Рейтинг
+26.62

Seks (18+)

36 üzv, 73 topik

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.


Ardı →

Kişi və qadinlarda orqazm

Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı «orqazm» adını daşıyır («orqazm» yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı təmrinlər mövcuddur, bunlardan ən geniş yayılan­ları — «ekstaz» və «affekt»dir. Fransız dilindən tərcümədə ekstaz — cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə — «hisslərin çılğıncasına ifadəsi» deməkdir.
Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma — orqazm ilə başa çatır.
Ardı →

Seks lüğəti

Aseksual
Seksə qarşı maraqsız və ya istəksiz olan. İmpotent, Cinsi zəifliyi olan adam,seksə qarşı marağı olmayan adam

Aybaşı
Hamilə olmayan qadınlarda, yetkinlik çağından klimaksa qədər ayda bir dəfə vaginadan gələn qan.

Bəkarət (bakirəlik)
Bakir və ya bakirə olma vəziyyəti. Cinsi əlaqədə olmamış kişiyə bakir, cinsi əlaqədə olmamış qadına isə bakirə deyilir. İslam və Şərq ölkələrində bakirəliyə xüsusi fikir verilir. 
Ardı →

Dünyanın seks xəritəsi

Yeni Zelandiya qadınlarının həyatları boyunca 20,4 seks tərəfdaşı olur və onlar ilk tanışlıqdan sonra cinsi əlaqəyə girən xanımlar içərisində dünyada liderdirlər.
Avstriya kişiləri həyatları boyu 29,3 qadınla cinsi əlaqədə olurlar və dünyanın ən şorgöz kişiləridirlər. Qadınlara görə ən yaxşı sevişən isə ispaniyalı kişilərdir. Orta hesabla 10 dəqiqə sevişən tailandlı kişilər ən az sevişənlər cərgəsində birincidirlər. Braziliyalı kişi və qadınlar isə hər dəfə 30 dəqiqə sevişməklə önə çıxırlar.
Ardı →

Seks haqqında maraqlı faktlardan

Seks haqqında heyrətamiz faktlarla tez-tez rastlaşırıq. Başlanğıc üçün seks haqqında bunları deyək ki:
  • Siçanın spermatezoidi filinkindən uzundur.

  • Pinqvinlər ildə bir dəfə orqazm yaşyır.

  • Qartallar cinsi əlaqəyə havada uça-uça girirlər.

  • Hər il 11 min seks qəzası baş verir. Artıq bu qəzaların necə baş verdiyini özünüz düşünün. Hər gün dünyada 200 min cinsi əlaqə olur.

  • Hər 4 kişidən 3-ü seks başladıqdan 2 dəqiqə sonra orqazmı yaşayır. Qadınların şikayət səbəbini başa düşmək olar))

  • “Sakit” kişilər cinsi həyatı heç bir sərhəd tanımadan yaşayan seksual aktiv kişilərə nisbətən 13 il çox yaşayır.

  • Qadınların 12 faizinin spermaya qarşı allergiyası var.

Ardı →

Seks pozalari

Partyorların bir-birini cinsi əlaqə zamanı tam qane etməsi üçün seks pozaları da böyük rol oynayır. Çox hallarda ailədə partnyorların bir-birini düzgün başa düşməsində seks pozalarının növləri,duruş,münasibət böyük əhəmiyyəti var.Aşağıda ən geniş yayılmış seks poza şəkillərinə baxa bilərsiniz.Şəkillər xarici saytdan götürülüb,pozaların adı da ona görə çox yerdə ingilis dilindədir:

seks pozasi: tribal dance


Ardı →

Zifaf gecəsi (birinci gecə)

Məlumdur ki, bir çox cütlük üçün toy gecəsi ailə həyatının ən əhəmiyyətli günüdür və yoldaşlar bir-birlərinə qarşı bu ilk gecədə cinsi səviyyədə nə qədər mehriban və anlayışlı olsalar, xoşbəxt bir evlilik həyatının təməlini atmış olacaqlar. Bu hadisənin bəzən səhv məlumatlar səbəbiylə çox böyüdülməsi və ya bu mövzuda məlumat sahibi olmamaq kişini və əsasən də gənc qızı həyəcanlandırır. Kişi kişiliyini, qız da bakirəliyini sübut etmək vəziyyətindədir. Kişidə, bacara bilməmə qorxusu, qızda da cinsi əlaqədən həddindən artıq ağrı duyma qorxusu var. Günümüzdə toy mərasimləri ərəfəsində bəy və gəlinə sırasıyla sağdış və yengə deyilən köməkçilər tərəfindən ayrı-ayrı cinsi məlumatlar verilir.


Ardı →

Seks xəstəsi olan qız

Nimfomaniya seksual aktivlik deməkdir.Seks xəstəsi yaxud hiperseksual qız nə demək olduğunu bilməyənlər ingilis Victoria Betteridge həyayı ilə tanış olsun.
İngiltərədə mühafizəkar, dindar bir ailədə böyüyən, illik haqqı 7000 funt olan qızlar məktəbində oxuyan Viktoriya Betteridge-yə katolik valideynləri oğlanlarla görüşməyi qadağan edib. 18 yaşınadək bir oğlanla belə öpüşməyən Viktoriyanın həyatı Oksford Universitetinə qəbul olandan sonra tamamilə dəyişib.
Verdiyi məlumata görə, o, ilk dəfə Universitetdə sərxoş olub və Tom adlı bir gənclə öpüşüb.Ancaq ilk günlər onların münasibəti cinsi əlaqə olmadan davam edib. Görüşün 6-cı ayında isə cəsarətini toplayıb və bəkarətini Toma hədiyyə edib. Elə o gündən də seks düşkününə çevrilib. Viktoriya Tomla gündə ən azı 3 dəfə sekslə məşğul olub. Ancaq zaman keçdikcə Tom Viktoriyanın seksual tələbatını ödəməkdə çətinlik çəkib və onlar ayrılıblar.

Ardı →

Cazibədar olmaqda görmənin rolu

Görmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır?
Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar.
Dolu, koppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar — nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar.


Ardı →