyilsə, mayalanma da ola bil­məz. Lakin ən böyük anlaşılmazlıq insan orqanizminin quruluşu ilə bağlıdır. Əslinə qalanda, dezoksiribonuklein tur­şusunun ikili spiralının (DNT) kəşfi də bu məsələyə tam aydınlıq gətirə bilməyib. 80-ci illərdə alimlər kəşf etdilər ki, DNT spiralvarındakı genlər yalnız zülalların quruluşu haqqında informasiyanı daşıyır. Lakin, zülallar hələ orqanizm demək deyildir. Bunlar yalnız orqanizmin "tikildiyi" kərpiclərdir. Orqaniz­mi müəyyən şəkildə qurmaq üçün hansı kərpici hara qoymaq lazım gəldiyini göstərən plan lazımdır. Başqa sözlərlə desək, orqanizmin məkan və zaman daxilində inkişaf proqramı olmalıdır. Bu cür "proqram" isə genlərdə yoxdur. Ən başlıcası isə bəlli oldu ki, genetik kodun özü DNT-nin uzunluğunun vur-tut bir faizini təşkil edir. Bəs onda qalan 99 faizin rolu nədən ibarətdir?
Bu sualın cavabı 90-cı illərin əvvəllərində adi eksperiment sayəsində tapıldı. Qurbağa embrionu xüsusi metal futlyarda yerləşdirildi və onun inkişafı üçün hər cür şərait yaradıldı. Lakin metal qilaf bü­tün xarici şüalanmaları əks etdirdiyinə görə embrion lazım olduğu şəkildə inkişaf etmədi, qurbağaya oxşamayan bir eybəcərə çevrildi və tezliklə məhv oldu. Sonrakı tədqiqatlar göstərdi ki, DNT silsiləsinin 99 faizi özündə xüsusi elektromaqnit dalğalarını daşıyan xüsusi proqramı qəbul edir. Bu proqramın əsasında insan orqanizmi qurulur, yəni hər bir hüceyrəyə harada və necə inkişaf etmək, orqanizmdə hansı funksiyaları daşımaq göstərişi verilir. İnkişaf proqramının mənbəyi Vakuum, Kosmik fəzadır. Alimlər müəyyən etmişlər ki, insanın qoloqrafik modeli fiziki cis­min (bədənin) yaranışından əvvəl əmələ gəlir. Xarici mühitdən daxil olan informasiya xromosomları məcbur edir ki, hər bir konkret insanın proqramının spesifik obrazını yarat­sın. İnsan embrionunun bölünən hüceyrələri yalnız qoloqrafık nüsxənin həcmini doldurur (tökmə qəlib maddə ilə doldurulduğu kimi). Yuxarıda göstərilənlər qədim Tibetdə, "Mavi beril" adlı elmi əsərdə tam dəqiqliyi ilə təsvir edilmişdir. Bu qədim tibb dərsliyində müalicə üsulllarından savayı kişi və qadın cinslərinin necə əmələ gəlməsindən ətraflı danışılır. Bədənin formalaşdırılması cinsi əlaqə prosesində ata spermasının, ana yumurta hüceyrəsinin və şüurun - gələcək insanın qoloqramını verən informasion-energetik özülün eyni bir vaxtda uşaqlığın daxilində qovuşması nəticəsində embrionun əmələ gəlməsi ilə başlanır. "Fəzanın rezonans axınları" (yeri, karma ilə hərəkətə gətirilən şüur kişi orqazmı (nəfəsin artması) sayəsin­də onun bədəninə daxil olur və oradan qadın uşaqlığına dü­şür, yumurta hüceyrəsinin DNT spiralını öz informasiyası ilə şüalandırır. Beləliklə, orqanizmin fərdi cizgiləri: toxu­maların mövcud insana xas spesifikliyi, fizioloji proseslərin xüsusiyyətləri, fiziki cismin zahiri xüsusiyyətləri (boy, proporsiyalar) yaranmış olur.Şüuru hərəkətə gətirən "Fəzanın rezonans axınları" (yəni, karma) şüuru onun öz informasion-energetik göstəricilərinə görə öz valideynlərinin normasına uyğun gəldiyi nöqtəyə yönəldir, Embrionu canlandıran şüur (yeri, informasion-ener­getik mənbə) cinsi mənsubiyyətdən məhrumdur. O, embri­onun qadın uşaqlığmda inkişaf etməsi prosesində yaranır. Əgər "alın yazısı" səbəbindən (karmanın əvvəlcədən müəyyən etdiyi taleyə əsasən) oğlan doğulmalıdırsa, bu za­man şüur ataya ədavət və anaya məhəbbət duyaraq, özünü ata toxumu ilə eyniləşdirir və ata şüuruna çevrilir. Əks halda şüur anaya ədavət və ataya məhəbbət duyaraq, ananın yu­murta hüceyrəsi ilə özünü eyniləşdirir və ana şüuruna çevri­lir. Belə seçim nəticəsində şüur (informasion - energetik mənbə) özünü qadın, yaxud kişi tipi (cinsi) üzrə qurub ya­radır.

Əgər seçim dəqiq aparılırsa, o zaman yüz faizli (xalis) kişi və ya qadın yaranır. Əgər gələcək insanın şüuru karma səbəbindən özünü bu və ya digər cinslə qeyri - dəqiq, yay­ğın şəkildə eyniləşdirirsə, yaxud hər iki valideyinə eyni dərəcədə meyl göstərirsə, o zaman, cinsi fərqləri aydın seçil­məyən insanlar (interseklər), yaxud hər iki cinsi əlamətə malik adamlar (hermafroditlər) dünyaya gəlir.
Mənbə Gennadiy Malaxov Qadın sirləri  Kişi  problemləri kitabından

Beril - sarıya çalan və ya yaşıl rəngli şəffaf, qiymətli daş.

4 şərh

bankir
Birinci şəkil çox aydın şəkildə hər şeyi izah edir. Amma sualım var ki bəs mavilərdə necə olur? XZ?
fidan
bankir,bilmirəm. Bunu gərək mavi genetiklərdən soruşasan.
P.S.Nəyinə lazımdır?)))
bloqçu
Allaha qurban olum…
papatürk
Hələ də Tibet yazılarından yazırsan? Bu Malaxovun başı xarab olub,seksə aid hər şeyi Tibet,Hindistan ilə bağlayır. Bu Malaxov urinoterpaiya( sidik içməklə müalicə) agitatorudur. Yazdıqlarının hamısı boş-boş şeylərdir. Şəkillər isə doğurdan maraqlıdır.Gündüz çıraqla tapmaq olmur belə aydın və izahedici şəkilləri.