Stress zamanı daha çox yemək lazımdır

Alman alimləri artıq çəkinin xeyrini tapdılar. Lyubek universitetinin professoru Petersonun keçirtdiyi tədqiqatlara əsasən kök insanlar stressi daha rahat keçirdirlər.

Nə üçün? Bu o deməkdir ki, əldə olunmuş artıq piy yığınları beyini lazımı qida ilə təmin edərək, stress zamanı onu artıq yüklənmədən xilas edir.

Eyni zamanda tədqiqatlar əsasında professor Peterson təyin etmişdir ki, stress zamanı beyin yüksək miqdarda qlükoza və digər qidalı maddələrə ehtiyac duyur. Onlar qida ilə daxil olmadıqda orqanizm onları başqa mənbələrdən almağa başlayır. Kök insanlarda artıq piy qatlarından, arıq insanlarda isə digər orqanlardan.

Məhz bu səbəbdən orqanizminizi heç bir halda lazımı maddələrsiz qoymamaq məsləhət görülür. Bu bir tərəfdən artıq çəki yığmamağınıza kömək etsə belə, digər tərəfdən stress zamanı orqanızmə çox ziyanlı ola bilər.

Həmçinin alimlər təcrübələr zamanı bele bir nəticəyə gəliblər ki, kök insanlar özlərinə inamsızlıq və əminsizlikdən stress vəziyyətinə daha çox düşürlər. Buna görə gözəl bədən və stress zamanı müdafiə arasında kompramis tapmaq çox vacibdir.

Amma heç bir zaman unutmayın ki, sağlamlığınız hər bir şeydən vacibdir!
 

0 şərh